Salyan yeni inkişaf mərhələsində
Kürün
sahilində yerləşən bu rayonda- Salyanda indi
qayğıların qızğın vaxtıdır. Maldarlıq və əkinçiliklə
məşğul olan rayon sakinləri yaz tarla işlərinə
başlamışlar. Elə rayon mərkəzində
qurumuş, əhali üçün təhlükə törədən
ağacların kəsilməsi, küçə və səkilərin
təmizlənərək rənglənməsi,
tikinti-abadlıq işlərinin sürətlənməsi bahar
nəfəsinə qarışmış yeni bir ahəngdir.
Ancaq təxminən bir il əvvəl Salyanda Kür
çayının yaratdığı çox gərgin anlar
hələ unudulmayıb. Rayon rəhbərliyi ilə
camaatın geçə-gündüz, əlbir
çalışmaları Kürü cilovlaya bilsə də
Salyana xeyli ziyan dəymişdir. Bir sıra sosial obyektlər,
yaşayış binaları çayın çox yüksəkdən
keçdiyi üçün yaratdığı qurunt sulardan
xeyli ziyan çəkmişlər. Salyan şəhəri,
Qaraşala qəsəbəsi, Bəkirbəyli, Pambıq kənd,
Kərimbəyli, Seydan, Çuxanlı, Aşağı və
Yuxarı Noxudlu və digər kəndlərin təsərrüfatları qurunt
suları altında qalmışdır. Ümumi götürsək
1736 hektar ərazi, 2000 ev təbii fəlakətin fəsadlarını
yaşamışdır. Ancaq bu fəlakətin nəticəsi
tezliklə də aradan qaldırılmışdır.
Ötən
il noyabrın 1-də ölkə Prezidenti İlham Əliyev cənabları
ziyan çəkmiş ailələr üçün inşa
edilən 80 evin istifadəsi üçün
açılış mərasimidə iştiraka vaxt
tapmışdır.
İlan vuran ala çatıdan
qorxar
Bu
doğurdan belədir, çünki bir ifadə bu yazıda məcazi mənada
işlənsə də həqiqətən 2010-ci ilin
yazında Salyanda yaşanan çox qorxulu anlar sakinlərin hələ
çox uzun illər yaddaşlarından silinməyəcək.
Həmin anların bir daha yaşanmaması üçün
Respublika səviyyəsində aparılan işlər Salyanda
da uğurla həyata keçirilmişdir. Kürün Salyandan
keçən məsafəsi çox olduğu
üçün burada qayğılar, problemlər də
çox olmuşdur. Kürün sahilboyu bəndatma işlərində
müxtəlif texnikaların köməyi ilə yüz min
kubmetrlərlə torpaq daşımışdır. Təkcə
Qaraçala qəsəbəsi ərazisində 17 kilometr
uzunluğunda Kür sahilində bənd vurulmuşdur. Salyan
şəhəri ilə bərabər Kürün keçdiyi
bütün kəndlərdə bəndatma işləri bu
gün də davam etdirilir. Çünki ötən il bu dəli
çayın yaratdığı çox qorxulu anları
salyanlılar qədər heç kim yaşaya bilməz.
Arxada qalan daha uğurlu bir il
Respublikamızın
bütün bölgələrində olduğu kimi Salyan
rayonunda da Azərbaycan Prezidentinin 14 aprel 2009-ci il tarixli 80
saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Regionların 2009-2013-ci illərdə
sosial-iqtisadi Dövlət Proqramı" daxilində xeyli
işlər görülmüşdür. Nəticə xeyli
uğurlu olmuşdur, ötən il Salyanda məhsul
buraxılışının həcmi 141milyon 274 min manata
yüksəlmişdir.
Ələt
Astara maqistralında 22 kilometrlik avtomobil yolu, gücü 220 meqavayt olan "Salyan"
yarımstansiyası, tutumu 10 min 700 ton olan soyuducu anbar tikintisi
ötən ilin payına düşür. Ölkə Prezidenti
İlham Əliyev cənablarına 2010-ci il aprelin 29-da bu
obyektlərin açılışında
iştirak və çıxış etməklə
salyanlıların sevincinə qoşulmuşdur.
Aqrar
rayon olan Salyanda 60267 baş iribuynuzlu, 198694 baş
xırdabuynuzlu mal-qara Salyanda ötən il qeydə
alınmış real rəqəmdir. Məhsulu bu il götürüləcək
16128 hektar taxıl əkini gərgin zəhmətinin nəticəsidir.
Salyanda
331 metr uzunluğunda qaz kəməri təmir edilmiş 340 ədəd
məişət sayğacı
quraşdırılmışdır. Plasmas yaşayış
massivində imkansız ailələr üçün Heydər
Əliyev Fondu hesabına inşa edilmiş 1667 evin
qazlaşdırılması üçün 3755 metr
küçə, 8696 metr daxili qaz xətti çəkilmişdir.
Rayonun 30 kəndinin mavi qazla təmini ötən ilin
uğurudur.
Salyan
rayonunun elektrik və su təsərrüfatında da bir
sıra tələblərin həyata keçirilməsi rayon
sakinlərinin sosial şəraitinə
hesablanmışdır.
Rayon
infrastrukturunun zənginləşməsi
nəticəsində ötən il 927-si daimi olmaqla 2930 iş
yeri açılmışdır.
Burada təhsilə və səhiyyəyə
xüsusi diqqət var
Salyan
rayon təhsilinin uğurları haqqında danışmamaq
olmaz. Ona görə ki, bu torpağın çox böyük
ziyalıları- Əlövsət Quliyev, Xəlil Rza
Ulutürk, Həsən Məmmədov, Əliağa Kürçaylı,
Qulu Əsgərov və digərləri bu torpağın
övladlarıdır. Bu tendensiya bu gün də davam etdirilir.
Təhsilə
böyük diqqətin nəticəsidir ki, ötən il 340 nəfər
abituriyent Respublikanın ali məktəblərinə daxil
olmuşdur.18 nəfər salyanlı məzun isə qəbul
imtahanlarında 600-dən yuxarı bal toplamışdır.
Ötən
illərdə rayonda 13 məktəb, 33 sinif otağının
tikintisi də təhsilə göstərilən diqqətdir.
Salyan
tibb sahəsində öz tarixi, öz yeri olan
rayonlarımızdandır. Hələ XVIII əsrdə
Salyanda müxtəlif dərman preparatları olan dükan-aptek
fəaliyyət göstərmişdir. Bu gün də həmin
ənənə davam etdiyindən Salyan rayon səhiyyəsinə
ətraf rayonlardan müraciət edənlər kifayət qədərdir.
Rayon Mərkəzi Xəstəxanasının yeni təmir
edilmiş binası ən müasir avadanlıqlarla təhcid
edilmişdir. 6 kənddə həkim məntəqəsi, 2 kəndə
isə tibb məntəqəsi inşa edilərək sakinlərin
ixtiyarına verilmişdir. Bir sıra tibb ocaqları əsaslı
təmirdən sonra müasir görkəmə
salınmışdır.
Qaraçala qəsəbəsində
bir gün
Kifayət
qədər böyük olan bu qəsəbə özündə
Pambıqkənd, Bəşirbəyli, Çadırlı,
Mess, Arxarası yaşayış masivlərini-kəndləri
özündə birləşdirir. Əsas məşğuliyyəti
əkinçilik və maldarlıq olan bu qəsəbə də
1154 ev məskunlaşıb. 6650 hektar ərazisi olan
Qaraçalada 2 tam orta məktəb, 2 əsas orta məktəb,
2 uşaq baxçası fəaliyyət göstərir.
Heyvandarlıq və tərəvəz məhsullarını hətta
xaricə ixrac edən "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatı
da , Cəmşid, Xalid İbrahimovların da tərəvəzçiliklə
məşğul olan təsərrüfatları burada fəaliyyət
göstərir. Bu isə eyni zamanda onlarla iş yeri deməkdir.
8029
nəfər əhalisi olan Qaraçalanın 20 nəfərdən
çox igidi Vətən uğrunda
şəhid olmuşdur.
Kür
daşqınları bu qəsəbədən də yan
keçməyib. Buna görə də 6 ailəyə yeni ev
tikilib, 21 nəfərə isə maddi yardım ayrılıb.
Salyan
rayon İcra Hakimiyyəti başçısının
Qaraçala qəsəbə üzrə nümayəndəsi
Əliyoldaş Güləhməd oğlu Hüseynovla söhbət
maraqlı alındı:
-
Düz yeddi ildi bu vəzifəni daşıyıram. Bildiyin
kimi ərazimiz xeyli böyükdür. Kəndlərimiz də
bir-birindən xeyli aralıda yerləşir. Əvvəlki illərlə
müqayisədə son vaxtlar
dolanışığımız,
gün-güzaranımız xeyli yaxşılaşıb. Arada
Kür dəlilik eləməsə kefimiz lap yaxşı olar.
Camaatımız torpağa bağlı insanlardır, dövlətini,
dövlətçiliyini göz-bəbəyi kimi
qorumağı da yaxşı bacarırlar. Rayonumuza yeni təyin
edilmiş Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Kərimov ən əvvəl yaz -tarla işlərindən,
şəhərdəki səliqə-səhmandan,
yaşıllıqdan başlayıb. Ancaq çox böyük
qlobal işlərimiz hələ qabaqdadır. Salyan şəhəri
yenidən qurulmalı, tikinti -abadlıq işləri daha da
sürətlənməlidir. Biz də ona kömək etməyə
həmişə hazırıq. Mənim deyəcəklərim
bu qədər.
...İş-güc
olan yerdə isə inkişaf, yeniləşmə
qaçılmazdır. Təki istək və həvəs
olsun.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 13 aprel.- S. 7.