Arxeologiya ilə bağlı ilk elektron jurnal

 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı tərəfindən "Arxeoloq" adlı ilk elektron jurnal yaradılıb. Elektron jurnalın baş redaktor müavini Səbuhi Hüseynovun APA-ya verdiyi məlumata görə, jurnal ölkəmizdə 2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı fəaliyyətə başlayıb. Jurnalın əsas məqsədi Azərbaycan arxeologiyasını, onun arxeoturizm imkanlarını, maddi mədəniyyət abidələri onların ətrafında aparılan arxeoloji ekspedisiyaların rus dilli ölkələrdə bu elmlə maraqlanan insanlar arasında təbliğ etmək, dünya arxeologiya elmində baş verən yeniliklərlə Azərbaycan alimlərini, arxeologiya elmi ilə yaxından maraqlanan insanları məlumatlandırmaqdan ibarətdir.

Jurnalın baş redaktoru tarix elmləri namizədi Akif Quliyevdir. S.Hüseynovun sözlərinə görə, jurnalda arxeologiya ilə birgə numizmatika, etnoqrafiya, antropologiya epiqrafika elmlərinə dair fundamental məqalələr araşdırmalar yer alacaq. Bundan başqa Azərbaycanda aparılan arxeoloji ekspedisiyalar, onların yeni tapıntıları hesabatları da bu elektron jurnalda daim rus dilli oxuculara çatdırılacaq. Elektron jurnal ilə tanış olmaq istəyənlər www.arxeoloq.az saytına daxil ola bilərlər.

 

 

Ədalət.- 2011.- 14 aprel.- S. 7.