Respublika müsabiqəsi
keçirilir
Mədəniyyət
və Turizm Nazirliyi noyabr ayında Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünə həsr olunmuş uşaq rəqs
kollektivlərinin respublika müsabiqəsini keçirir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə,
müsabiqə rəqslərdə milli ənənələrin
qorunub saxlanılması, rəqs kollektivlərinin
yaradıcılıq səviyyəsinin yüksəldilməsi
və inkişaf etdirilməsi, gənc istedadların üzə
çıxarılması, onların peşəkar
inkişafının istiqamətləndirilməsi məqsədilə
təşkil olunub.
Müsabiqə
5-15 noyabr tarixlərində zonalar üzrə Bakı, Gəncə,
Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində
və Ağcabədi rayonunda baş tutacaq. Yarışmada
iştirak edən rəqs kollektivlərinin tərkibi 8 -16 nəfər,
iştirakçıların yaş həddi 7-15 yaş müəyyənləşdirilib.
Müsabiqə
qalibləri və fərqlənən kollektivlər
üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
diplom, fəxri fərman, pul mükafatları təsis edilib. Qalib
rəqs kollektivləri Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünə həsr olunmuş konsertdə
çıxış etmək üçün dəvət
olunacaqlar.
Ədalət.- 2011.- 15 aprel.- S. 8.