İLHAM ƏLİYEV: "HEÇ
KİMİN KÖMƏYİNƏ EHTİYACIMIZ YOXDUR"
Azərbaycan prezidenti İlham Əliyev Masallı rayonu ictimaiyyətinin nümayəndələri
ilə görüşüb. APA-nın AzərTAc
agentliyinə istinadən verdiyi xəbərə görə, parkın yenidən
qurulması münasibətilə təbriklərini
çatdıran dövlət başçısı
Masallının yeni inkişaf
dövrünü
yaşadığını deyib. Masallıda görülən
işlər barədə danışan prezident
gələn ilin
sonunadək rayonun bütün
məntəqələrinin
qazlaşacağını bildirib və bunun tarixi
nailiyyət olacağını
vurğulayıb. Azərbaycanda elektrik
enerjisi ilə təchizatında
heç bir problemin olmadığını, içməli
su və kanalizasiya məsələlərinin həllini
tapdığını qeyd edən dövlət
başçısı ölkədə sosial
infrastrukturun yaradılmasına
böyük diqqət
göstərildiyini deyib.
Prezident İlham Əliyev ölkənin
sürətli inkişafı, beynəlxalq aləmdə artan
mövqeləri barədə də danışıb. Dövlət
başçısı rayon ictimaiyyətinin nümayəndələrinə
yeni uğurlar arzulayıb. Rayon ictimaiyyəti adından
çıxış edən müəllim Əhməd Məmmədov
və Milli Məclisin deputatı Elmira Axundova Masallıya və
bütövlükdə ölkənin sürətli
inkişafına göstərdiyi yüksək diqqət və
qayğıya görə rayon sakinlərinin minnətdarlığını
dövlət başçısına çatdırıblar. "Bu
gün biz dünyanın müxtəlif yerlərində
münaqişələri, qarşıdurmaları, o cümlədən
dini zəmində baş verən toqquşmaları
görürük. Bütün bunlar onu göstərir ki, hər
bir ölkə ancaq düzgün siyasət nəticəsində
inkişaf edə bilər. Ölkəmizin inkişafı
müxtəlif istiqamətlərdə gedə bilər. Bizim
seçdiyimiz yol, ən düzgün yoldur". Dövlət
başçısı həm sabitliyin qorunduğunu, həm
insanların təhlükəsizliyinin təmin edildiyini, həm
də sosial və iqtisadi məsələlərin həll
olunduğunu bildirib: "Dünyada mövqeyimiz güclənir.
Biz ölkəmiz üçün, dünya üçün
çox vacib nəhəng enerji layihələri icra edirik. Bu
gün Azərbaycan dövləti müstəqil dövlət
kimi tam formalaşıb. Dövlətçiliyimizin əsasları
tam şəkildə qurulub və biz bu gün daxili imkanlar
hesabına yaşayırıq".
Prezident qeyd edib ki, ölkədə
güclü iqtisadi əsaslar olmasaydı, neft siyasəti
düzgün aparılmasaydı, bu gün Azərbaycan ciddi
problemlərlə üz-üzə qalardı: "Kim bizə
kömək edəcəkdi? Biz indi bölgədə gedən
proseslərə müəyyən mənada ikili standartlarla
yanaşmanı görürük. Bu barədə mən
öz fikirlərimi bildirmişəm. Biz uzun illərdir ki,
ikili standartlarla üzləşirik. Bizə əgər kimsə
kömək etsəydi belə, yəqin ki, bu köməyi təmənnasız
göstərməzdi. Amma bu gün bizim ehtiyacımız
yoxdur. Çünki biz özümüz özümüzü
təmin edirik. Biz artıq böyük maliyyə
resursları yığmışıq, iqtisadi
inkişaf gedir.
Böhranlı illərdə manatın məzənnəsini sabit saxlamışıq, imkan
verməmişik ki, sosial
cəhətdən aztəminatlı insanlar əziyyət
çəksinlər. Böhranlı 2009-2010-cu və 2011-ci illərdə
sosial proqramlar icra edilib. Bir
neçə aydan sonra maaşlar və pensiyalar artırılacaq. Suya
olan borclar silinir. Budur, bizim siyasətimiz. Bizim siyasətimiz sosialyönümlüdür.
Eyni zamanda, biz müstəqilliyin gücləndirilməsi üçün bütün
imkanlardan istifadə edirik
və edəcəyik. Biz
müstəqil yolumuzdan
dönməyəcəyik və Azərbaycan xalqının
xoşbəxt gələcəyini təmin edəcəyik. Bunu etmək üçün, əlbəttə, hər bir rayonda və
hər bir kənddə
bütün problemlər həll
olunmalıdır. Buna görə mənim
bölgələrə səfərlərim, bilirsiniz,
mütəmadi xarakter
daşıyır. Çalışıram, hətta hər bir kəndə gedim, soruşum ki, əlavə nə etməliyik, harada çatışmayan
nəsə varsa, biz onu da
düzəldək".
Azərbaycan prezidenti İlham Əliyev Ələt-Astara-İran
İslam Respublikası dövlət sərhədi avtomobil
yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində
aparılan tikinti işləri ilə tanışlıqdan
sonra Astaraya gedərkən yolüstü Lənkəran sakinləri
ilə görüşüb.
Lənkəranlılar dövlət
başçısını hərarətlə
qarşılayaraq xoş arzularını bildiriblər. Respublikanın
cənub bölgəsinə səfər edən Azərbaycan
prezidenti İlham Əliyev Astara rayonunda da olub. Dövlətimizin
başçısı Heydər Əliyevin Astara şəhərindəki
Heydər parkında abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoyub. Prezident Astara
rayonunda və abidənin yerləşdiyi parkda
aparılmış abadlıq-quruculuq işləri barədə
məlumat verilib.
Prezidenti İlham Əliyev Azərbaycanın
cənub bölgəsinə səfəri çərçivəsində
Astara rayonuna gəlib. Dövlət başçısı ilk
öncə Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki
Heydər parkında ucaldılmış abidəsini ziyarət
edib. Prezidentə Astara rayonunda və abidənin yerləşdiyi
parkda aparılmış abadlıq-quruculuq işləri barədə
məlumat verilib. Daha sonra prezident İlham Əliyev yenidən
qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun
açılışında iştirak edib. Dövlət
başçısı yolun əvvəlki və indiki vəziyyətini
əks etdirən stendə baxıb. Astara rayon icra hakimiyyətinin
başçısı Mahir Quliyev bildirib ki, dövlət
başçısının tapşırıqlarına əsasən
regionlarda yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Rayonun əsas
yollarından olan Astara-Bala Şahağac avtomobil yolunun tikintisi
də bu qəbildəndir.
Qeyd olunub ki, Astara-Lənkəran magistral
avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində
yaranmış gərginliyin aradan qaldırılması ilə
bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə
və kəndlərin sakinlərinin müraciətlərini nəzərə
alaraq, onların daimi istifadə etdikləri Astara-Bala
Şahağac avtomobil yolunun yenidən qurulması
üçün prezident İlham Əliyev 2010-cu il aprelin 21-də
"Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" sərəncam
imzalayıb. Sərəncama əsasən, Prezidentin Ehtiyat
Fondundan Astara-Bala Şahağac avtomobil yolunun yenidən
qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə
3,5 milyon manat vəsait ayrılıb.
Dövlət başçısına məlumat
verilib ki, əvvəllər Ələt-Astara magistralı ilə
paralel olaraq dövlət əhəmiyyətli yol kimi istifadə
edilən, Xəzər dənizinin sahili boyunca çəkilmiş
19 kilometrlik Astara-Bala Şahağac avtomobil yolu uzun müddət
baxımsızlıq ucbatından və dənizin səviyyəsinin
qalxması ilə əlaqədar yararsız vəziyyətə
düşüb. Rayonun yeddi iri yaşayış məntəqəsini
əhatə edən yolun ətrafında Astara dəmir yolu
stansiyası, tikilməkdə olan Astara Olimpiya İdman
Kompleksi, neft və yük terminalları, həmçinin digər
dövlət əhəmiyyətli obyektlər yerləşir. İndi
bu avtomobil yolu müasir tələblərə uyğun yenidən
qurulub, yol boyu abadlıq və yaşıllaşdırma
işləri aparılıb. Asfalt örtüyünün eni 6
metr, qalınlığı 7 santimetr olan yolun hər iki tərəfində
eni 2,6 metr olan piyada yolu salınıb. Yolun müəyyən
hissəsi Xəzər dənizinin yaxınlığından
keçdiyindən 500 metr ərazidə sahil-bərkitmə
işləri görülüb. Bundan əlavə, yol boyu 3
körpü və 6 suötürücü əsaslı təmir
edilmiş, 5 avtobus dayanacağı tikilib.
Prezident İlham Əliyev Astara rayon
ictimaiyyətinin nümayəndələri ilə
görüşdən sonra yolun
açılışını bildirən lenti kəsib. Dövlət
başçısı Astara-Bala Şahağac avtomobil yolunda
görülən işləri yüksək qiymətləndirib.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də Astarada
Heydər Əliyev Mərkəzinin
açılışında iştirak edib. Dövlət
başçısı Mərkəzin
açılışını bildirən lenti kəsdikdən
sonra yaradılmış şəraitlə tanış olub. Prezidentə
məlumat verilib ki, Mərkəzdə Heydər Əliyevin həyat
və fəaliyyətinə həsr olunan bölmələrdə
onun uşaqlıq və gənclik dövrlərini əks etdirən
fotoşəkillər, 1969-1982-ci illərdə respublikanın
sosial-iqtisadi inkişafı ilə bağlı
gördüyü işlər, 1993-cü ildə xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə
qayıdışından sonra ölkəmizin ictimai-siyasi,
sosial və mədəni həyatındakı quruculuq işlərindən
bəhs edən materiallar toplanıb.
Sonra dövlət
başçısı Mərkəzin ikinci mərtəbəsində
yaradılmış şahmat, təsviri sənət, dekorativ
tətbiqi sənət studiyaları və elektron kitabxana ilə
tanış olub. Prezident İ.Əliyev Mərkəzin xatirə
kitabına ürək sözlərini yazıb.
Azərbaycan prezidenti İlham Əliyev Ələt-Astara-İran
İslam Respublikası dövlət sərhədi avtomobil
yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində
aparılan tikinti işləri ilə də tanış olub. Dövlət
başçısı Ələt-Astara avtomobil yolunun sxemini əks
etdirən fotostendlərə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov
prezident İlham Əliyevə məlumat verib ki, Masallı və
Astara rayonlarının ərazisindən keçəcək
birinci dərəcəli yolun bu hissəsinin ümumi
uzunluğu 22 kilometr, eni 27,5 metrdir. Yolun dördtərəfli
aparıcı zolağının eni 5 metr olacaq. Yolun bu hissəsində
6 körpünün, 4 yolötürücünün və 133
suötürücünün inşası nəzərdə
tutulub. Beynəlxalq standartlara tam cavab verəcək yolda
müasir işıqlandırma sistemi, nəqliyyatın və
piyadaların maneəsiz hərəkəti üçün
lazımi şərait yaradılacaq.
Dövlət
başçısının diqqətinə
çatdırıb ki, yeni yolun istifadəyə verilməsindən
sonra Masallı və Astara rayonlarını birləşdirən
köhnə yolun istismarı da davam etdiriləcək. Köhnə
və yeni yolun qovşağında isə
ötürücü yol keçidi inşa olunacaq. Bu yolun
istifadəyə verilməsi Masallı və Astara ilə
yanaşı, Yardımlı, Lənkəran, Biləsuvar və
digər rayonların əhalisi üçün rahatlıq
yaradacaq. Bildirildi ki, magistral avtomobil yolu rayon mərkəzlərinin
kənarından keçəcək. Bu isə avtomobillərin
sərbəst və maneəsiz hərəkətinə imkan
verəcək. Sonra prezident İlham Əliyev Ələt-Astara
avtomobil yolunun Kür çayı üzərindən keçən
hissəsində inşası davam etdirilən yeni körpü
kompleksini əks etdirən fotostendlərə baxıb. Məlumat
verilib ki, körpünün ümumi uzunluğu 370 metr, eni isə
30 metr olacaq. Körpüdə yanaşma yolunun ümumi
uzunluğu isə 1 kilometrdən çoxdur. Dövlət
başçısı yolun tikintisində istifadə olunan
texnikaya baxıb. Prezident İlham Əliyev
görülmüş işlərdən
razılığını bildirdi, tövsiyə və
tapşırıqlarını verib.
Ədalət.-
2011.- 16 parel.- S. 2.