Türkiyədə azərbaycanlı
iş adamlarının birliyi
təsis edildi
Ankaranın
"Sheraton Hotel"
mehmanxanasında Türkiyədə Fəaliyyət Göstərən
Azərbaycanlı İş Adamları Birliyinin təsis yığıncağı keçirilib. Bu barədə
APA-ya Azərbaycanın Türkiyədəki
səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanov məlumat verib.
Toplantıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycanın
Ankaradakı Fövqəladə və Səlahiyyətli səfiri
Faiq Bağırov və Türkiyədə
fəaliyyət göstərən azərbaycanlı iş adamları iştirak
ediblər.
Toplantını giriş sözü ilə
açan səfir Faiq Bağırov, Türkiyədə Fəaliyyət
Göstərən Azərbaycanlı İş Adamları
Birliyi kimi mühüm bir təşkilatın
yaradılmasının önəmindən, dövlətimizin
iş adamlarının fəaliyyətlərinə olan dəstəyindən,
Ümummilli Lider Heydər Əliyevin Türkiyə və Azərbaycan
əlaqələrinin inkişafında olan müstəsna
rolundan, Türkiyənin Azərbaycan üçün sahib
olduğu xüsusi mövqedən və bu kimi fəaliyyətlərin
iki ölkə arasında olan əlaqələrin
inkişafına verəcəyi mühüm töhfədən
bəhs edib.
Daha sonra Türkiyədə Fəaliyyət
Göstərən Azərbaycanlı İş Adamları
Birliyinin yaradılmasının məqsədləri, onun vəzifə
və funksiyaları barədə tədbir
iştirakçılarına təqdimat nümayiş
etdirilib. Qeyd edilib ki, birliyin məqsədi Türkiyədə
fəaliyyət göstərən azərbaycanlı iş
adamlarını bir yerə toplayaraq onların fəaliyyətlərinin
əlaqələndirilməsi, yeni investisiyaların təşviq
edilməsi, üzvlərin üzləşdiyi çətinliklərin
həll edilməsi, dövlət qurumları ilə münasibətlərdə
azərbaycanlı sahibkarların vahid orqan olaraq təmsil edilməsidir.
Daha sonra Birliyin nizamnaməsi barədə
ətraflı müzakirələr aparıldı və
sözügedən sənəd yekdilliklə qəbul edildi.
Bununla yanaşı, yığıncaqda Birliyin İdarə
Heyəti və Təftiş Komissiyasının tərkibi təsdiq
edildi. ARDNŞ-ın Türkiyədəki nümayəndəliyinin
rəhbəri Seymur Ağayev İdarə heyətinin sədri
seçilib. Tədbirdə çıxış edən Azərbaycanın
iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan ilə
Türkiyə arasında əlaqələrin yüksələn
xətt ilə inkişaf etdiyini və yaradılan Birliyin bu əlaqələrin
inkişafına öz töhfəsini verəcəyinə əmin
olduğunu bildirib. İqtisadi inkişaf naziri əsası Heydər
Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf
strategiyasının uğurla həyata keçirilməsi nəticəsində
Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə
ətraflı məlumat verib.
Qeyd edilib ki, Azərbaycan prezidenti
İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
davam etdirilən iqtisadi siyasət nəticəsində ölkəmizin
iqtisadi qüdrəti artmış və Azərbaycan regionda
aparıcı qüvvələrdən birinə
çevrilmişdir. Hazırda, ölkə rəhbərliyinin
müəyyən etdiyi strategiyaya uyğun olaraq azərbaycanlı
iş adamları xarici ölkələrə sərmayələr
yatıraraq Azərbaycan biznesinin genişlənməsinə,
ölkənin iqtisadi gücünün daha da artmasına xidmət
edirlər.
Bu baxımdan, Türkiyədə Fəaliyyət
Göstərən Azərbaycanlı İş Adamları
Birliyinin yaradılmasının da indiki dövrdə baş
verməsi təsadüfi deyil. Ş.Mustafayev bildirib ki,
hazırda Türkiyədə minlərlə azərbaycanlı
sahibkarın fəaliyyət göstərməsi, burada xarici sərmayəli
müəssisələrə yatırılmış
investisiyalara görə Azərbaycanın aparıcı yer
tutması məhz dövlətimizin artan iqtisadi qüdrətinin
əyani nümunəsidir.
Ədalət.-
2011.- 16 aprel.- S. 6.