"VƏTƏNİ
TANI" Kampaniyasına start verildi
Ötən gün
Azərbaycan Respublikası
Gənclər
Təşkilatları Milli
Şurası "VƏTƏNİ
TANI" Ümumrespublika kampaniyasına
start verdi. Tədbirdən əvvəl qurumun
baş katibi Orxan Ərəbov və mətbuat xidmətinin rəhbəri
Orxan Əliyev jurnalistlərlə görüşərək,
onlara akkreditasiya kartlarını təqdim elədilər. Bildirildi ki,
kampaniya 14-18 yaşlı
gənclər arası bütün respublika üzrə 85 auditoriyanı
(hər auditoriyada
minimum 150 nəfər iştirakçı
olmaqla) əhatə edəcək. Bakının
rayonlarındakı seçim
turlarının hər
birində isə 300 nəfər olacaq:
"Kampaniya üçün xüsusi
ekspertlər tərəfindən
hazırlanmış Azərbaycan
Respublikasının xəritəsinin
xüsusi elektron proqram və material keçməcə variantları
istehsal edilmişdir. 74 regional turlarında keçiriləcək hər
bir rayondan 2 nəfər təmsilçi
seçiləcəkdir. Həmçinin paytaxt Bakının
11 rayonu arasından 2 nəfər Bakı təmsilçisi seçiləcəkdir.
Təmsilçilərin biri elektron digəri isə material keçməcə variantları
üzrə Bakıda keçiriləcək Final mərhələsində
iştirak edəcəkdir".
Qeyd olundu
ki, kampaniyanın məqsədi ölkə başçısı İlham
Əliyevin Azərbaycanın
ərazi bütövlüyü
haqqındakı aydın
və qəti qərarına cəmiyyətin
aktiv təbəqəsi
olan gənclər tərəfindən mövcud
güclü dəstəyin
aydın şəkildə
nümayişinin təşkili,
bir daha dünya ictimaiyyətinə
Qarabağın Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, Azərbaycanın
suverenliyinə qarşı
müxtəlif daxili etnik amillərdən istifadə olunmasının
mümkünsüzlüyünün bəyanı, ölkəmizi
təşkil edən inzibati-ərazi vahidlərinin
gənclərə dərindən
öyrədilməsinə yardımçı
olmaqdır.
Daha sonra
gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Elmar Qasımov, Rabitə və İnformasiya nazirinin müavini Elmir Vəlizadə, Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri Qərib Məmmədov çıxış
edərək Kampaniyanın əhəmiyyətindən bəhs
elədilər. Bildirildi ki,
Milli Şuranın təşəbbüsü ilə
həyata keçirilən
bu tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması,
vətənimizin bütövlüyü
və gənclərimizin
milli ruhda böyüməsinə çox
güclü təkan verəcəkdir.
Milli Şuranın sədri,
millət vəkili Fuad Muradov isə
kampaniyaya dəstək
verən bütün təşkilatlara öz təşəkkürünü bildirərək, söylədi
ki, burada əsas məqsədlərdən
biri də Azərbaycanın ərazi
bütövlüyü məsələsidir. F.Muradov bildirib ki, Prezident
İlham Əliyevin imzaladığı "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı
haqqında sərəncam
dövlətin bu sahəyə olan diqqətinin növbəti
təzahürü olmaqla,
bu sahəyə qayğını bir daha təsdiqlədi və sözügedən kampaniya da buna
dəstək olacaqdır.
Qeyd edək ki, kampaniyada
interraktivlik, innovativlik,
gənclər və cəmiyyət üçün
yararlılıq əmsalı
kimi göstəricilər
önə çəkilmişdir.
Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının
sayı ölkə üzrə 12.000 (on iki
min) gəncdən çox
olacaqdır.
"Vətəni tanı" ümumrespublika
kampaniyası çərçivəsində Kütləvi
İnformasiya vasitələri üçün də bir
sıra layihələr nəzərdə tutulub. Məqsəd kampaniya haqqında məlumatların
KİV -də geniş işıqlandırılmasına nail
olmaqdır. Odur ki, jurnalistlər üçün müsabiqə
elan olunub. Müsabiqə çərçivəsində layihə
haqqında ən geniş və dolğun informasiya verən
jurnalist Təşkilat komitəsi tərəfindən
mükafatlandırılacaq. Onu da əlavə edək ki, təqdim
olunan kartların vasitəsilə
qələm sahibləri kampaniya çərçivəsində
keçirilən müsabiqədə iştirak etmək
imkanı qazanacaqlar.
İntiqam Valehoğlu
Ədalət.-
2011.- 16 aprel.- S. 17.