Dağlıq
Qarabağın çözümündə səmimilik
çatmır
Cəhdlər hələ xidmət
etməli
Super
güclərin maraq dairəsində olan, mövqe
savaşının açıq-aşkar hiss olunduğu Cənubi
Qafqaz neçə illərdir ki, qaynar qazana çevrilib. Sovetlərin
çöküşü ilə region ölkələri
müstəqilliklərini əldə etsələr də
imperiya maraqları hələ də bu dövlətləri
rahat nəfəs almağa imkan vermir. (Hərçənd ki,
Ermənistan adlanan ölkənin müstəqilliyindən
söhbət açmaq yersiz görünür. Çünki
məhz SSRİ-nin süqutu gedişində həmişə
alət kimi istifadə edilən ermənilər bu dəfə
də rus maraqlarının əsirinə çevrilib regionda bədbəxtlik
atmosferinə çevrildilər). Məhz imperialist siyasətinin
nəticəsidir ki, bütövlükdə Qafqazda proseslər
gündən-günə daha təhlükəli vəziyyət
alır. Xüsusilə Azərbaycandan sonra qonşu Gürcüstan
daxilində də iki münaqişə ocağı süni
şəkildə alovlandırıldı ki, bu qaynar bölgələr
ölkələrə bir çox hallarda maneəyə
çevrilir. Amma istiqlalın əldə olunması ilə istənilən
maneəyə baxmayaraq, daxili sərvətlərə malik
dövlətlər regionun sürətlə inkişaf etməkdə
olan ölkələrinə çevrildilər. Belə bir
vaxtda burada yenidən başlayacaq istənilən toqquşma
bütövlükdə dünyanın əksər dövətləri
üçün xoşagəlməz nəticələrə
səbəb ola bilər. Bu baxımdan dünya gücləri səbəbkarlara
bir qədər təzyiqləri artırsalar, şübhəsiz,
müsbət nəticəyə nail olmaq da mümkün olar. Hələlik
arzuolunan istiqamətdə cəhdləri hiss olunanlar
arasında səmimiliyi ilə qardaş Türkiyə
seçilir. Son illərdə Azərbaycanın Dağlıq
Qarabağ probleminin daha çox əks olunduğu Türkiyə
mətbuatında bu il məsələnin mahiyyətinin
açıqlanmasına tez-tez rast gəlinir.
Müəlliflər
hər şeydən əvvəl azərbaycanlılar və ermənilər
arasında yaranan problemin tarixinə diqqət yönəldərək
tarixi faktları qabartmağa çalışırlar.
Bildirilir ki, əslində 1828-ci il Türkmənçay
müqaviləsinin bağlanması və ermənilərin Azərbaycan
ərazilərinə köçürülməsi ilə iki
xalq arasında problemlərin əsası qoyulub. Həmin
dönəmdən keçən bu müddət ərzində
milyonlarla Azərbaycan türkü məhv edilib,
torpaqlarından qovulub, minlərcə kənd, qəsəbə,
şəhər yer üzündən silinib. Vəhşiliklər
yüz illər boyunca davam etdiyindən iki xalq arasında
unudulması mümkün olmayan nifrət hissləri
yaranıb. Bu özünü 1905, 1918, 1992-ci illər
soyqırımlarında bir daha göstərdi.
Region
çar imperiyasının xarabalıqları üzərində
bərqərar olan rus imperiyasının tərkibinə ilhaq
edilməklə həm də genişmiqyaslı
ruslaşdırma siyasətinə məruz qaldı. Din
baxımından ermənilər ruslara yaxın olduğundan,
onlardan istifadə olunmağa başlandı. Bu baxımdan ermənilərin
törətdiyi bütün vəhşiliklərə qəsdən
göz yumuldu. Çünki bunlar imperiya maraqlarının
ümumi işinə yardımçı olurdu. Əks halda
uzun illər İslam dininə ibadət etmiş bir xalqı
istədikləri səmtə dəyişə bilməzdilər.
Güclü dayaqların yaradılması üçün
regiona kütləvi şəkildə rus və erməni əsilli
insanlar köçürüldü. Onların
çoxalıb, artması üçün geniş ərazilərə
ehtiyac var idi. Bu baxımdan Azərbaycan türklərinin
başqa yerə köçürülməsi və ya məhv
edilməsi zərurəti yaranırdı. O zaman Çar
Rusiyasının Osmanlı imperiyası ilə aramsız
müharibələri də bu işin sürətlənməsinə
səbəb olurdu.
Ortaq variant niyə tapılmır?
Qarabağ
düyününün kökünün də məhz burada
axtarılmasının vacibliyini vurğulayan yazarlar qeyd edirlər
ki, hazırda həm Azərbaycan, həm də Ermənistan
müharibənin başlaması üçün kiçik
bir bəhanənin kifayət edəcəyini anlayırlar. Bu
baxımdan münaqişə iki dövlətin yox,
bütün regionun problemi hesab olunmalıdır. Rusiyanın
süni olaraq yaratdığı Dağlıq Qarabağ
konfilikti ətrafında davam edən danışıqlar
getdikcə daha çözülməz hala gəlir. Səbəb
çox sadədir. Bu Moskvanın maraqlarına cavab verir.
Hazırda vəziyyət elə bir mərhələyə
daxil olub ki, danışıqlarda həmsədrlər yeni bir
şey söyləyə bilmirlər. Hər şey masa üzərindədir.
Metodun dəyişdirilməsi üçün digər
dövlətlərin işin içinə daxil olmasına isə
imkan verilmir. Halbuki münaqişənin həll olunmamasına
görə həmsədr dövlətlərə heç bir
zərər dəymir. Amma Türkiyə buna görə
milyardlarla dollar vəsait itirir. Gündəmdə olan iqtisadi
layihələrin böyük əksəriyyətini ya
reallaşdırmaq olmur, ya da nəzərdə tutulduğundan
daha çox vəsait xərcləmək lazım gəlir. Ermənistan-Türkiyə
arasında imzalanan protokolların ortaya
çıxardığı nəticələr buna əyani
sübutdur.
Dağlıq
Qarabağ müharibəsinin başlanması ilə nəticələrinə
gəldikdə, qalib haqqında danışmaq
gülüncdür. Çünki hər iki tərəf sonda
sosial, iqtisadi, mədəni iflasa uğradı. Azərbaycan torpaqlarını, mədəni,
tarixi abidələrini itirdiyi halda, Ermənistan bu günə
qədər içindən çıxa bilmədiyi sosial,
iqtisadi böhrana düşdü. Əsası tərəflərin
heç birinin məğlubiyyəti qəbul etməməsidir.
Bu, II Qarabağ müharibəsinin başlama
ehtimallarını artırır. Baxmayaraq ki, Gürcüstanda
baş verən savaş, bunun nə qədər təhlükəli
olduğunu göstərdi. Etiraf etmək lazımdır ki, nə
Ermənistan, nə də Azərbaycan müharibəni inkar etmək
niyyətində deyillər. Amma regionda mənfəəti olan
dövlətlər bunu qətiyyən arzulamırlar. Hər kəs,
müharibə başlayacağı halda maraqlarının sual
altında qalacağını anlayır. Amma vəziyyəti dəyişə
də bilmirlər.
Tərəflərin hədə
çıxışları
1994-cü
ildən demək olar ki, mütəmadi görüşlər
keçirilir. Münaqişənin uzaq keçmişdə
baş verməməsi, hər hansı qaranlıq məqamın
ortaya çıxmasına da imkan vermir. Həmsədrlərdən
biri hansısa irəliləyişə nail olmaq istəyəndə,
digəri ona mane olur. Tərəflərin öz aralarında
ortaq məxrəcə
gəlmək imkanı isə sadəcə sıfra bərabərdir.
Lap əvvəldən oraya qoyulmuş mövqelərdə demək
olar ki, heç bir dəyişiklik olmayıb. Əksinə
şərtləri getdikcə sərtləşdirirlər.
Azərbaycan mütəmadi olaraq hərbi
variantı gündəliyə gətirir. Ermənistan müxtəlif
bəhanələrlə danışıqları pozur və
ya daha sərt tələblər irəli sürür. İrəvanın
bu səpkili hərəkətləri həmsədrlər tərəfindən
anlayışla qarşılanır. Çünki bu elə
onların istədikləri metodudur. Azərbaycan müharibə haqqında
danışdığından təzyiqlər də ona olunur.
Belə bir təəssürat yaranır ki, İrəvan ortaq nəticəyə
gəlmək üçün yollar axtarır, enerjisi tükənməyib.
Bakı isə sülhlə uğura imza atmaq niyyətində
deyil. Onun fikri ancaq müharibədədir. Hər halda dünya
vəziyyəti bu cür qəbul edir.
Ermənilər
yaranmış vəziyyətdən maksimum istifadə etmək
niyyətindədirlər. Paralel olaraq 1915-ci il "soyqırımını"
gündəmə gətirməklə əlavə dividentlər
qazanmağa çalışırlar. 2015-ci ilə kimi
qarşılarına iki məqsəd qoyublar. 1. 1915-ci il hadisələrini
bütün dünyaya qəbul etdirmək və yəhudilərlə
eyni statusa sahib olmaq. Bundan sonra Türkiyədən torpaq və
təzminat əldə etmək arzusundadırlar. 2. I Qarabağ
müharibəsində əldə etdikləri uğurları rəsmiləşdirmək.
Onlar bu müddət ərzində işğal etdikləri ərazilərin
müstəqil dövlət kimi tanınacağına ümid
edirlər.
Bu,
iki məqsədi kölgədə qoyacaq istənilən
addımı atmaqdan qaçırlar. Şübhəsiz, burada
erməni lobbisinin də böyük təpkisi var.
Bütün bunlar nəticə olaraq hər iki tərəfi
bir-birindən getdikcə daha da uzaqlaşdırır. Xaricdə
fəaliyyət göstərən erməni lobbisinin apardığı
işlər həqiqəti ört-basdır etdiyindən vəziyyət
daha da ağırlaşır.
Sonda daxili imkanlar rol oynayacaq
Bununla
belə Azərbaycan öz
maraqlarını beynəlxalq güclərin mənfəətləri
ilə uzlaşdırıb
mövqelərini möhkəmləndirməyə
çalışır. Bakı anlayır ki, sonda problemləri
o təkbaşına həll etməli olacaq. Beynəlxalq təşkilatlar,
dövlətlər bəyanat verməkdən başqa heç
nə edə bilmirlər. Onu da anlayır ki, Qarabağ
işğal altında qaldıqca onun müstəqil olma
ehtimalları da artır. Ermənilər müxtəlif yollarla
bura millət vəkillərini, siyasətçiləri gətirməyə
nail olur. Bu hələlik bir qədər çətinliklə
həyata keçirilir. Amma bir neçə ildən sonra vəziyyət
tamamilə dəyişə bilər. Bu isə Bakı
üçün yaxşı heç nə vəd etmir. Azərbaycan
liderinin bəyanatlarına baxdıqda, onun narahat olduğunu və
tələsdiyini açıq-aşkar müşahidə etmək
olur. O, dünyanın Azərbaycanın başını
aldatdığını birmənalı olaraq qəbul edib. Bu
baxımdan müharibə qaçılmaz olacaq. Və
dünya dövlətləri bunun nələrə səbəb
olacağının fərqindədir. Buna görədir ki, müharibə təhlükəsinin
artması ilə bağlı bəyanatlar verməyə
başlayıblar. Amma sadəcə bəyanatlarla məsələ
həll olunsaydı, o zaman dünyada heç bir problem
olmazdı.
Müəlliflər
müharibədən qaçmağın yeganə yolunu, tam
yeni format axtarıb tapmaqda görür. Belə ki, tərəflər beynəlxalq
hüququn qərarlarına qeyd-şərtsiz əməl etməlidir.
Ermənilər torpaqları boşaldır, Azərbaycan orada
yaşayan ermənilərə yüksək həyat şəraiti
vəd edir. Hətta lazım gəlsə onların ayrıca
qurum şəklində yaşamasına razılıq verməlidir.
Hər halda bu formatı iki dövlət təklikdə
razılaşdıra bilərlər. Yoxsa rayonun birini iki ilə
boşaldılması razılaşdırılır. Növbəti
dəfə bunun beş ilə mümkün olacağı bəyan
edilir və s. Bunlar vaxtı uzatmağa və müharibəni
tezləşdirməyə imkan yaradan amillərdir.
Nilufər
Ədalət.- 2011.- 19 aprel.- S. 3.