BİR YANDAN KÜR AXAR, BİR YANDAN ARAZ...

 

Bura arandır, Mildir, Muğandır

 

İmişli rayonu haqqında yazıya başlarkən bir hiss məni heç cür rahat buraxmadı. Bəzi rayonlarımız kimi İmişlinin adı dəyişilib, qəfl yadıma düşdü. Ancaq bu çoxdan olub, 73 il keçib həmin o vaxtdan. Nəisə, İmişlinin çox maraqlı adı olub - Qaradonlu. İndi durub bu faktın arxasına düşəsi olsam, əsas məsələ qalacaq bir tərəfdə. Ancaq peşəmin spesifikası baxımından belə bir faktın mövcudluğundan da yan keçə bilməzdim.

... Mərkəzi aran rayonlarımızdan biri olan İmişlinin ərazisi böyükdür, 1890 km2 yaxındır. Kür-Araz ovalığında Mil Muğam düzlərinin qovuşuğunda yayı quraq keçən yarımsəhra quru çöl iqlimli tipik aran rayonudur. İmişlinin Araz çayı boyunca müəyyən məsafədə İran İslam Respublikası ilə sərhəd təşkil etməsini xatırlamalıyıq.

 

Son 30 ildə 50 min artım

 

Digər vacib faktları da qeyd edək. Məşhur Sarısu gölünün çox hissəsi İmişli rayonunun ərazisindədir. Rayon İmişli şəhəri Bəhramtəpə qəsəbəsindən başqa 47 kəndi birləşdirir. Rayonun əhalisi 117,2 min nəfərdir. Son 30 ildə 50 min nəfər artıb. İmişlidə məşhur şəkər emalı zavodu digər sənaye müəssisələrinin fəaliyyət göstərməsinə baxmayaraq, kənd təsərrüfatı həmişə aparıcı sahə olub. Xüsusilə heyvandarlıq əkinçilik. Bir vaxtlar rayonda 30-35 min pambıq yığılardı.

 

İqtisadi yüksəliş

 

Respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da bütün istiqamətlər üzrə inkişaf diqqət çəkir. İqtisadiyyatın əsas sahələri üzrə 243.4 milyon manatlıq məhsul istehsal edilmiş ya xidmət göstərilmişdir ki, bunun 114,9 milyon manatı sənayenin, 61,3 milyon manatı kənd təsərrüfatının, 32,7 milyon manatı tikintinin, 30,7 milyon manatı ticarət iaşənin s. payına düşür. Rayon üzrə ümumdaxili məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 milyon manat artmışdır. Son 7 ildə isə rayonda ümumdaxili məhsul istehsalı 4,3 dəfə artmışdır. 2010-cu ildə açılmış 626 yerindən 315-i daimi yerləridir.

 

Dövlət Proqramı töhvələr verir

 

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı 2010-cu il ərzində rayonda xeyli görülüb. Dövlət Proqramına uyğun olaraq Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilmiş, mərkəzi rayon xəstəxanasının əsaslı təmirinə başlanılmış, 180 yerlik Nurulu kənd orta məktəbinin tikintisi başa çatmış, şəhər 6 7 saylı orta məktəblərin əsaslı təmiri qurtarmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni salınan Allahmədətli qəsəbəsində 132 şagird yerlik, Əliyetməzli kəndində 120 şagird yerlik orta məktəb binalarının tikintisi başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 7 yaşayış məntəqəsini-42 min nəfərə yaxın əhalini əhatə edən 14 km İmişli-Qaravəlli-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə başlanılmışdır. Yol istifadəyə verildikdən sonra İmişli-Saatlı arasındakı gediş-gəliş məsafəsi 2 dəfə azalacaqdır.

Rayonda taxılçılığın inkişafı üçün Bəhrəmtəpə qəsəbəsi ərazisində 50 min tonluq taxıl anbarının tikintisi davam etdirilir. İmişli şəkər zavodunda da 36,8 min tonluq yeni anbar inşa olunur.

 

İmişlidə neft var

 

Muradxanlı neft mədəni üzrə 32,060 ton neft hasil olunaraq illik plan tapşırığı 100% yerinə yetirilmişdir. Gün ərzində orta hesabla 87,8 ton neft istehsal edilmişdir. Mədən üzrə 9 quyuda əsaslı təmir işləri aparılmışdır. Hazırda Cəfərli yatağındakı 42,43 Muradxanlı yatağındakı 108 saylı quyularda qazma işləri davam etdirilir.

2010-cu ildə rayon üzrə 489 abonentə telefon xətti çəkilmiş, rayonun Xoşçobanlı, Qaraqaşlı, Aranlı, Məzrəli, Qaravəlli Məmmədli kəndlərindəki ATC-lər elektron ATC-lərlə əvəz olunmuşdur. Beləliklə, rayondakı bütün ATC-lər elektron sistemə keçirilmişdir.

Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədi ilə rayonun Cəfərli Qaravəlli kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılmasına başlanılmışdır. Məmmədli, Otuziki, Şahverdili Telişli kəndlərində bu məqsədlə görüləcək işlərə start verilmişdir.

 

Həmişə Ana Kür, hərdən Dəli Kür...

 

İmişli rayonundan söhbət açıb da ötən ilki sel daşqınlarını, bu daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işləri xatırlamamaq mümkün deyil. Məlum olduğu kimi 2010-cu ilin yaz aylarında Kür Araz çaylarında, eləcə Sarı su gölündə suyun səviyyəsinin qalxması qrunt sularının artması nəticəsində qonşu rayonlarla yanaşı İmişlidə bir çox fərdi evlərə, sosial obyektlərə əkin sahələrinə ciddi ziyan dəymişdir. Baş vermiş təbii fəlakət nəticəsində rayonun Allahmədətli, Hacımustafalı kəndləri Telişli kəndinin bir hissəsini su basmış, həmin kəndlərdən 104 ailə müvəqqəti olaraq köçürülmüşdür. Hadisə ilə bağlı Prezident İlham Əliyevin göstərişi təcili tədbirlər vasitəsilə həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən Telişli kəndi ərazisində 104 fərdi yaşayış evi, yeni məktəb, klub, kitabxana, poçt, tibb məntəqələri inşa edilərək qəsəbə salınmışdır. Cənab Prezident 2010-cu il noyabr ayının 1-ində həmin qəsəbənin açılışında iştirak etmişdir.

Rayon ərazisində qruntların qalxması nəticəsində vətəndaşlar tərəfindən edilmiş müraciətlərə əsasən 2470 evə dövlət komissiyası işçi qrupunun baxışı keçirilmişdir. 657 evin qəzalı, 185 evin bərpa-gücləndirilməsinə, 118 evin isə təmirə ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Bunun nəticəsi olaraq 1065 ailəyə köməklik göstərilmiş bu itsiqamətdə işlər davam etdirilir.

Bütün bu məsələlərlə yanaşı rayon mərkəzində aparılan yeni quruculuq işlərini, abadlıq müasirləşdirmə tədbirlərini xüsusi vurğulamaq lazımdır. Son vaxtlar bu istiqamətdə görülən işlərin miqyası daha geniş ərazini əhatə etməklə intensiv xarakter olmaqdadır.

  

  

Məzahir Əhmədoğlu

 

Ədalət.- 2011.- 18-19 aprel.- S. 7.