BSU-da Heydər Əliyevin 88-ci ildönümü ilə bağlı tədbirlər
Azərbaycan xalqının Ümummilli lideri, ölkəmizi
ağır tarixi sınaqlardan uğurla çıxarmış, demokratik dövlət quruculuğunda
xidmətlərilə bir ictimai-siyasi
xadim kimi nüfuz qazanmış görkəmli dövlət
xadimi Heydər Əlirza oğlu
Əliyevin anadan olmasının 88-ci ildönümü bütün
respublika ictimaiyyətində təntənəli
şəkildə qeyd olunur.
Respublikamızda
ulu öndərimizin əziz xatirəsinə ithaf olunmuş
geniş miqyaslı tədbirlər həyata keçirilməkdədir.
Uzaqgörən siyasətçi, ümummilli liderimiz Heydər
Əliyevin sərəncamı ilə yaradılmış, onun
ideyalarını həyata keçirən və öz istiqaməti
üzrə unikal bir tədris ocağı kimi tanınan
Bakı Slavyan Universitetində də ulu öndərin xatirəsinə həsr
olunmuş geniş tədbirlər planı təsdiq edilmiş
və onun icrasına başlanılmışdır.
Universitetin
tədbirlər planına uyğun olaraq 4-7 may tarixlərində
BSU-nun təşkilatçılığı və Gəncə
Dövlət Universitetinin iştirakı ilə Ümummilli
lider H.Əliyevin anadan olmasının 88-ci ildönümünə
həsr olumuş ənənəvi "Azərbaycanşünaslığın
aktual problemləri" II Beynəlxalq Elmi Konfransı, BSU tələbələrinin,
universitetin əməkdaşlıq etdiyi orta məktəblər
və qaçqın məktəbləri şagirdlərinin
iştirakı ilə "Müasir Azərbaycan Heydər Əliyev
ideyaları işığında" Tələbə-Şagird
elmi konfransı, universitet fakültələrində "Heydər
Əliyev görkəmli siyasi və ictimai xadim kimi",
Universitet muzeyində Məktəb-Lisey Kompleksinin
buraxılış sinif şagirdlərinin və valideynlərin
iştirakı ilə "Heydər Əliyev Bakı Slavyan
Universitetinin yaradıcısıdır", BSU Tələbə
Gənclər Təşkilatı, Kölgə Kabineti,
Magistrantlar Şurası və Şagird Parlamentinin
iştirakı ilə "Heydər Əliyev və Azərbaycan
gəncliyi", tələbələrin və 190 saylı
orta məktəb şagirdlərinin iştirakı ilə
"Mən fəxr edirəm ki, azərbaycanlıyam", jurnalist
tələbələrin iştirakı ilə "Heydər Əliyev
yerli və xarici mətbuatda", "Heydər Əliyev və
Azərbaycan ədəbiyyatı", "Heydər Əliyevin
dil siyasəti", "Heydər Əliyev və Azərbaycan
dövlətçiliyi" mövzularında dəyirmi
masaların, respublikanın ali məktəb tələbələrinin
bədii yaradıcılıq festivalında iştirakı, Məktəb-Lisey
Kompleksində "Doğma yurdum Azərbaycan" mövzusunda
tələbələrin əl işləri, foto və rəsm
sərgilərinin təşkili nəzərdə
tutulmuşdur. Bundan əlavə İsmayıllı rayonunun H.Əliyev
adına İvanovka kənd orta məktəbində "Heydər
Əliyev və Azərbaycan"mövzusunda tələbə
və şagirdlərin bilik yarışı, universitet
fakültələrində "Heydər Əliyev və Azərbaycan
gəncliyi" mövzusunda inşa və ifadəli oxu
müsabiqələri, YAP namizədləri olan tələbələrin
və Məktəb-Lisey Kompleksi şagirdlərinin Milli Təhlükəsizlik
Akademiyasının Heydər Əliyev adına
"Şöhrət Muzeyi"nə ekskursiyasının təşkili
də planlaşdırılmışdır. "Tələbə
dünyası" qəzetinin xüsusi
buraxılışının nəşri, "Heydər Əliyev
məktəbi" Tələbə Radiostudiyasında Ulu
öndərə həsr olunmuş silsilə verilişlərin
hazırlanması, divar qəzetlərinin
buraxılışı, universitetdaxili idman
yarışlarının keçirilməsi də tədbirlər
planına daxildir. BSU-da fəaliyyət göstərən
Türkiyə, Rusiya, Bolqar, Belorus, Ukrayna, Çexiya, Polşa,
Yunanıstan və digər tədris və mədəniyyət
mərkəzlərində Heydər Əliyevlə
bağlı silsilə tədbirlərin, görüşlərin,
dəyirmi masaların təşkil olunması və filmlərin
nümayişi də nəzərdə tutulub.
Qeyd
etmək lazımdır ki, artıq universitetdə "Heydər
Əliyev müstəqil Azərbaycanın yaradıcısıdır"
mövzusunda kitab sərgisi hazırlanmış, Məktəb-Lisey
Kompleksi şagirdlərinin "Ulu öndəri
xatırlayarkən" mövzusunda inşa müsabiqəsinin
məktəb və respublika turlarında iştirakı təşkil
olunmuş, YAP Nəsimi rayon təşkilatının sədri,
millət vəkili M.İbrahimqızının universitetin 3
saylı yataqxanasında "Heydər Əliyev və Azərbaycan
gəncləri" mövzusunda BSU tələbələri ilə
görüşü keçirilmişdir. Beynəlxalq
münasibətlər və Regionşünaslıq fakültəsində
isə "Heydər Əliyev və Azərbaycan diaspora sahəsində
dövlət siyasətinin formalaşması" mövzusunda
dəyirmi masa ətrafında söhbət
aparılmışdır.
Dünən
isə Bakı Slavyan Universiteti Azərbaycanda ilk dəfə
olaraq respublikanın elmi-mədəni həyatına töhfə
verə biləcək möhtəşəm layihəyə
imza atır. BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr olunmuş
"Humanitar elmlərin aktual problemləri" mövzusunda
magisrtantların I Beynəlxalq Elmi Konfransı öz işinə
başladı.
Konfransda
Türkiyə, Rusiya, Ukrayna, Belorus, Gürcüstan, Çin, Cənubi
Koreya kimi xarici ölkələrdən, Azərbaycan
Respublikasından isə müxtəlif universitetlərdən(
Bakı Dövlər Universiteti, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər
İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti, Sumqayıt,
Naxçıvan, Lənkəran, Gəncə Dövlət
Universitetləri, Azərbaycan Diplomatiya Akademiyası, Bakı
Avrasiya Akademiyası və s.) magistrantlar 112 elmi məruzə
ilə çıxış edirlər. Konfrans öz işini
"Dilçilik", "Ədəbiyyatşünaslıq",
"Pedaqogika, psixologiya və metodika" və "İctimai
elmlər" bölmələrində davam etdirir:
Konfransın
açılış mərasimindən əvvəl Fəxri
Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını
ziyarət ediblər.
Konfransın
plenar iclasını giriş sözü ilə BSU-nun tədris
işləri üzrə prorektoru prof. Asif Hacıyev
açaraq gələn qonaqları salamladı və tədbir
haqqında auditoriyaya məlumat verdi, konfransın mədəniyyətlərin
və elmin inteqrasiyası yolunda əhəmiyyətli addım
olduğunu bildirdi: "Umummilli lider Heydər Əliyevi öyrənməyin,
təbliğ etməyin bir amalı vardır. O da bundan ibarətdir
ki, hər bir gəncimiz, hər bir yeni yetişən nəslin
nümayəndəsi öz fəaliyyətində, öz əqidəsində,
öz gələcək işlərində Ulu öndərin
ideyalarına layiq olsun, dövlətimizə layiqli vətəndaş
kimi formalaşmasın, Azərbaycanın gələcəyi
üçün var gücü ilə
çalışsın".
Konfrans
çərçivəsində Universitetdə
çalışan, magistr elmi-tədqiqat işlərinə
uğurla rəhbərlik edən bir sıra alimlərin
magistrantlar üçün müxtəlif mövzulu ustad dərslərin
keçirilməsi də nəzərdə tutulub.
Konfransın işi bu gün
də davam edir.
Əbülfət
Ədalət.- 2011.- 27 aprel.- S. 3.