"Vətən
mücadiləsi"
Tanınmış
yazıçı-publisist, fəlsəfə doktoru Akif ƏLİ-nin
növbəti kitabında əsas etibarilə müəllifin
son dövrlərdə qələmə aldığı və
müxtəlif kiv-lərdə işıq üzü
görmüş elmi-bədii publisistik yazıları
toplanmışdır. Burada ictimai-siyasi proseslərə həsr
olunmuş dəyərli məqalələrlə
yanaşı, müasir həyatımızın müxtəlif
sahələrini əhatə edən aktual yazılar da yer
almışdır.
Demokratik
cəmiyyət şəraitində dövlət və mədəniyyət
münasibətləri, filoloji, kulturoloji problemlər, vətəndaşların
həyatında mədəniyyət faktorunun yerinin müəyyənləşdirilməsi
və s. bu kimi elmi-nəzəri mülahizələrin kütləvi
oxucuya anlaşıqlı olan sadə publisistik dildə,
müxtəlif bədii ifadə vasitələrinin və
dolğun obrazların köməyilə təqdim edilməsi, həmçinin
klassik və müasir ədəbi-mədəni dəyərlərə
yazıçının özəl münasibəti, polemik
xarakterli fikir-düşüncələri və fərqli
baxışları "Vətən mücadiləsi"
kitabına marağı artıran cəhətlərdəndir.
Onu
da xatırladaq ki, Akif Əli maraqlı yaradıcılıq
keçmişdir. O, Azərbaycanın Şuşa şəhərində
22 fevral 1952-ci ildə doğulmuş, M.F.Axundov adına Azərbaycan
Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu
(1974) bitirmişdir. Sonra "M.Ə.Sabirin satira sənətkarlığı"
mövzusunda dissertasiya müdafiə edib (1988).
Filologiya
elmləri üzrə fəlsəfə doktorudur.
"Qızıl
qələm" mükafatı laureatı, Azərbaycan
Jurnalistlər Birliyinin üzvüdür (1981).
1994-cü
ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat
xidmətinin rəhbəri vəzifəsində
çalışır.
3-cü
dərəcə Dövlət müşaviridir (2009).
Akif ƏLİ
yaradıcılıq həyatına 1974-cü ildə "Azərbaycanfilm"
Kinostudiyasında rejissor assistenti kimi başlayıb. Sonra bir
neçə bədii filmdə əsas obrazları yaradıb:
-
"Uzun müharibədə qısa görüşlər"
filmində Rüstəm ("Tacikfilm" və
"Lenfilm" kinostudiyalarının birgə istehsalı,
1974-75);
- "Tütək
səsi" filmində Tapdıq ("Azərbaycanfilm"
kst., 1975);
-
"Əgər biz bir yerdəyiksə" televiziya filmində
Məmməd (Mərkəzi TV, 1976);
-
"Arxadan vurulan zərbə" filmində Fazil müəllim
("Azərbaycanfilm" kst., 1977) və b.
1978-ci
ildə Azərbaycan Dövlət Tele-Radio Verilişləri
Komitəsinə daimi işə keçib və 1987-ci ilə
kimi burada çalışıb:
-
Radionun "Satira və yumor" şöbəsinin müdiri
vəzifəsində işləyərkən (1981-1983) bir
neçə populyar radio verilişinin ("Sabahınız
xeyir", "Molla Nəsrəddin", "Gülüş
axşamı");
-
Televiziyanın Gənclər üçün proqramlar baş
redaksiyasının Baş redaktoru vəzifəsində
çalışarkən isə bir sıra populyar televiziya
proqramlarının ("Zəriflik" İncəsənət
toplusu, "Aygün" Qızlar üçün proqram,
"İdrak" Elmi-kütləvi proqram, "Tələbə
dünyası", "7 sual, 7 cavab" Televiktorinası,
"Teleteatrda gənclər gecəsi", "Çay,
çay, çay!", "Gənclik" jurnalı, "Mənəvi
dünyamız") - yaradıcısı, müəllifi,
yaxud redaktoru olub.
1990-cı
ildə müasir dövrün ilk müstəqil demokratik mətbu
orqanlardan olan "Vətən səsi" qəzetinin
yaradılmasında bilavasitə iştirak edib, 1991-93-cü illərdə
həmin qəzetin Baş redaktoru olub. Ölkə mətbuatında
Sovet hakimiyyətinin Azərbaycana qarşı
yürütdüyü məkrli siyasəti, Kremlin xəyanətkarlığı,
Azərbaycanın imperiya buxovlarından azad olunması, Ermənistanın
torpaqlarımıza hərbi təcavüzü, yüz minlərlə
qaçqın soydaşımızın
ağrı-acıları, Qarabağ probleminin mahiyyətinə
dair həqiqətlər, demokratikləşmə prosesi,
söz, mətbuat azadlığı və s. bu kimi aktual
mövzulu məqalələrlə çıxış edib.
Eyni
zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olan
Akif ƏLİ Bakı Sosial İdarəetmə və
Politologiya institutunda (indiki Dövlət İdarəçilik
Akademiyası) Kulturologiya kafedrasının müdiri işləyib
(1992-94), "Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi",
"Azərbaycan mədəniyyətinin tarixi"
kurslarından mühazirələr oxuyub.
Çoxlu
sayda elmi-bədii-publisistik əsərlərin, məqalə və
ssenarilərin; 12 kitabın ("Gözəlliyin qədrini bilək"-1984,
"Azərbaycanın müasir kinoaktyorları"-1984,
"Unudulmaz yollar" - 1985, "Buna kim inanar"-1986, "Məhəbbət
təranələri"-1989, "Qaragöz oyunu"-1999,
"M.Ə.Sabirin satira sənətkarlığı"-1999,
"Öncə vətəndir"-2003, "Ədəbiyyat
haqqında düşüncələr"-2004,
"Böyük ömrün anları"-2004,
"Üçüncü yazı"-2006,
"İdrak"-2007); bir çox tərcümə əsərlərinin
(A.Hertsen - "Olmuşlar, düşüncələr", V.Mayakovski-"Taxtabiti",
M.Zoşşenko - "Nəhs günü", C.B.Molyer -
"Meşşanın zadəganlığı",
A.Soljenitsin - "Matroyanın ocağı", A.Çexov -"Hekayələr",
Qrim qardaşları -"Bremen musiqiçiləri", Mitsuko
Takaxasi - "Kəpənək mövsümü" və
s.) müəllifidir.
Ailəlidir,
iki övladı var.
Ədalət.- 2011.- 30 aprel.- S. 18.