BƏRDƏ: MƏDƏNİYYƏT
SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK
Bərdə həqiqətən
onu sevənlərin şəhəridir
Bu gün Bərdədə çox
böyük quruculuq işləri gedir. Bütün bunlar diqqət
mərkəzindədir və bərdəlilərin icra
başçısı Vidadi İsayevin
çağırışına elliklə qoşularaq fədakarlıqla
çalışması səmimiliyin, birliyin məntiqi nəticəsidir.
Rayon, xüsusilə Bərdə şəhəri artıq
aydan-aya deyil, gündən-günə dəyişir,
inkişaf edir. Mən 4 ay bundan əvvəl "Bərdə -
onu sevənlərin şəhəridir" başlıqlı
iri həcmli yazımda bu haqda geniş söhbət
açmışam və həmin mövzuya təkrar
qayıdacağım da istisna deyil.
Burada
Qarabağın özünəməxsusluğu yaşanır
Qədim Bərdə həm də
Qarabağın mədəniyyət mərkəzlərindən
biridir. Tikinti-abadlıq və modern müasirləşmə tədbirləri
fonunda bu mövzu da aktuallığını saxlayır. Əslində
Bərdə Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi İsayevin özü də bu
rayona rəhbər təyin olunan ilk günlərdən sahənin
fəaliyyəti ilə yaxından maraqlanmış və necə
deyərlər, illərlə diqqətdən kənarda
qalmış çox mühüm bir layihənin aşkara
çıxarılaraq reallaşmasına nail olmuşdur. Bu ən
müasir və modern bir mədəniyyət mərkəzinin
proyektidir ki, artıq tikintisinə hazırlıq işləri
görülür.
Geniş bir mədəniyyət
şəbəkəsi
Bərdə rayon mədəniyyət və
turizm şöbəsi sistemində 1 rayon mədəniyyət
evi, 1000 yerlik şəhər mədəniyyət sarayı, 5
şəhər klubu, 33 kənd mədəniyyət evi, 72 kənd
klubu, 1 mədəniyyət və istirahət parkı, Heydər
Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, rəsm
qalereyası, rayon kino birliyi, mərkəzi rayon kitabxanası,
rayon uşaq kitabxanası, 55 kitabxana filialı, 7 uşaq
musiqi, incəsənət və rəssamlıq məktəbi
fəaliyyət göstərir.
Mədəniyyət və turizm
şöbəsi üzrə 2011-ci ilin yarım ili ərzində
7630 manat məbləğində əsaslı təmir işləri,
8850 manat məbləğində isə cari təmir işləri
aparılmışdır. Rayon mədəniyyət evində,
rayon uşaq kitabxanasında təmir işləri
görülmüşdür.
Mədəniyyət müəssisələrinin
maddi-texniki vəziyyəti xeyli
yaxşılaşdırılmışdır. Rayon mədəniyyət
evinin köhnə inventar və avadanlıqları yeniləri
ilə əvəz edilmiş, otaqlar kondisioner, kompüter,
televizor və digər avadanlıqlarla təzhiz edilmişdir.
Uşaq musiqi məktəbləri, MKS,
tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi,
rəsm qalereyası və başqa mədəniyyət müəssisələri
də inventar və avadanlıqlarla təchiz olunmuşdur.
Hər yerdə,
hər zaman "Qarabağ"...
Klub tipli mədəniyyət müəssisələrində
xalq yaradıcılığı, özfəaliyyət
işinin vəziyyəti xeyli
yaxşılaşdırılmışdır. Rayon mədəniyyət
evində 2 xalq kollektivi fəaliyyət göstərir.
"Qarabağ" ansamblının 15 nəfər, xalq
teatrının isə 10 nəfər üzvü var. 221 mədəniyyət
özfəaliyyət kollektivi, 12 maraq klubu, 1 texniki
yaradıcılıq həvəskar birliyi fəaliyyətdədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı
ilə təsdiq edilmiş "Uşaqların təlim-tərbiyəsinin
yaxşılaşdırılması və
hüquqlarının qorunması haqqında" Dövlət
Proqramının icrası ilə əlaqədar rayonda mədəniyyət
və turizm şöbəsi xətti ilə bir sıra işlər
görülmüşdür. Eləcə də istedadlı
yeniyetmələrin və gənclərin sosial, iqtisadi və
s. problemlərinin həllinə yönəlmiş, onların
öz qabiliyyətlərinin inkişaf etdirilməsinə
kömək edən dövlət proqramının həyata
keçirilməsi istiqamətində mədəni-kütləvi
tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Bərdə rayon MKS üzrə kitab
fondu 55341 nüsxə, oxucuların sayı 35000-48000 nəfər
arası dəyişmişdir. Kitabxana fondunun 127666 nüsxəsi
latın qrafikalı ədəbiyyatlardır. İl ərzində
kitabxanaya 1029 nüsxə kitab daxil olmuş, bunun 514 ədədi
hədiyyə edilmişdir.
(ardı gələn
sayımızda)
Ədalət.-
2011.- 2 avqust.- S. 3.