QƏDİM
BİR ÜNVAN
Hər gün gözəlləşən Lənkəran
(Əvvəli
ötən sayımızda)
Dünyanın istənilən
nöqtəsində, o cümlədən də Azərbaycanda
insanların həyat şəraiti, sosial durumu xüsusi əhəmiyyət
kəsb edir. Ölkənin durumu gözdən keçiriləndə
məhz bu məqam xüsusi ilə qabardılır. Yəni
iqtisadi cəhətdən təmin olunmaq, problemlərdən
qismən də olsa, can qurtarmaq hər bir insanın özəl
arzusudur və bütün həyatının da çox
böyük hissəsini məhz buna həsr edir. Elə ona
görə də ölkəmizdə Azərbaycan prezidenti
İlham Əliyev cənablarının bilavasitə
tapşırığı və nəzarəti altında
paytaxtla yanaşı, regionların da inkişaf etdirilməsinə
davamlı və həm də tələb edilən bir şəkildə
diqqət göstərilir. Burada məqsəd şəhərlə
kənd, bölgəylə paytaxt arasında fərqləri
minimumua endirmək, insanların sosial durumunu yüksəltməkdir.
Bax elə Lənkəranda, yəni
bu Cənub bölgəmizdə də ölkə prezidentinin tələblərinə
diqqətlə yanaşılır və onun yerinə yetirilməsinə
çalışırlar. Biz bu bölgədə olarkən
ilk öncə şəhərdəki, küçədəki
yollara, ümumiyyətlə Lənkəranda aparılan
tikinti-abadlıq işlərinə diqqət yetirdik. Bir az da dəqiq
desək, görülən işlər, abadlıq özü
bizim diqqətimizi çəkdi. Bir qəribə deyim var. Belə
deyirlər ki, "abad kənd yolundan tanınar". Məhz Lənkəranda
küçə və yolların abadlaşdırılması
və bu məqsədlə də xüsusi bir plan
hazırlanması son dərəcə diqqətçəkəndir.
Təsadüfi deyil ki, bölgənin yollarını
abadlaşdırmaq, çaylar üzərində körpülər
tikmək, eləcə də zəruri olan yerlərlə
keçidlərin inşa edilməsi bu gün Lənkəranda
heç kimi təəccübləndirmir və adamlar bilirlər
ki, ölkə rəhbərliyinin və yerli icra
strukturlarının məqsədi onların
qayğısına qalmaqdır.
Təkcə təmir- tikinti,
abadlıq işlərinin icra strukturlarında olan layihələrinə,
smeta sənədlərinə göz yetirəndə aydın
olur ki, bu gün Lənkəranda doğrudan da çox
böyük işlər görülür. Həmin
işlərin sırasında Beynəlxalq Hava
Limanı, Olimpiya İdman
Kompleksi, Regional
müalicə diaqnostika mərkəzi, çay fabriki, konserv zavodu, tikiş fabriki, Pal süd və eləcə
"Paldat" dondurma
zavodları dediklərimizə bariz bir nümunədir. Təsəvvür
edin ki, bu gün əyalətdə
çay fabriki, tikiş fabriki, konserv zavodu və digər
müəssisələr fəaliyyət göstərirsə, bu, artıq xeyli sayda insanın işlə təmin edilməsi,
özünün sosial
durumunun
yaxşılaşdırılması baxımından çox gözəl nümunədir.
Üstəlik bu gün
Lənkəranda Mərkəzi xəstəxanının nəzdində
Perinital mərkəz, uşaq
poliknikası, əlillərin regional bərpa
mərkəzi də fəaliyyət göstərir ki, bunların da hər
birində kadrların çalışması üçün
normal iş şəraiti
yardılıbdı. Lənkəranda olan
səhiyyə işçiləri məhz bu
dövlət qayğısı nəticəsində region əhalisinin
sağlamlığının keşiyində dayana
bilir.
Onu da xatırladım ki, Lənkəranda
Xalq Sənətkarlığı Şəhərciyi, dənizkənarı
bulvar, Qarabağ müharibəsi əliləri və şəhid
ailələri üçün çoxlu sayda evlər, binalar
tikilmiş, həmin kateqoriyadan olan insanların qəzalı vəziyyətdə
olan evlərinin təmir və bərpası üçün
də müəyyən işlər
görülmüşdü. Ümumiyyətlə, Lənkəranda
tikinti-abadlıq işləri demək olar
ki, günün tələbləri
səviyyəsində qurulmuşdu. Ona görə
də şəhərdə tikilmiş
Heydər Əliyev Muzeyi, müasir
standartlara cavab verən
Regional Boks Təlim Mərkəzi,
Uşaq evi, Dram Teatrı, Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq tikilmiş "Dairəvi
qala" tarixi kompleksi sözün əsl
mənasında bu şəhərin
yaraşığı, bəzəyidir.
Bəli, bu gün turistlərin davamlı olaraq üz tutduğu Lənkəranda hər kəsin istirahət edə biləcəyi və tələbatını ödəyəcək keyfiyyətdə olan 5 hotel, həmin sayda istirahət mərkəzi, çoxlu poçt və elektron tipli ATS-lər fəaliyyət göstərir. Bax, bu tikinti-abadlıq da Lənkəranın simasını hər gün dəyişir, hər gün gözəlləşdirir. Gözəlləşən Lənkəranda tikilən körpülər, eləcə də genişləndirilən, davamlığı artırılan yollar da öz növbəsində əlavə bir rahatlıq, dinclik gətirir.
Təbii ki, paytaxda, eləcə də
böyük şəhərlərdə bölgələrə
nisbətən iş və iş yerləri çox
böyükdür. Lakin Azərbaycan
prezidentinin imzaladığı
Regionların İnkişafına dair
Dövlət Proraqımının layihəsi çərçivəsində
bu gün Lənkəranda
xeyli iş yeri açılmışdır. Həmin iş yerləri həm regionda
sosial durumu
yaxşılaşdırıb, həm də regionun
iqtisadi gücünü,
qüdrətini artırır. Təkcə onu
xatırlatmaq lazımdır ki, Lənkərandakı
tikiş fabriki, çay fabriki, konserv zavodu öz məhsulları ilə artıq istehsal olunduğu bölgənin
sərhədlərini çoxdan keçib. Təbii Lənkəran
çayının sorağı çox-çox
uzaqlara gedib
çatıbdır. Deməli, bu müəssisələrdə
çalışan insanların qabiliyyəti, gücü
öz bəhrəsini veribdi.
Onu da xatırladım ki, Lənkəranda
aparılan tikinti, təmir işlərində
çalışan insanların da sosial durumu
yaxşılaşmaq istiqamətində irəliləyir. Yəni,
yolların, körpülərin, binaların, eləcə də
digər obyektlərin tikintisində çalışan əmək
adamları öncədən zəhmətlərinin
haqqını ala biləcəklərinə
tam əmindirlər. Elə şəhərin
xüsusi yaraşığından biri olan Heydər Əliyev
prospektindəki mənzərələri seyr
etmək bu bölgədə işlərin
necə getməsini hər kəsə
özü-özlüyündə deyir.
Cənub mirvarisi olan Lənkəranda tikilən "Gilan" konserv zavodu, "Pal-FOOD" MMC-nin dondurma zavodu, "Gilan -TEA" MMC-yə məxsus çay fabriki də bu bölgədə aparılan uğurlu iqtisadi siyasətin bəhrəsidir. Yerli sahibkarların və dövlət sifarişlərinin bəhrəsi olan tikinti işləri Lənkəranda bu gün də davam etdirilir. Təkcə onu demək yerinə düşər ki, Lənkərada məktəb binalarının tikintisinə, təmirinə, bərpasına, səhiyyə ocaqlarının yenidən qurulmasına çox böyük qayğı və diqqətlə yanaşılır. Burada mövcud olan tikinti təşkilatlarının yaxından iştirakı ilə görülən bütün işlərdə yeri materiallardan da istifadə edilir və həm də bölgəyə məxsus arxitektura dəyərlərindən də tikintidə yararlanırlar.
Göründüyü kimi, Lənkəranda
bu gün böyük coşqu ilə görülən işlərin
bünövrəsində xüsusi olaraq, qeyd olunan
regionların inkişafına dair dövlət proqrammı
dayanır. Məhz bu proqrama
əsaslanaraq, region üçün
inkişaf proqramı hazırlayan yerli icra strukturalrı demək
olar ki, Lənkəranda
həyatın bütün sahələrini
öz nəzarətlərinə
götürə biliblər. Ona görə
də istər təhsil, səhiyyə sahəsi üçün önəmli olan
binaların tikintisi, istərsə də
digər sosial obyektlərin inşa edilməsi, park və
bulvarların yenidən qurulması yerli
sakinlərin ürəyindən xəbər verir.
Bu gün Lənkərandakı Heydər
Əliyevin adını daşıyan, Ulu Öndərimizin xidmətlərini
hər gün nəzərə çarparaq xatırladan xatirə
parkında yerli sakinlərin və qonaqların istirahəti
üçün kifayət qədər işlər
görülmüşdür. Həmin işlərin
sırasında yaşıllaşdırma, müxtəlif
qurğuların qurulması, fəvvarə, müasir
elektrik dirəkləri və digər zəruri
işlər çox yüksək bir səviyyədə görülmüşdür.
Diqqətçəkən məqamlardan biri də odur ki, Lənkəranda görülən bütün işlərə yerli
icra strukturlarının rəhbərləri,
ziyalılar, ağsaqqalar diqqətlə
yanaşır, çatışmazlıqların dərhal və
yerində aradan qaldırılmasına öz töhfələrini verirlər.
Bəli, bu gün KİV-ə dəstək fondunun ayırdığı vəsait hesabına özünün layihəsini davam etdirən "Ədalət" qəzeti Azərbaycanın bu cənub bölgəsində çox maraqlı məqamların şahidi oldu. Biz gördük ki, paytaxtımız kimi, Azərbaycanın bir parçası olan Lənkəran da necə qurulur, tikilir, necə inkişaf edir. Təbii ki, bundan qürur duyuruq. Bu qürurun mayasında bizim azərbaycanlı olmağımız və bir də Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndərimizin layiqli davamçısı prezidentimiz İlham Əliyev cənablarının Azərbaycanımıza, xalqımıza sevgisi və qayğısı dayanırdı. Tam əminliklə demək olar ki, bu diqqət və qayğı bizi yeni-yeni uğurlara və qələbələrə aparacaq. Lənkəranın və bütövlükdə Azərbaycanın ən gözəl günləri hələ öndədir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-
2011.- 6 avqust.- S. 4.