46
illik hesabat
Və
yaxud Gülər Əhmədova "kitab"ından qeydlər
Millət
vəkilinin doğum gününə
"...Ən sevindiyim şeylərdən
biri odur ki, hər zaman çox yaxşı dostlarım olub. Məktəb
vaxtı da, institut vaxtı da hər zaman yaxşı dostlara
sahib olmuşam. Çox sevinirəm ki, mən həyat
yoldaşımla da əvvəl dost olmuşam. Bəlkə
də onunla dost
olmasaydım, heç ailə də
qurmazdım".
Bu sözləri millət vəkili
Gülər Əhmədova mətbuata müsahibələrinin
birində vermişdi. Gənc yaşlarından siyasət
meydanında olan, öz istedadı, intellektual
bacarığı, operativliyi, savadı və
dünyagörüşü ilə bir çoxlarını
üstələyən xanım siyasətçinin bu gün
doğum günüdür. Hesab edirəm ki, vətən
yolunda, xalq yolunda fədakar olan belə bir insan haqqında
mütləq danışmaq lazımdır. Zaman
hərəkətlə ölçülür. Ömrün
ölçü vahidi isə insanın əməlləridir. Əgər
sən ömrün bu zirvəsindən geriyə dönüb
baxarkən, vaxtın boş yerə sərf
olunmadığına əmin olursansa, demək bu həddi məmnuniyyətlə
qəbul etmək olar.
"Qurani-Kərim"də insanlara üç kitabı oxumaq vacib buyurulur; bunlardan birincisi Allah, ikincisi Kainat, üçüncüsü isə İnsan Kitabıdır. Deməli, insan da qutsal bir kitabdır və bu kitabın Allah kitabıyla bir mərtəbədə tutulması xaliqin insan siyasətinin aliliyinə-xəlqinə sevgisinə dəlalətdir. İnsanın da Rəbbinə, ərşi-gürşü birləşdirən kainata və külli-Adəmə sevgisi ilahi sevgiyə tən gəlməlidir. Eləcə də, filosofların təəbirincə, insan həyatı böyük bir ömür kitabıdır. Onu vərəqləmək hər bir insan üçün maraqlıdır. Belə "kitab"ların heç biri digərinə bənzəmir. Onların ədəbi-bədiisi də var, siyasi olanı da, kriminalı da. Bir sözlə, hər bir sahəni əhatə edən ömür kitablarına rast gəlmək olar. Bu "kitab"lardan bəzilərini oxumaq həm haqqında yazılan üçün, həm də oxucular üçün maraqlı olur. Bəzən də elə "kitab"lar olur ki, heç sahibi belə onun bir səhifəsini də olsa, geri çevirmək istəmir. Çünki orada ürək açan bir sətrə rast gəlmək mümkün deyil. Amma elə "kitab"lar da var ki, onun sahibi öz "əsəri" ilə hər zaman fəxr edir. Belə "kitab" müəlliflərindən biri də, Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri, Millət vəkili Gülər Əhmədovadır.
O, mahir siyasətçidir
Əhmədova
Gülər Mikayıl qızı 1965-ci il avqustun 20-də
Bakı şəhərində anadan olmuşdur. Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir. Psixologiya elmləri namizədidir. Rus və ingilis dillərini
bilir.
1986-cı ildən Bakıda texniki
peşə məktəbində müəllim, orta məktəbdə
müəllim, direktor müavini vəzifələrində
çalışmışdır. 1994-cü
ildən Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin baş təlimatçısı,
şöbə müdiri, idarə rəisi, 1996-2000-ci illərdə
Azərbaycan Respublikası Uşaq Təşkilatının
sədri olmuşdur. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.
Üçüncü
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
deputatı olmuşdur. Millət vəkil olduğu müddətdə
öz məhsuldar fəaliyyəti ilə fərqlənən
Gülər Əhmədova maraqlı təklifləri, layihələri
ilə seçilmişdir.
2000-2005, 2005-2010-cu illərdə Azərbaycan
Respublikası Milli Məclisinə deputat seçilmiş, 07
Noyabr 2010-cu il tarixində Milli Məclisə keçirilən
seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsindən
YAP-ın vahid namizədi kimi iştirak etmiş və
böyük səs üstünlüyü ilə qalib gəlmişdir.
Hazırda Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
daimi komissiyasının üzvüdür. Azərbaycan-Fransa
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Səudiyyə
Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası
əlaqələr üzrə işçi
qruplarının üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 3 övladı var.
O,
həm də gözəl təşkilatçıdır
Həyatda elə insanlar var ki, onların seçdiyi həyat yolu, peşə, cəmiyyətdə tutduğu mövqe əvvəldən müəyyən olunmuş alın yazısıdır. Gülər xanımın da peşəsi onun təşkilati yaradıcılığına böyük təsir göstərir. Bəlkə də ona görədir ki, o qısa zaman kəsiyində Respublika Uşaq Təşkilatının sədri kimi səmərəli fəaliyyəti ilə nəinki ölkədaxili, eyni zamanda beynəlxalq aləmdə öz sözünü deyən siyasətçi kimi formalaşdı. Mətbuatda açıqlamalarında daima "ölkədə hər bir qurum öz inkişaf strategiyasında uşaqları da nəzərə almalıdır" fikrini irəli sürməsi artıq öz nəticəsini verməkdədir. Son illərdə erməni təcavüzkarları tərəfindən atəşkəs rejiminin durmadan pozulmasına, uşaqların öldürülməsinə etiraz əlaməti olaraq "Uşaqları öldürməyin!" beynəlxalq kampaniyası bütün dünyada böyük rezonansa səbəb oldu. Məhz bu və bu kimi digər işlərin uğurlu məntiqi nəticəsidir ki, bu günlərdə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova ABŞ-ın "Millətləri Birləşdirən Uşaqlar" təşkilatının prezidenti xanım Dafna Edvards Ziman tərəfindən diplomla mükafatlandırılıb. Fəxri prezidenti olduğu İçigeki Peşəkar Karate Klubu ilbəil öz uğurları ilə Müstəqil Azərbaycanın idman dünyasını zənginləşdirməkdə davam edir. İyulun 30-da Bakıda İçigeki peşəkar karateçilər arasında "İçigeki kuboku" uğrunda keçirilən beynəlxalq turnir buna ən bariz nümunədir.
Gülər Əhmədova
maraqlı və yaradıcı jurnalistdir
Jurnalistin vəzifəsinin nədən ibarət olmasının əslində bizim klassik jurnalistika cavabını verir. Bura maarifləndirmə, araşdırma, bəzi hallarda əyləndirmə və s. daxildir. Bu nöqteyi-nəzərdən yanaşsaq Gülər xanımın publisistik fəaliyyətində bir çox maraqlı məqamlar var. Bir çox hallarda o köşə və araşdırma tipli yazılar yazır. Bu yazılar tez bir zamanda ölkədə əməlli-başlı müzakirəyə çevrilir. Və bir müddət mətbuatda qalaraq öz aktuallığını itirmir. Təsisçisi olduğu "Mərkəz" qəzeti və "Mərkəz" İnformasiya Agentliyinin fəaliyəti isə göz qabağındadır. Günbəgün öz oxucu auditoriyasını genişləndirən redaksiyanın əsas qida mənbəyi isə Gülər Əhmədovanın layihələri, idayaları və təklifləridir.
Əsl
Azərbaycan xanımının ən gözəl siması
Qısa da olsa sadaladığımız və sadalamadığımız bir çox sahələrdə uğurlarla yanaşı Gülər Əhmədova həm də, əsl Azərbaycan xanımının ən gözəl simasıdır. Daxili gözəlliyi, istiqanlılığı, mülayimliyi, güzəştə getmək bacarığı, sakitliyi və sabit şəxsiyyəti olan, bir sözlə bütün tikanlar arasında çiçək təravətini qoruya bilən xanımın hər 3 övladının da öz dövlətinə sadiq olacağına, vətəninə xidmət edəcəyinə heç kimin şübhəsi ola bilməz.
P.S. Məncə bütün uşaqlar Gülər Əhmədovanın övladıdır. Bunu qətiyyətlə söyləməyə kifayət qədər əsaslarım var. Xanımın ünvanına gələn məktublara nəzər salsaq görərik ki, Respublikanın dörd bir tərəfindən ona məktublar ünvanlanır.
46 yaş adi yubiley deyil, bu bir hesabat məqamıdır. Belə bir hesabat məqamında onun haqqında deməyə söz çoxdur və bunu demək bizim borcumuzdur. Çünki bəzən adama elə gəlir ki, nə edilibsə, hamısı elə belə də olmalıdır. Lakin əksər hallarda ilk baxışda adi hadisə, adi əməl təsiri bağışlayan işlərin, nümayiş edilən mövqelərin, göstərilən səylərin arxasında adətən diqqətdən kənarda qalan şəxsi fədakarlıq, gərgin əmək və gözə görünməyən qəti mövqe və iradə dayanır. Gülər xanım məhz həmin keyfiyyətlərə malik olan və saysız-hesabsız əməllərilə həyat yolunda dərin və şərəfli bir iz qoymuş, zamanın sınağından dəfələrlə üzü ağ çıxmış insanlardandır.
Həqiqi istedadların əsas mübarizəsi və dialoqu zamanladır. Gülər Əhmədova bu dialoqun ən ön cəbhəsindədir. Bizim üzrəimizə düşən isə bu mübarizədə ona uğurlar arzulamaqdan ibarətdir.
Səbuhi
ABBASOV
Ədalət.-
2011.- 20 avqust.- S. 2.