Yeddi il Məmməd
Arazsız Məmməd Arazla
XATİRƏLƏR
Axır
yetişəcək ayrılıq çağı,
Mən səndə, sən məndə
alışasıyıq.
Hələ bu görüşü
bir-iki yaxın
Dosta da arabir danışasıyıq.
Xeyli susmayacaq yaddaşın səsi,
Sözün olmayacaq əvvəli,
ardı:
"Sinəmdə bu odda kişi nəfəsi..."
"Qəlbimdə bu adda qadın
yaşardı..."
Hələ deyəcəyik:
"Dönə o günlər,
Onu istəyimcə görə
bilmədim.
O mənim qəlbimə girdiyi qədər
Mən onun qəlbinə girə
bilmədim..."
Sonra bu ülfətin,
gülüşün, sözün
Odu yavaş-yavaş soyuyacaqdır.
Bu səslər, bu sözlər
ürəyimizi
Gizli bir küncündə
uyuyacaqdır.
Qalacaq bir uzaq, bir şirin
nağıl,
Yollar yormayacaq nə məktub, nə
zəng.
Ya məndən bir təbrik-bayramqabağı
-
Ya səndən bir
barmaq kağız gələcək.
Axır fikrimizə bir iti caynaq
Girib bunları da
didişdirəcək.
Ən məhzun, kədərli
anlarda ancaq
Bizi xatirələr
görüşdürəcək.
Ta heç nə demirəm,
heç nə demirəm,
Alışır sinəmdə
söz aram-aram.
Mən sənə bir kövrək,
yaddaşı möhkəm,
Vəfalı xatirə
bağışlayıram.
Yalta,
yanvar 1968
DİQQƏTİM
Deyirsən: qadınlar diqqət sevəndir,
Diqqətim
keşikçin, diqqətim qulun.
Hələ istəyirsən bir adam nədir,
Yüz adam diqqətli
diqqətcil olum.
Adi eyhamını gözündə
görər
Mənim göz diqqətim,
xəfif diqqətim.
Səni sancağından çəkmənə
qədər
Tərifə bələyər
tərif diqqətim.
Baxmaz bir gözucu özgə
qadına,
Ehtiras diqqətim
sadiqdir yaman.
Ad günü yaşını
salmaz yadına,
Mənim yaş diqqətim
ayıqdır yaman.
Duyğu diqqətim də küləyə
dönər,
Qapıb hər qəmini
didər dişində.
Qayğı diqqətim də mələyə
dönər,
Səni çimizdirər
nəvazişində.
Mənim yol diqqətim min bir
qanadlı
Sözsüz, lətifəsiz,
gülüşsüz olmaz.
Əyləncə diqqətim
şit zarafatlı,
Ayrılıq diqqətim
öpüşsüz olmaz.
Çox diqqət dərsini o hələ
bilmir,
Çox
görüb-götürə gərək diqqətim.
Bircə məhəbbətə
çevrilə bilmir
Bu ütük diqqətim,
zirək diqqətim.
Yanvar
1968
VARDI
GÜNLƏRİMİZ
Vardı günlərimiz
varlığa bənzər,
Üfüqlü, səmalı,
günəşli, qarlı,
Bizim aramızda yaşardı
günlər
Vədə
qaranquşlu, görüş baharlı.
Biz günlərə həmdəm,
günlər də bizə;
Hardasa itmişdi
boranlarımız.
Qara fırçasını
göylərimizə
Hələ çəkməmişdi
toranlarımız.
Ərzin bir buludsuz, aydın yerində
Üfüq birimizdik,
səhər birimiz.
Hər təzə məhəbbət
cümlələrində
Mübtəda birimiz,
xəbər birimiz.
Günlər o günləri hara
apardı...
Vardı günlərimiz,
var, ay aman.
Məhəbbət ətirli külək
dolardı
Gahdan pəncərədən,
gahdan qapıdan.
Vardı günlərimiz həm
qara, həm ağ,
Arzusu, tamahı
umar-küsərsiz.
Qibtə zəlzələsi
dağından uzaq,
Böhtan xəbərləri ondan xəbərsiz...
Vardı günlərimiz.
Var yenə, niyə?! --
Mən azan bir
ovçu, sən itkin əlik.
Mən təzə səhnəyə
çıxan faciə,
Sən təzə bir ələ
düşən gündəlik...
Yalta,
yanvar 19
SƏN MƏNİ SEVSƏYDİN...
Sən məni sevsəydin
nolardı görən?
Görən
olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə
sən
Dünyanı piyada gəzərdim
onda.
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət
acları bəlkə,
Təzə haşiyələr
alardı bizdən
Dünyanın məhəbbət
tacları bəlkə.
Bizim başımıza hey ələnərdi
Alqışlar.
təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz
şüalar-bizim.
Ləpələr göz alıb
baxar dənizdən,
Sular mehrimizə həsəd
çəkərdi
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri
baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli
pöhrə,
Məcnun bir səhərin
gözündə gələr.
Saçını tor elər sahildə
Zöhrə,
Tahir ləpələrin
üzündə gələr.
Sən məni sevsəydin... sevsəydin
əgər...
Kim olub bəxtiyar
quru ad ilə.
Həyatda "ürəkləş",
"sevləş" demirlər,
Ayaqlaş deyirlər
bu həyat ilə.
Dekabr, 1968
TƏƏSSÜF
Bu görüş nə acı
qismətmiş bizə,
Elə bil bir kədər
gölünə düşdük.
Salamsız, kəlamsız durub
üz-üzə,
Bir xeyli
baxışla, gözlə görüşdük.
Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu
qədər kövrək deyildin.
Sən əzəl bu qədər
mehriban, həlim,
Sən əzəl bu
qədər qəşəng deyildin.
Hanı ömrümüzün o
keçən günü,
Hanı öz əhdinə o
dönük andım...
Sənin "gəl
barışaq" təbəssümünü
Mən o vaxt əl
açan dilənçi sandım.
İndi dayanmışıq
üz-üzə, yaxın:
Təəssüf
çay kimi axır aradan.
Bəlkə də vədəsiz
yaxın olmağın
Cazibə gücündən tez
aşır adam.
Bir eşqin dolaşıb itən
yoluna
Tutma
çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən
yoluma
Göy işıq
olasan bu görkəmdə sən.
Bəlkə də yüz dəfə
görüşdük belə,
Yenə xatirələr,
yenə təəssüf.
Təəssüf, təəssüf,
təəssüf ilə
Qayıda bilməyən günə
təəssüf!..
Dekabr, 1967
QAR
Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm: qurd
düşüb qara...
Yadıma düşür ki, bəzən
hissimiz
Nə qədər aldanır bu
ağlıqlara...
Qayğılar görürük,
bürüncək kimi --
Tikandan astarı, ipəkdən
üzü.
Vədələr
görürük, kəpənək kimi
Dalınca
uşağa döndərir bizi.
Uzaqdan baxıram ağappaq, qəşəng;
Yaxına gəlirəm: qar kif
atıbdır.
Qəlbim inciməsin gözümdən
gərək,
Qəlbim də
gözümü çox aldadıbdır.
Kəlbəcər
- İstisu
İyul 1968
QOLTUQ
AĞACI
Qoltuq ağacına
yazığım gəlir,
Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola
bilərdi.
Məğrur bir çobanın
çiyinlərində
Qurd əzən dəyənək ola bilərdi.
Bir körpü tağı da ola bilərdi,
Tüfəng qundağı da ola bilərdi.
Vaxtsızmı qırıldı,
tezmi qırıldı...
Vüqarı
qırıldı, əzmi qırıldı.
Qoltuq ağacından
acığım gəlir
O bütün yollara qoltuqdan
baxır,
Girdiyi qollara qoltuqdan
baxır.
Nəğmə də oxuyur o,
cırhacırla,
Qırıla-qırıla..
Qoltuqdan oyana getməyir
səsi.
Nədir oxuduğu?
-- "qoltuq nəğməsi
Özü bu vərdişi
ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir
ayaqsızın,
Kiməsə
üçüncü ayağa dönər..
Daş kaha yaxşıdır bir
uçuq damdan,
Duyar eyhamımı bir qoltuq
acı:
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır
bir sınıq qoltuq ağacı.
1967
TƏLƏSDİM
Dağlar gördüm,
dağlarımın oxşarı,
Zirvələrin
görüşünə tələsdim.
Küləkləri
saçlarımı oxşadı,
Boranına,
yağışına tələsdim.
Ağ kağızda söz
ucalır, söz yenir;
Közərtili könüllərdə
söz yeni...
Hara çəkdi söz qədəmi,
söz yönü -
Enişinə,
yoxuşuna tələsdim.
Ay köçərim, ürəyimdə
qal qışı -
Kərəm kimi qar
altında qalmışın.
Günlərimdən qova-qova
qar-qışı,
İllərimin
qar-qışına tələsdim
El sazında səsim qala bircə
sim,
El yazında nəsim olam bircə əsim,
Harda olsan, ey eşqimin bircəsi,
Harda olsam,
çağrışına tələsdim.
Torpağımdan duman kimi
yığılsam,
Son nəğməmin uçrumuna
sıxılsam,
Qəfil qəza yıxmaz məni,
yıxılsam,
Ana yurdum,
ağuşuna tələsdim.
Pitsunda, Oktyabr, 198
QAYIDARSAN
Belə dönmə, ismi
dönük deyilsən;
Gileyin var: yağdırıb get,
yağıb get.
Qayıdarsan: yol göyərər,
yol donar,
Keçdiyimiz yola bir də
baxıb get!
İnnən belə dəmin dəmdə,
qəmin kəm...
İnnən belə
toy-büsatlar səninki.
Göz yaşların gərək
olmaz yəqin ki...
Gözlərini gözlərimə
sıxıb get.
Aldatmaq da
aldanılmaq deyilmi?
Zəhər satmaq zəhər
almaq deyilmi?
Yaxşı quyu tərs
badalaq deyilmi? -
Elə birdi: yıxılıb get,
yıxıb get...
Tufan dəli, il
tağında gül zərif,
Tez töküldü
ömrümüzün gün zəri.
Barı ayır yadda qalan günləri,
Yaddaşının bir ucuna
yığıb get.
Qopdu bir səs, qopdu bir tağ
qalamdan,
Göyərçinlər perikdi
dağ qalamdan,
Eşqim qalan bu üçbucaq
qalamdan
Əlində cam, dilində şam
çıxıb get...
6
dekabr, 1980
KİMLİYİM, NƏÇİLİYİM...
Qəfil düşdüm bəd
taleyin kəməndinə mən,
Axır dönüb
bu halımla barışan oldum.
Daha tənqid biçinində az itilənən,
Daha tərif xırmanında az daşan oldum
Dib bucaqda beli bükük,
Lüləsi donuq, -
Hörümçəyə
bağışladım ov tüfəngimi.
Günün çoxu yuxuludur ev telefonu
Günün
çoxu diksinməyir qapı zəngimiz.
Yox, ürəyim, daş qulazla
ötəri dərdə,
Qəm üstünə sevincini
hörməyi bacar
Ön cərgədən son cərgəyə
adlayıb hərdən
Görünməyən
məqamları görməyi bacar.
Öz vaxtında ayırmadın
şahini sardan,
Az
qoşmadın boş xarallar şəninə dastan.
Qaranquşa,
sığırçına meylimi sallam,
Ürəyimdə
yuva qurmaz köçəri dostlar.
Bir də üzməm yalan vədlər
cəzirəsinə
Köpüklərə
ip atmağın faydası nəymiş?
Bir vəzifə
kürsüsünün cazibəsi nə,
Bir telefon dəstəyinin ədası
nəymiş!
Mən bu hala gülə bildim,
Ağlaya bildim:
Əhd-ilqar da
"baxarıq"lı, "görək"li imiş;
Mən ömrümün
aşrımında anlaya bildim:
Nəçiliyim kimliyimdən gərəkli
imiş...
1981
DÜRNALARI
DÖNMƏZ OLDU
Boz qayalar çapıqlandı,
qaraldı;
Durnaları dönməz
oldu dağların.
Ada göllər
çamırlandı, qaraldı,
Durnaları dönməz
oldu dağların.
Azad durna yol istədi, yol
bölük,
Tala bölük,
çala bölük, göl bölük.
Göylüyünü necə
saxlar bu göylük
Durnaları dönməz
oldu dağların.
İki cavan bulaqda söz
bağladı,
Durnaların yoluna
göz bağladı.
Saxsı sənək göyərdi,
buz bağladı,
Durnaları dönməz
oldu dağların.
Əyriliyə əyilməyən
Əyriqar,
Yağdı sənə
ayrı yağış, ayrı qar.
Qoşadağa qoşa güllə
qoydular;
Durnaları dönməz
oldu dağların.
O Vaqifdi - odasına od
düşən,
O Zakirdi - sədasına od düşən,
O Arazdı - səmasına od düşən,
Durnaları dönməz oldu
dağların...
İyul, 1981
***
Dünya böyük, ömür
yolu bir addım,
Bir balaca eşq
adası yaratdım.
Bir uçrumdan fırtınaya tor
atdım,
Bu cürəti görən, duyan
olmadı,
Səndən mənə
gün ağlayan olmadı.
Sığalını görsə
idi kəhərim
Yarıyolda büdrərdimi
hünərim?
Göz yaşından nə
barlanım, nə dərim...
Günün mənə gün
bağlayan olmadı,
Səndən mənə
gün ağlayan olmadı.
Taleyinin hökmü oldu, nə
deyim,
Tez doğuldum, gec doğuldun, nə
deyim...
Zaman
keçdi, yaşa doldum, nə deyim...
Cavanlıqdan od
saxlayan olmadım,
Səndən mənə
gün ağlayan olmadı.
İki çırpı bir ocaqda
gün ağlar,
Od səngiyər,
köz sızıldar, kül ağlar.
Yaş ötəndə yada
düşər günahlar:
Kim yıxıldı, kim haqlayan olmadı,
Kimdən kimə gün ağlayan
olmadı...
1981
BU
GECƏ YUXUMDA
ARAZI
GÖRDÜM
Bu gecə yuxumda Arazı
gördüm,
Arazı belə tox
görməmişdim heç.
Arazı bəxtindən çox
razı gördüm,
Üstündən yol atdı:
"cəsarətlə keç!"
Dedi: sinəsinə çaylar
axmasa
Dənizlər itirər
dənizliyini.
Cəsarət üstümdə
şahə qalxmasa
Təbriz itirəcək
Təbrizliyini.
Bu hansı tarixdi - xəzan
yarpağı? -
Qəfil küləklərin
carçıları kim?
Mən ki, öyrənmişəm
qaya yarmağı,
Bir dərə dibinə
necə çəkilim?
Qədimlik utanır qədimliyindən,
Qədim abidələr
gülüş hədəfi.
Bir dilin bir dilə qənimliyindən
Dad qılır
çalağan, dad qılır əfi.
Yüz illər beləcə
yatıb mürgülər,
Sahil qayaları olsan, nə fayda!
Axar su üzünə bir dəfə
gülər,
Bir də o
gülüşlər çətin qayıda.
Su içmək
üçündü,
çay
keçmək üçün;
İçilməz,
keçilməz çayı su bilmə.
İnsanı ölümdən alan ölümün
Zəhmini insanın
qorxusu bilmə.
Əsrimiz körpülər əsridir
indi,
Pas atmış
ağıllar quylanır yerə.
Mənim sularımın dizliyi
gendi,
Qabarıb hay salar lal sahillərə.
Qoymaz üç addımda
çöllər alışa,
Qoymaz ağızlarda dillər alışa.
Nə qədər yataqda Araz var hələ,
Arazdan içməmiş Təbriz
var hələ,
Ya mənim dərdimlə yaşar
bu dağlar,
Ya da ki, üstümə aşar bu
dağlar...
1981
BİR İNSANA
İNAMIMI İTİRDİM
Ağ yol idi... ikimiz bir qaraltı
Nağıl kimi: işıq
yandı, it hürdü...
Yarı yolda qədəmləri
daraldı,
Yarı yolda
inamımı itirdim.
A yalquzaq, tək deyilsən bu dəfə
Sizin olsun - bizim olmaz
bu cığır.
İkiliyi yarıtmadı bu səfər,
Görək indi tənhalıqdan
nə çıxır.
Elə bildim göy meşələr
axnadı,
Ağ bulaqlar bir də nə vaxt
durula...
Bu gün uçan quşlara da
baxmadım
"Məni görüb
qanadları qırılar"...
Çox yaxşılar
yamanlaşdı gözümdə,
Çox vədələr
dumanlaşdı gözümdə,
Düz əhd-ilqar
yarğanlaşdı gözümdə,
Bir insana
inamımı itirdim.
Elə bildim
küsdürmüşəm səhəri,
Dan yerini kilidlədim
dan üzü.
Qara yelkən, qanadını
çək bəri,
Bu dəryanın
dalğasında dağ üzür.
Ümid yolu köhnə yoldu, bilirəm,
Ayaq geri, göz irəli
səslədi.
Dönüşünə ümid
yoxdu, bilirəm,
Ancaq yenə
ümidimi kəsmədim.
Bir ömürdən bir-ikicə
yaz qalıb,
Öz qorumdan öz tayamdı od alan.
Mənim kimi uduzanlar az
qalıb,
Özgə bəxti
haqlamasın o talan.
Yamaq tutan qəlbə bölük
deyərlər,
Dostdan gələn dərdə
"böyük"- deyərlər
Belə dosta İsmi Dönük
deyərlər,
Bir insana
inamımı itirdim.
Pitsunda, 7 sentyabr, 1981
GÖYƏRDİ
Bu dünyanın qara
daşı göyərməz.
Musa Yaqub
Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara
yaşı göyərdi.
Göyərmədi istədiyi bircə
dən,
Savalanın qara
daşı göyərdi.
Bu dünyanı hörümçəkdən
almışıq,
İlməsini kim
atdı bu yanlışın,
Dedim barı
düz toxuyaq qalmışı,
Önümdəcə
neçə naşı göyərdi.
Kim işığı ürəklərə
doğrayar,
Kim işığı ürəklərdən
oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.
Çox gözlü var
torpağına kor baxır,
Dan yerinə bəbəyində tor
baxır.
Yüz də çevir, min də ələ
torpağı,
Namərdinən mərd
yanaşı göyərdi.
Mən Arazda şaxələnən
çinardım,
Ömrü boyu tufan əydim,
su yardım.
Xətainin qılıncını
suvardım,
Məmməd Araz
karandaşı göyərdi.
Pitsunda, avqust 1981
Məmməd Araz
Ədalət.-2011.-1 dekabr.-S.5.