AĞAMALI SADİQ ƏFƏNDİ

 

Məni şirin yuxydan qəfil oyadıb soruşslar ki, ən çox sevdiyin şair kimdir? Heç düşünmədən, tərəddüd etmədən, Ağamalı Sadiq Əfəndidir- deyərdim. Təbii, sonra fikirləşib görürsən ki, Türkün Dədə Qorquddan Yunis İmrəyəcən, Mövlanə Cəlaləddin Rumidən Fizuliyəcən, Şah Xətayidən Vidadiyəcən, Səməd Vurğunadan Ağamalı Sadiqəcən Türkünböyük, nə əzəmətli şairləri olubAğamali da bu dəryayi ümmanın bir qətrəsidir. Mənim üçün Ağamalı son anda ğərək olan bir udumluq hava, hamının Tanrıdan diləyib, ancaq heç vaxt eşidə bilmədikləri bir səs, çoxlarının istədiyi, ancaq yaza bilmədiyi halal bir söz idi." Əyil səndən keçim, dünya"deyib,"Kəlmə-kəlmə yelə verib yandırın,Yel oxuyar,yelə qurban olum mən" kəlamlarıyla geri dönməyən durna qatarlarına qoşulub gedən bir səs, bir nəfəs, bir sözüydü...

  

   Ağamalı Sadiq haqda çox hörmətli abimiz Qoçulu Ömər əfəndiyə o qədər sevgilərlə danışmışdıq ki, ona qara cildli (ölümündən sonra işiq üzü gördüyü üçün kitabı da qara geyimli idi) kitabını bağışlayanda, - elə budurmu Ağamalı Sadiqin kitabı?-deyib təəcüblənmişdi. Onu qınamadıq. Ağamalı Sadiq adı, şeirləri, insanda belə bir fikir oyadır ki, yəqin cild-cild kitablar müəllifidir. Əl boyda bircə kitab qaldı Ağamalı Sadiqdən desək günah etmiş olarıq, billah. Ağamalı Sadiqin hər şeiri bir cildlik kitabdır, desək yanılmarıq. Mənimlə çoxları razılaşacaq ki, İncə dərəsi deyəndə birinci Ağamalı Sadiq, Ağamalı Sadiq deyəndə ilk olaraq İncə dərəsi yada düşür. Bu da Ağamalı Sadiqin halal haqqıdır ki, Məmməd İlqar içi qarışıq əlinə qələm götürüb şeir yazan hər bir incəli onu özlərinə mürşüd sayıblar. Ağamalı Sadiq haqda nə qədər yazsam sözüm qurtarmaz və nə qədər yazsam da onun haqda heç nə yazmamış olaram məncə...

   Son zamanlar, yəni 1991-95 ci illərdə mənə yaman bağlanmışdı. Bircə gün görüşməyəndə darıxardı. Onun belə tezliklə aramızdan gedəcəyinə kim inanardi ki. İlk baxışda zahirən çox gümrah, əsil idmançı təsiri bağışlayan tökmə bədənli, enli kürəkli, iti baxışlı, bu ağır taxtalı kişi zəhimli yerişi,duruşu ilə istənilən məclisə varanda, üzünü hara çevirəndə oranı zəhmi basardı . Hamı özünü yığışdırıb-"Ağamalı Sadiq gəldi deyib bu qos-qocaman türk kişisinə böyük ehtiramla, sevgi və sayqılarla yanaşardılar. Demək olar ki, şeirlərinin çoxusu dillər əzbəri olmasına baxmayaraq, kitabını çap etdirmək istəmirdi nədənsə. Mənim davamlı təkidimdən sonra bir axşam zəng vurub, - Məmməd məni yola gətirdin deyəsən, - deyib kitabına yazdığı ön sözü ele telefondaca mənə oxudu:

   - Ayə, canin üçün elə peyğəmbərimizin adını daşıyırsan, adı bəlli Məhəmmədin eşqinə bir salavat çevirib kitabı başlayıram... Hörmətli oxucu, yəqin ki, yerinə düşər deyib elə bu yerdəcə kitabına yazdığı ön sözü olduğu kimi sizlərin nəzərinə çatdırmaq qərarına gəldim:

  

   MÜƏLLİFDƏN

   "Ulu Tanrının adı ilə başlayıram. Əziz oxucu! Əzizim ona görə deyirəm ki, tək-tək məslək dostlarım istisna olmaqla mən bütün əzizlərimi itirdimbu gün layıqlı adama "əzizim" deməyə bilsəniz nə qədər ehtiyacım var. İnsanları mən həmişə çox istəmişəm. Yaşından, vəzifəsindən, sənətindən, hətta milli mənsubiyyətindən asılı olmayaraq insanları istəmişəm, insana inanmışam və bir zaman başımı qaldırıb görmüşəm ki, çox istədiyim qardaşım-bacım-insan mənim kölgəmi qamçılamaqdadı. O zaman diksinib geri sıçradım və həmin gündən də şeir yazmağa başlamışam. Məni çaşdıran, məni düşündürən də insanın ziddiyyətli daxili, onun içindəki mələklə iblisin nəhayətsiz vuruşu olub. Ömrüm boyu fikirləşmişəm, görəsən insanlarüçün düşündükləri kimi danışmırlar. Bütün yaşıdlarım yaşlanıb gedib, böyük adam olublar, mən elə "uşaq" olaraq qalmışam, həmişə aldadılmışam. Aldadıldığımı bilə-bilə aldanmışam və bu gör-götür dünyasında günlərin bir günü öz oğlumda məni aldatdı. Onda bildim uşaq böyüyüb, adam olub. Hər cür süni təvazökarlıq, hər cür özünü sığortalamaq" mərhəmətlərindən " uzaq, səmimi etiraf edim ki, ədəbiyyat işi ilə məşğul olduğuma baxmayaraq, mən özümü qətiyyən şairlərin sırasına daxil etmir, Nəsimi məsuliyyətini boynuma götürə bilmirəm. Lakin hiss edirəm ki, çiynimdə yük var. Bu yük mənim çiyinlərimə ölçülməmiş yükdür. Bu həlli müşkül məsələlərin ağırlığı altında inlərkən əlim istər-istəməz gəlir ürəyimin üstünə və əlacım qalır ancaqancaq göz yaşına. Mənim şeirlərim, göz yaşım, mən bunu bilirəm. Dünyada da başı yaşamağa qarışanların yerinə göz yaşı töküb ağlamaqdan böyük səadət tanımıram. Eyni zamanda özünü yalandan ağlayan göstərməkdən də böyük xəyanət tanımıram. Əlbəttə hərə öz işində özünü haqlı hesab edir. Və nəhayət, kimin daha haqlı olduöunu zaman özü göstərər inşallah...

   ƏZƏLİ, SONUM

   Ya Allah!

   Özümü başlayıram yazmağa, adı bəlli Məhəmmədin eşqinə bir salavat çəkdim, başlanğıcım düşdü yadıma. Ağac kökündən, dəniz çayından, çay bulağından başlanır. Mən özüm haradan başlanıram? Bir halda ki, özümü yazıram, deməli öz başlanğıcımı tapıb oradan başlamalıyam;- Sən ey göylərində qoç Koroğlunun ruhu dolanan atam yurdu, saçlı İncə dərəsi , özün mənə köməy ol!and olsun Vətən yolunda şəhid olan ərənlərin müqəddəs ruhuna ki, budur, ürəyimə hərarət, qoluma qüvvət gəldi. Ən çətin anlarımda mən, məni bu dünyaya, bu dünyanı mənə bəxş eyləyən atam yurdu, saçlı İncə dərəsinin adını çəkib ayağa qalxmışam. Heç yolunuz düşübmü İncə dərəsinə? O dağların bənövşəli qoynunda köhlən atları kişnəyən, qayaları kövrələn, binələri seyrələn görüb, unudub əynindəki ütülü şalvar-pencəyi, üzü üstə çöküb qara torpağa hönkür-hönkür ağlamısızmı? Burnunuza torpaq ətri dəyərkən, torpaq ana laylası qoxuyubmu?.."

  

   Mənə elə gəlirki tələsmək məsələsi Ağamalı Sadiqin həyat tərzində durumunda, yaşamında yox idi, sezilmirdi. Ancaq şeirində yazırdı:

 

   ...Xal düşür səfinə yaşıdlarımın,

   Qapımın ağzında ulayır külək.

   Gördüm bu dünyanın etibarını,

   Tələsmək lazımdır, bir az tələsmək...

  

   Bax beləcə-beləcə ölümə tələsən Ağamalı Sadiqdə çox sözlər var idi ki, onları yazmağa, bu qaraca kitabının işiq üzünə çıxmağına isə çox gecikdi. Tələsdiyi qədər də gecikdi. Gecikdiçox tələsdi. "Yaldan aşan o karvana,yetirin yoldan olanı", deyib də 48 yaşinda qoşulub getdi o karvanlara...

   Qəribə saz çalıb-oxumağı var idi. Çox ustad aşıqlara qulaq asıb, heyranlıqla sazın sehrinə düşüb, tilsimləndiyim anlarım çox olmuşdu. Ancaq heç bir ustad aşıq, hec bir saz havacatı Ağamalı Sadiqin eşqindən süzülən sirlər, sehirlər qədər məni ovsunlaya bilməmişdi. Nəsə, başqa cür çalıb-oxuyurdu o. Hətta bir dəfə cezvə gəlib, - billah imkanım olsaydı bu çalğına görə sənə Oskar mükafati verərdim, deyib güldürmüşdümdə onu...

   Son vaxtları təzyiqi amanını qırmışdı. Tez-tez xəstəxanalara düşürdü. Bir gün xəstəxanadan çıxıb mənə zəng vurmuşdu:

   -Salam, əfəndim. Zatən bura Dəmirçioğlunun evidirmi?-dedi. Yarı incik, yarı zarafat,yarı məzəmmət qoxuyan nəfəsi məni dəstəkdən vurdu.

   -Əvət əfəndim- dedim

   -Həə...Sizi o dünyadan narahat edirəm.Nasılsınız, sizin dünyada var-nə yox,- deyib susdu.

 

   Kövrəlmişdim. Bir neçə gün xəstəxanada yatmışdı, vaxt tapıb yanına gedə bilməmişdim. Üzrhaxlığı necə edəcəyimi bilmirdim. Son vaxtlar soyutma balıq yeməyi tapşırmışdı həkimlər ona. İlk ağlıma gələn bu oldu:-Ayə, qardaş, yaxşı kütüm balıqlarım var, bacanağım təzəcə dənizdən çıxarıb mənə pay verib. Özünü yetir, müşdərisi çoxdu,- dedim.

   -Dəmirçioğlu ,(qeyd edim ki, Dəmirçioğlu təxəllüsümü elə özü yaraşdırmışdı mənə) başımda xeyli adamım var. Gəlsək sənə ağır olmaz ki, deyib məni biraz da sınağa çəkdi  

   -Sənin kimi dostu olanın darvazasından dəvə keçər, arxayın ol. De görüm qizartma olsun, yoxsa soyutma?

   -Ayə, eləcə suy sal, duzunuda az elə, gəlirik.- dedi.

   Oğlu Nofəllə gəldi. Elə ikisi. Xeyli söhbətdən sonra sazı götürdü, zilini-zil,bəmini-bəm eyləyib dərdləşdi qara sazla. Sonra sərin-sərin Koroğlunun qocalığından bir iki ağız oxudu. Dəyişmişdi səsi, kövrəlmişdi, sozalmışdı elə bil.

  

   ...Titrəyir əllərim, tor görür gözüm,

    Mənmi qocalmışam, ya zəmanəmi?

 

   Deyib oxuyurdu. Alnında puçurlayan tər damcıları, yay kimi gərilib düzələn nazik qaşları, körük kimi açılıb, yığılan sinəsi, sivri burnun pərləri... bütün əzaları Koroğludan oxuyurdu.

 

   Babək qılıncını qına qoymuşdu

   Həmzə papağını yana qoymuşdu.

   Qoltuq dərələrin batmışdı səsi,

   Keçəllər əlinə xına qoymuşdu.

   Koroğlu ölürdü səzsiz,səmirsiz

   Quzğunlar dönürdü əngilliklərdən,

   Qorqudun qəbrindən od saçılırdı.

   Dağa bax,dərdə bax bu son səhərdə,

 

   Düşman ağlayırdı,dost açılırdı,

   Koroğlu ölürdü,dədə Koroğlu.

   -Gileyli-gileyli baxırdı dağlar,

   Dərdini çaylara sıxırdı dağlar.

 

   Cünunun sazını bağrına basıb:

   "Mənmi, zəmanəmi"oxurdu dağlar.

   Qırat kişnəyirdi güllə səsinə,

   Koroğlu ölürdü səzsi, səmirsiz.

   Koroğlu ölürdü, dədə Koroğlu.

  

   Bu şeiri deyib, susdu Ağamalı Sadiq. Ürəyim sancdı birdən. Ağlıma qara quzğun kimi bir fikir doldu. Gecədən xeyli keçmişdi. Doymurdum Ağamalıdan, amma yazığım da gəlirdi. O Ağamalı deyildi oxuyan .Elə bil birdən qocalmışdl. Elə bil o zəhmin yerində nürani, pirani bir həzinlik vəsiyyət söyləyirdi. Qara quzğun fikir didirdi bağrımın başını. Nofəli bir yana çəkib:-Bu sazı da özünlə götür,atanın bütün çalğılarını, oxumalarını, söhbətlərini, hamısını lentə al bu gündən. Sonra gecikə bilərik, - dedim. Elə biz gecikdik, Nofəl . Heç yazıb, heç saxlaya bilmədik ondan. Bu gecə Ağamalı ilə yaşadığım son gecə, bu görüş elə son görüş oldu. Heç 3-4 gün çəkmədi...

 

   Mən hara gedirəm bu yaz axşamı,

   Bu qara baxtımın bəyaz axşamı,

   Bu torpaqdan keçıb, bu daşdan keçib,

   Bu yetim bacıdan, qardaşdan keçib,

   Bir dəli könüllə hara gedirəm?...

  

   Deyib hara getdi, niyə getdi, bilmədik. O gedəndən sonra ölümü daha dürüst dərk etdim. amansız, misgin olduğunu gördüm, gözümdən düşdü, bir qəpiklik oldu ölüm. Sonra mənə elə gəldi iki, Ağamalı kimi adam da ölürsə, deməli ölüm haqdır. Amma hədər bir şeydir.

   qədər böyük türk idi, qədər fədakar, qədər vətən, torpaq sevgisi olan insan idi, qədər böyük şair idi Ağamalı Sadiq. Halal haqqı hələ verilməyib bu halal kişinin. Kimdən sorayaq onun halal haqqını? Birdə ki,...deyəsən mən uşaq-uşaq danışdım.

   İndi İncə dərəsində, yol ayrıcında, canından çox istədiyi torpaqda büst abidəsi təsəllimizdi. Qaraca kitabı, - "Əyil səndən keçim dünya" kitabı, xanım - xatını Nabat xanımı, oğlanları- Nofəli, Orxanı, nəvələri, adını daşıyan balaca Ağamalı Sadiqi öyünc yerimizdi. Buna da min şükür.

   Ağamalı Sadiqin ən böyük arzusu türk dünyasını bütöv,Azərbaycanı azad, xoşbəxt firəvan görmək idi. Hətta sevgi şeirlərindən bu amalın qoxusu gəlirdi. Elə bu yerdə iki-üç şeirini sevə- sevə işlədiyim portretini təqdim edərək vidalaşıram sizlərlə, əzizi oxucularım.

 

Məmməd Dəmirçioğlunun

Ədalət.-2011.-3 dekabr.- S.18.