AZƏRBAYCAN
YAZIÇILARIN XII QURULTAYI QARŞISINDA
AZƏRBAYCAN
ƏDƏBİYYATINDA FOLKLORİZM
(əvvəli ötən
sayımızda)
... 60-cı illər
ədəbiyyatının yaranmasında xidmətləri olan sənətkarlardan biri
Xalq yazıçısı Anardır. Anar ədəbi
düşüncənin alt və üst qatlarında qorunub saxlanan folklorizm dəyərlərinin
ilk öncə görünən
laylarını müasirlərinin həyatında aşkarlayaraq üzə
çıxarmış, onları yeni sənətkarlıq
meyarları ilə cilalayaraq milli Mənə məxsus əxlaqi dəyər
kimi cəmiyyətə təqdim edə
bilmişdir. "Dantenin yubileyi" və
"Yaxşı padşahın nağılı"ndan başlayaraq "Təhminə və Zaur"a qədər insan taleyi və faciəsinin
görüntülərini dövrün ədəbiyyatında
özünə qədər görünməyən
düşüncə ölçülərində
obrazlaşdıra bilmişdir. Bu nümunələrdə Mirzə Cəlil üslubunun təsiri aydın görünməkdədir.
Nisbətən sonralar qələmə
aldığı "Təhminə və Zaur"da isə Anar əksliklərin
və ziddiyyətlərin milli məzmunda
təqdimində daha irəliyə gedir. Daha qlobal
düşüncə laylarına enir. Cəmiyyət həyatının uzun
zaman açıqlana bilməyən "duyğu saxlancı"nı gündəmə
gətirir, insan taleyinin
bu qapalı saxlancının sevgi, həsrət, iztirab,
ayrılıq, uğursuzluq, bədbəxtlik,
yalançı, qərəzli səmimiyyət, xəyanətkarlıq
və sairə kimi çoxmərtəbəli və çoxpilləli qatlarına işıq
salır, bunların hamısını insan
taleyi ilə bağlı
acılı-şirinli düşüncə kimi
ürək yanğısı ilə oxucusuna
təqdim edir. Əslində Anarın
"Beşmərtəbəli evin
altıncı mərtəbəsi" əsərinin folklorizmi elə bu
düşüncənin bir-biri ilə
üz-üzə gəldiyi altıncı mərtəbədir.
Anar
yaradıcılığının həyat həqiqətləri
ilə sıx cilalanmış folklorizmi
60-cı illər ədəbiyyatına təzə nəfəs
gətirən yeni düşüncə modeli idi ki,
sonradan o, ədəbiyyatın
gələcək taleyində həlledici rol
oynadı, onu xalqa sevdirdi və ona əbədiyaşar
bir həyat bəxş etdi.
"Beşmərtəbəli evin
altıncı mərtəbəsi"nin ədəbi aləmdə
əks-sədası məlumdur ki, birmənalı deyildi. Ancaq cəmiyyətdəki çevrilişlər
kimi, düşüncədəki çevrilişlər
də heç də həmişə birmənalı
qarşılanmır, həqiqətin bərpası yaxud üzə çıxması üçün müəyyən zaman tələb olunur. Zaman isə "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin
xeyrinə işlədi. Dövrü üçün ədəbiyyatın
baş yaradıcılıq metodu olan - sosializm
realizminin qəlibləri sökülüb
parçalandı, sosialist gerçəklikləri
sindromu tarixin arxivinə
verildi. Ədəbiyyatımızda insan tale və həyatının
dərin qatlarına nüfuz edən, onun daxili aləmini, psixoloji durumunu əks edtirən
yeni ədəbi düşüncə
60-cı illər ədəbiyyatını doğurdu,
tarixi zərurət həqiqətə çevrilib reallaşdı.
Anarın folklorizm ənənələri əsasında yazdığı və əslində mövzusunu xalq yaradıcılığı qaynaqlarından götürdüyü ikinci böyük əsəri "Ağ qoç, qara qoç"dur. Əgər yazıçı "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə gənc nəsillərin taleyi ilə bağlı narahatçılığı qələmə almışdırsa, "Ağ qoç, qara qoç"da cəmiyyət idarəçiliyinin daha ciddi problemlərini gündəmə gətirmişdir. Burada cəmiyyətin yetkin, kamallı, xalqın gələcək firavan həyatına fərqli prizmalardan baxan insanların taleyi öndədir. Anar Ağ Qoç və Qara Qoçun şəxsində elə bu həyatın gələcək yüksəlişinə, onların mübarizə ideallarına folklorizm çevrəsində nəzər yetirir, dərin təzad və ziddiyyətlər içərisindəki cəmiyyətin işıqlı sabahına bəslədiyi pozitiv ümidlərini oxucuları ilə bölüşür.
Əgər Anar ötən əsrin
60-cı illərinin başlanğıcında cəmiyyət
həyatının üst qatında yaşayan
görüntüləri bütün yasaq və qadağalardan
yan keçərək qələmə alırdısa,
"Ağ qoç, Qara qoç"da yaşadığı
yeni dövrün inkişaf və gedişat problemlərini,
ziddiyyət və təzadlarını gündəmə gətirir,
şüuraltdakı neqativ düşüncənin gözəgörünməz
mifologizmini yaradırdı. Bununla da Anar
insanları qabaqcıl, işıqlı düşüncənin
qorunub-saxlanmasına səfərbər olmağa
çağırır. Yazıçı təkcə
düşüncənin alt
laylarındakı dəyərləri bərpa edib
üzə çıxarmır, həm də cəmiyyətin üst düşüncə qatının
deformasiyasından nigarançılığını ifadə
edir. Bütün bunlar isə Anarın yaranmaqda olan ən yeni dövr ədəbiyyatına
bəxş etdiyi folklorizm
dəyərləri, yeni
yaradıcılıq modelləri idi.
Şübhəsiz ki, bu
əsərlər sosialist realizmi
metodundan sonra ölkəmizdə
əsası qoyulan ədəbiyyatın - ən
yeni dövr ədəbiyyatının
ilkin, yetkin
nümunələridir.
Milli ədəbi düşüncə tarixində ən yeni dövr ədəbiyyatının başqa qüdrətli nümayəndələrindən biri də xalq yazıçısı Elçindir. Ömrünün kamillik dövrünü yaşamaqda olan Elçin 60-cı illər ədəbiyyatının böyük yaradıcılarındandır. İlk qələm təcrübələrindən başlayaraq folklorizmdən istifadə onun əsərlərindən qızıl xətt kimi keçir. "Sarı pencək" hekayəsindən sonra Elçin yaradıcılığında milli özünüdərk, milli Mənə qayıdış, folklor ənənələrindən bəhrələnmə özünün tarixi-xronoloji ardıcıllığını demək olar ki, mühafizəkarlıqla qoruyub saxlamışdır. Sosializm realizmi metodunun ədəbiyyatımızda aparıcı mövqeyə keçməsi ilə bağlı milli ədəbi düşüncədə demək olar ki, öz dolğun mövqeyini itirib yoxa çıxan folklorizmi o, əlinə qələm aldığı gündən mərhələ-mərhələ bərpa edən, ədəbi düşüncənin alt və üst qatlarındakı folklorizmin geniş və rəngarəng mənzərəsini əsərlərində əks etdirən ədiblərimizdəndir. O, ilk hekayələrindən başlayaraq nəsr və dram əsərlərində ardıcıl olaraq folklor ənənələrinə istinad edən, milli-mənəvi və əxlaqi dəyərlərimizi qabaqcıl dünyaya yüksək sənətkarlıqla təqdim edən yazıçılardandır. Ədəbiyyatımızda "Leyli-Məcnun" folklorizmi neçə yüz ildən bəri dünya xalqlarının diqqət mərkəzindədirsə, Elçinin "Mahmud və Məryəm"i (Əsli və Kərəmi) məhəbbət mifologizmi tolerantçılığa çağırış, milli ayrıseçkiliyə qarşı insanları mübarizəyə səfərbəredici gücə malik bədii düşüncə məhsulu kimi dünyada geniş tanınmaqdadır.
Ədibin "Ağ dəvə" əsərində, yaxud ayrı-ayrı zoomorfik obrazlar silsiləsi çevrəsində yaratdığı folklorizm dəyərləri öz təkrarolunmazlığı ilə seçilir.
Bütövlükdə isə
Elçin yaradıcılığında folklorizmin elə
görüntüləri önə çəkilir ki,
onların arxasında adi, sadə insanların arzusu,
düşüncəsi, bir sıra hallarda isə
uğurlu-uğursuz taleyi dayanır, ibrətamiz həyat
faktı kimi oxucusunu düşündürür, onu öz
arxasınca aparır. Elçin
xalqımızın milli dəyərlərinin
daim keşiyindədir. O, əsərlərində
neqativ halları yamanlayır, onların
acı və ağrılarını folklorizm
çevrəsində oxucusunun gözü qarşısında ustalıqla
canlandırır, pozitiv məqamların
isə insan həyatındakı və
taleyindəki tutumunu, böyük
nüfuzedici mövqeyini
ümumiləşdirərək təqdir edir.
Göründüyü kimi,
60-cı illər ədəbiyyatı yüksək mənəvi-əxlaqi
dəyərləri əhatə etməklə hər cür
siyasi konyunkturalardan, şəxsiyyətə, azad
düşüncəyə qarşı yönəlmiş hər
cür zorakılıqlardan uzaq bir ədəbiyyat kimi yaranıb
üzə çıxmışdır. Sovetlər
birliyinin dağılması, müstəqilliyimizin
bərpasından sonra ədəbiyyatımızın
yeni inkişaf istiqamətinin
müəyyənləşdirilməsi zərurəti barədə
qarşıya təbii ki, suallar
çıxır. Ən yeni dövr ədəbiyyatımız hansı ənənələrə
söykənməli, hansı yaradıcılıq
metodları əsasında öz
inkişafını davam etdirməlidir? Bizcə cavab birmənalıdır:
ən yeni dövr ədəbiyyatımız
özünün tarixi
varislik ənənələrini qoruyub saxlamalı, milli-mənəvi, əxlaqi
dəyərlərlə yüksək azərbaycançılıq
görüşləri qovşağında 60-cı illər ədəbi
zəmininə əsaslanan ədəbiyyat olmalıdır.
O, neomodernist bir ədəbiyyat
kimi folklorizm dəyərləri
çevrəsində bütün modernist və postmodernist dəyərlərdən
fərqli, milli kökə və
yaradıcılıq ənənələrinə əsaslanmalıdır.
Bu ədəbiyyatın
ilk mükəmməl nümunələri
isə artıq 60-cı illər nəsli ədəbi qüvvələrinin
yaradıcılığından oxuculara
kifayət qədər tanışdır. 60-cı illərdən
başlayaraq yaranan bu neomodernist
yazıçıların sayı çox
olduğu kimi,
yaratdıqları neomodernist əsərlərin sırası da çeşidlidir - Bu
sırada Anarın, Elçinin adı
çəkilən əsərləri ilə yanaşı, Məmməd
Arazın milli kökə bağlı bütöv dolğun
poeziyası, Ə.Əylislinin "Mənim nəğməkar
bibim", M.Süleymanlının "Dəyirman",
"Köç", "Şeytan", S. Rüstəmxanlının
"Ömür kitabı" və onlarla adını çəkmədiyimiz şair və
yazıçılarımızın əsərləri xüsusi yer tutur.
Müasir dövrdə ədəbi
prosesin bu istiqamətdə ən son nailiyyəti isə
Elçinin folklorizm və mifologizm ənənələri əsasında
yazdığı "Teleskop" əsəridir (bax: "Azərbaycan"
jurnalı, 2011, N7).
"Teleskop" ən yeni dövr ədəbiyyatında mifologizmin rəngarəng, müxtəlif və çoxçalarlı qəliblərini geniş şəkildə əks etdirən, müasir həyatın dərinliklərində baş verən ənənəvi, təzadlı və ziddiyy
Müharibə illərində qəhrəmanlıq
dastanları, himnləri və nəğmələrinin nəşri
və təbliği yaranmış boşluğu doldurmaq
iqtidarında deyildi. Yalnız müharibədən
sonrakı illərdə S.Vurğunun, S.Rəhimovun,
S.Rüstəmin, S.Rəhmanın, M.Cəlalın, Ə.Vəliyevin,
M.Rahimin, Ə.Əbülhəsənin və
başqalarının yaradıcılığında milli dəyərlərə və folklor ənənələrinə müxtəlif
formada qayıdış
az və ya çox dərəcədə, mətnaltı
və mətnüstü məzmunda özünü
göstərməyə başladı. Özü
də bu meyl ədəbiyyatda
çox ehtiyatlı şəkildə, yumoristik və satirik çalarlarda, eyhamlar, sarkazmlar, obrazların və tiplərin şəxsləndirilməsi
yolu ilə, eləcə də başqa sənətkarlıq ölçü qəliblərində, mətnaltı
məzmunda və fərqli formalarda ifadəsini
tapmaqda idi.
Çox keçmədən ədəbiyyatımızda
bütün bu meyllərin güclənməsi, eləcə də
cəmiyyətin siyasi həyatında baş verən dəyişikliklərin
təsiri altında milli, mənəvi- əxlaqi dəyərlərə
yeni bir qayıdış dalğası özünü
göstərməyə başladı. M.İbrahimovun
"Böyük dayaq"
(1957) əsərində milli həyatın
yeni detalları göründü
və bu, ədəbiyyata yeni
düşüncə gətirmək
çağırışı ilə əlamətdar oldu. Bu gün böyük
cəsarətlə qeyd etmək
lazımdır ki, "Böyük
dayaq" 60-cı illər ədəbiyyatının
ən güclü nəhrlərindən biri oldu. Ədəbi tənqidimiz
və ədəbiyyatşünaslığımız
60-cı illər ədəbiyyatının mövzu
və məzmun problemləri, yeni düşüncə
modelləri və sair barədə bir sıra dəyərli mülahizələr
irəli sürsələr də onun ana qaynağı olan M.İbrahimov nəsrinə, xüsusən də
ədibin "Böyük dayaq"
romanına yeni düşüncə ədəbiyyatı
olan 60-cı illər ədəbiyyatını
doğuran "böyük qaynağa"
hələlik kifayət qədər diqqət yetirməmişlər.
"Böyük dayaq " sosializm realizmi yaradıcılıq metodundan
fərqli yaradıcılıq modelinə əsaslanmaqla eyni zamanda ondan
uzaqlaşmağa, ziddiyyətlərlə dolu sosialist həyatında
insan talelərinin bədii tərənnümünə
çağırış nidaları ilə zəngin idi. 60-cı illər ədəbiyyatı məhz
bu cücərtilər üzərində
boy atıb yaranan bir ədəbiyyat idi. O, eyni zamanda
başqa bir məziyyəti
ilə bədii düşüncədə folklorizmi
əsaslı şəkildə bərpa etməyi gündəmə
gətirməsi ilə əlamətdar oldu
və 60-cı illərin gənc qələm sahibləri bu fürsətdən bəhrələnərək
yeni yaratdıqları ədəbiyyatı
həmin tarixi ənənələr
zəmini üzərində bərqərar etdilər. Bu prosesi ardıcıl
şəkildə izləyən akademik M. Arif yazırdı: "Həmin mərhələdə
Azərbaycan nəsrinin bəhrələndiyi ən mühüm qaynaqlardan biri xalq ədəbiyyatıdır...
Azərbaycan xalqının ədəbi ənənələrinin
inkişafı da özünəməxsus
bir varislik yolunun aparıcısı kimi
diqqəti cəlb edir, onun
başlıca xüsusiyyətinin dərinliyində isə zəngin
folklor ənənələri aydın nəzərə
çarpmaqdadır".
Göründüyü kimi, xalq
yaradıcılığı ənənələri üzərində
yaranıb yüksələn Azərbaycan ədəbiyyatında
folklorizm yeni hadisə deyildi. O, ədəbiyyatımızda
erkən orta əsr çağlarından
xeyli qabaq
formalaşıb ədəbi düşüncəmizə tarixi varislik ənənələri
ilə bağlı olmuşdur. Sovetlər dönəmində sosializm
realizmi yaradıcılıq metodunun və sovet
ideologiyasının güclü təzyiqi
altında ədəbiyyatımızdan
sıxışdırılıb çıxarılsa da tamamilə məhv edilə bilməmişdir.
Ədəbi düşüncənin alt
qatında əski milli dəyər toplumu kimi folklor
ənənələri çevrəsində qorunub saxlana bilmişdir. Münasib tarixi şəraitin yaranması ilə ədəbi
yaddaşın saxlancından baş vuraraq ədəbiyyatımızda pillə-pillə,
mərhələ-mərhələ öz
yerini bərpa edə bilmişdir.
Müharibədən sonra, ötən
yüzilliyin 50-ci illərindən başlayaraq repressiyalar
burulğanından salamat çıxan, cəbhələrdə
döyüş yolu keçən yaşlı və orta nəslin
ədəbi simaları tarixən mövcud ədəbi ənənələri,
o cümlədən folklorizmi yaradıcılıqlarında
böyük fədakarlıqla bərpa etməyə
başlamışlar. Bu illər isə
nəzəri fikir tarixinə folkllorizmin yenidən bərpası dövrü kimi daxil olmuşdur. Onun ədəbi düşüncədə bərpasında
isə yenidən nəsrimizə gələn kənd mövzusu mühüm rol oynamışdır. Bu dövrün
ədəbiyyatında iki kənd -
müharibə illərində ön cəbhədə
"döyüşən" kənd və müharibə
ağrıları və ayrılıqlarını unuda bilməyib yeni
yüksəliş yoluna çıxaraq
"dəyişən" kənd vardı. Hər ikisi ədəbiyyata yeni mövzu, düşüncə və folklorizm ənənələri gətirməkdə
idi. Akademik B.Nəbiyevin
qeyd etdiyi kimi, "... Bütün bu dəyərlər 60-cı illərdə ədəbiyyata
yeni düşüncə və nəfəsin
gəlməsinin başlıca qaynaqlarından idi."
60-cı illər ədəbiyyatı
ölkədə yaranan yeni tarixi şəraitə və əhvali-ruhiyyəyə
köklənmişdi. Yasaqlara və qadağalara məruz qalmış
xalqın uzun müddət ifadə edə
bilmədiyi dəyərləri - özünüdərk,
keçmişə qayıtma, əxlaqi saflığı
önə çəkmə, fikir və
düşüncə sərbəstliyi, psixoloji
sarsıntıları görmək, onu dəyərləndirmək,
insanın şəxsiyyətini zorakılıqlardan qorumaq, həyatı bəzəksiz-düzəksiz,
olduğu kimi təsvir
etmək və sairi toplum
halında ədəbiyyata gətirmək arzuları ilə
bağlı idi. Təbii ki,
bütün bunlar ilk mərhələdə ədəbiyyatda üstüörtülü şəkildə,
ədəbi düşüncənin alt
qatında qorunub saxlanan
folklorizm görüntüləri
işığında yüksələn xətt üzrə əks
edilməkdə idi. Həmin
yaradıcılıq prosesində yuxarıda qeyd
edildiyi kimi, ədəbiyyatımızın
S.Rəhimov, Mir Cəlal, Ə.Vəliyev,
Əbülhəsən, Mehdi Hüseyn və digər yaşlı nəslə
məxsus sənətkarları ilə yanaşı, orta nəslin İ.Əfəndiyev, B.Vahabzadə,
İ.Hüseynov, İ.Şıxlı,
S.Qədirzadə, İ.Səfərli, M.Araz,
Ə.Qasımov, Ə.Mustafayev və onlarla başqa sənətkarların
iştirakı da fəal idi.
Ancaq bir həqiqət
inkaredilməzdir ki, 60-cı illər ədəbiyyatının
yeni ədəbi düşüncə modeli kimi
formalaşması gənc ədəbi qüvvələrin adları
ilə daha çox
bağlıdır. Təbii ki, bu sənətkarların hər biri 60-cı illər ədəbiyyatının
yaranma və formalaşmasına özlərinin
layiqli töhfələrini vermişlər.
Onların hər birinin bu sahədəki fəaliyyətlərinin
müxtəlif cəhətlərdən öyrənilməsinə
günümüzdə ehtiyac böyükdür və əminəm ki, bu sahədə ən
yaxın illərdə ədəbi tənqidimiz və ədəbiyyatşünaslığımız
öz sözünü
deyəcəkdir. Ancaq biz 60-cı illər ədəbiyyatında
folklorizmdən danışdığımızdan onun ədəbi tənqidimiz və
folklorşünaslığımız üçün
daha yeni və aktual görüntülərini
açıqlamağa imkan verən sənətkarların
yaradıcılıq ənənələrinin bəzi
xüsusiyyətlərindən, eləcə də həmin
kontekstdə ədəbiyyatımızda özünü
göstərən bəzi yabançı, təftişçi
meyllərdən uzaq, yeni
yaranmaqda olan neomodernist ədəbiyyatın perspektivlərindən
müxtəsər şəklidə bəhs etmək istərdik.
Ilk öncə bir daha qeyd etmək vacibdir ki, 60-cı illər ədəbiyyatı ədəbi düşüncədə birdən-birə yaranan, "yoxdan var olan" ədəbiyyat deyildir. Bu, ədəbiyyatımızda mövcud ənənələrə, tarixi varisliyə söykənən, milli düşüncə zəmini üzərində yüksəlmiş yeni bir ədəbiyyatdır. Onun formalaşmasında qədim və orta əsrlərdən başlayaraq bütün sonrakı yüzilliklərdə yaranan zəngin ədəbi-mədəni irsimiz mühüm qaynaq olmuş, iyirminci yüzilliyin yaşlı və orta nəslinə məxsus bütün yaradıcı qüvvələr həmin ədəbiyyatın meydana çıxmasında bu və ya digər dərəcədə iştirak etmişdir. Ancaq çoxsaylı ədəbi qüvvələr içərisində 60-cı illər nəsli adlandırılanların bu ədəbiyyatın yaranıb meydana çıxmasında mühüm tarixi xidmətləri vardır. Onların içərisində Anarın, Elçinin, Ə.Əylislinin, İ.Məlikzadənin, M.Süleymanlının, S.Rüstəmxanlının, Z.Yaqubun və onlarla başqa şair və yazıçılarımızın adı haqlı olaraq ehtiramla çəkilir. Bütövlükdə isə 60-cı illərdə ədəbiyyatımıza gələn gənc ədəbi qüvvələrin ənənəvi folklorizm çevrəsində ədəbi düşüncədə milli-mənəvi və əxlaqi dəyərlərin, insan talelərinin, onun psixologiyasının əks olunmasında xidmətləri əvəzsizdir. Təbii ki, onların hər birinin yaradıcılığının bu istiqamətdə araşdırılmasına ehtiyac vardır. Biz isə hələlik bu sənətkarlardan yalnız ikisinin yaradıcılığının bəzi xüsusiyyətlərindən qısaca söz açmaq istərdik.
AZAD
NƏBİYEV
Ədalət.-2011.-2011.- 9 dekabr.-S.5.