İKİ GÜNÜN QONAĞI
(Sənədli hekayə)
Tez gəlmişdi
Biləsuvara, çox tez, heç saat 10 olmazdı, ancaq, o
artıq DTK rayon şöbəsinin rəisi S.Nəsənovun
kabinetindəydi. Onun gəlişi irəliki
gün telefonla rəisə
çatdırılmışdı. Qonağı mehriban qarşıladı, hələlik bəzi
məlumatların qısaca şərhini vermək istədi rəis.
"Bu günlük qonaq otağında yerləşdirim,
raşatlansın, dincəlsin və sonra nə
üçün, necə hansı şəraitdə
işləmək planını götür-qoy
edərik" düşündü.
Belə olmadı, qısaca
tanışlıqdan sonra qonaq dedi:
- M.Kalinin adına kolxozda xəzinədarın
ölümü ilə bağlı iş aparan rayon milis
şöbəsinin baş müstəntiqi Q.Zərbəliyevlə
görüşmək istəyirəm. Xahiş edirəm onu
bura çağırasınız
Budur, hər işdə şəxsi ambisiyalarını ortaya qoyan, bir
budaqda oturub, neçəsini
silkələyən müstəntiq qonaqla
üzbəüzdü. Q.Zərbəliyev bir-iki
replika atır, hətta zarafatlaşmaq
istəyir, amma qırımından hiss edir, anlayır ki, yox, deyəsən, bu xına o xınadan deyil, bu cavan çekist hər gələn
qonaqlara bənzəmir, sərt, adamın lap iç dünyasına
nüfuz edən baxışları var, istintaqı başqa
yöndə davam etdirmək məqsədindədi.
O, dil boğaza qoymur:
- Bilirsiz, bizim bu millətin xislətidə
elə şeylər var ki, istəmirsən
açıb-ağardasan. Naxələf,
vicdansızlar bir-birinə sataşmaqla, bu onun, o
bunun ayağının altını qazmaqla məşğul olan
qurumsaqlar öyrədirlər o qancığı - ölənin
arvadını. Arvad da
hara gəldi yazıb tökür.
İstintaqa cəlb edirəm, görürəm
yox, dünən dediyini
bu gün dəmbələyir,
altı-beş vurur. Özü
də yamanca tələsir. Heç bir ay ötməyib, dözmür,
"Bilmirəm Matveyin qatilini
tapın, yoxsa sizdən əl çəkməyəcəm"
deyir.
Müstəntiq fasilə verir söhbətə, özlüyündə fikirləşir, götür-qoy eləyir: əşi qoy nə bilir eləsin, kimi dindirir dindirsin, yəqin çox adam cəlb eləyib. Mənə pul verən alçaqlardan bəzisi qorxub, bunu izahatında göstərsə, onda necə ola bilər, hə? İş içindən iş çıxmaz?
Zərbəliyev
hiss edir ki, qonaq heç
onu eşitmək istəmir. Hey qovluğu vərəqləyir,
oxuyur...
Nə qədər
sənəd toplanıb. Kolxozda böyük, ya kiçik vəzifə tutulanların, demək
olar, hamısının izahatı var burda.
Qovluqdan ayrılan qonaq sərt, zəhmli
baxışlarla süzür Zərbəliyevi
- Gedə bilərsiniz - deyir.
Bakılı qonaq həmin gün
yollanır qətlin törədildiyi kəndə. Yolda gedərkən S.Həsənovdan rayonda, eləcə də Tatyanovka
kəndində əhalinin məşğuliyyəti, gun-güzəranı
haqqında müəyyən qədər məlumat alır. Bilir ki, Tatyanovka
rus kəndidir, mərkəzdən uzaq olmasına baxmayaraq, M.Kalinin adına kolxoz
varlıdı, camaat firəvan
yaşayır. Hamı təsərrüfatla məşğuldur.
Taxıl, pambıq, bostan əkir, barama saxlayır, qaramal, quşçuluq donuzçuluq
fermaları gəlirlə işləyir. Düzlük
var, təsərrüfata xor
baxmağa, oğurluq
hallarına rast gəlməzsən. Son illər dağ
rayonlarından qoyun-quzusunu buralara,
qışlağa gətirən azərbaycanlılar da kənddə məskunlaşıb, ruslarla əlbir işləyirlər... Ədavət,
tayfa qarşıdurmaları yoxdu... Bu qətl ilk hadisədi ki, kəndin
adını dilə-dişə salır. Hələ
qaranlıqdı: niyə xəzinədarı, müharibə
veteranını öldürsünlər?
Kiçik olsa da bağ-bağatlı, gül-çiçəkli həyət-bacası var ölənin. Ərinin qətlində günahkarın tapılmamasından ardı-arası səngimədən yuxarılara şikayətlər yazan Qalina Qonçarova ilə görüşür qonaq. Qadın ərizələrində göstərdiklərini təkrarlayır, açıq deyir: mən artıq Bakıdan əlimi üzmüşəm, Moskvaya müraciət edirəm... Bu vəziyyəti qonağa izah etmək lazım deyildi. O, bilirdi ki, Qalinanın ərizələri Moskvadan göndərilib respublika DTK-na, üstəlik zəng edilib: "-ola bilsin milli zəmində baş verib bu qətl. Araşdırılması ilə ciddi məşqul olun"
Səhərisi
Bakıdan yenə zəng edib,
istintaqın gedişini soruşdular.
Qonaq qısa cavab verdi: "məşqulam, ipucu
axtarıram".
İkinci gün Qalina
Qonçarovanı rayona-mərkəzə gətirdilər. O,
bir saat yarım
danışdı, həyat yollarını dilə gətirdi:
- Biz-Matveylə mən əslən
buralıyıq. O, müharibədən əlil
qayıtmışdı, rəqs edə bilmirdi,
ona yazığım, rəhmim gəlirdi
və sonda bu rəhmdarlıq
qarşılıqlı məhəbbətə çevrildi. Evləndik. Pis
yaşamırdıq. Mən fermada
sağıcı işləyirəm. Onu da kassir qoymuşdular.
Bir qızımız var,
Lena 4-də oxuyur. Matveyin qardaşı Krasnodarda
yaşayır. Ora getmək niyyətindəyik.
Qonaq söhbəti hərləyib-fırlayıb
ora gətirdi ki, bəs Matveylə ailə söz-söhbətiniz,
dava-dalaşınız olurdumu?
- Hə, hə, olurdu davamız. Çox içirdi lap
alkaşlıq eləyirdi.
- Evinizə azərbaycanlılardan
kimlər gəlirdi?
- Heç kim. Musurmanlar içkiyə
az meyillidirlər.
- Ən çox kimlə, harada içirdi?
- Günaşırı, bəzən
hər gün qonşumuz var ey, Alik donuzotaran, onunla evin o biri
otağında otururdular, turşuya qoyulan mer-meyvə ilə
içirdilər.
- Hardandı arağa
o qədər pul?
- Mağazadan almırdılar... Alik gedirdi
kəndin o başındakı
Mişagilə, ondan alıb gətirirdi. Mişa meyvədən araq çəkir, özü də ucuz verir
- yarım litri 2 manata. Tez tuturdu araq onları elə ikinci butulkada mahnı oxuyurdular.
Mən də hirslənib
söyüş verirdim.
- Evdən nə oğurlanıb?
- Heç nə... Mən irəliki gün
qızımla Prişivə
(indiki Göytəpə)
getmişdim, bacımla
bayramlaşmağa. Matveyə demişdim
ki, axşam qalacam orda. Səhərisi gələn kimi
qapını döydüm,
səs gəlmədi.
Açdım qapını, o, çarpayıda
uzanmışdı, gözləri
tavana zillənmişdi,
üstündə adyal
da yox idi.
Yaxın
gəlib baxdım, bumbuzdu, çoxdan ölmüşdü. Qısqırtma qonşular tökülüşüb
gəldi. Evdə bir
çöpə də
dəyməmişdilər. Sandıqcada
440 manat pul yerində, mənlə qızın zinət əşyaları yerində.
Kimi şərləyim, hə?
Olmaz yalan danışmaq!
Deməli belə. Qalinanı yola salandan sonra axşamkı düşüncələr daha doğrusu, ikinci variant cəlb elədi onu. Kənddə, elə rayonun özündə söz-söhbət baş alıb gedəcək ki, bəs azərbaycanlılar rusu öldürüblər. Biri deyəcək soyğunçuluqdu, oğurluqdu, o biri ağzın köndələn qoyub söylənəcək bəs arvadına sataşıblar onun. Başqa yerlərə əsl həqiqətdən uzaq xəbərlər ötürüləcək. İndi bu gün kənddə kimi döyüb, söyüb zorla boynuna qoyaq ki, sən öldürübsən Matveyi...
Milis
müstəntiqinin ona verdiyi
qovluğu bir daha vərəqlədi. Rayonlararası kriminalist həkim S.Pankratovun
rəyini yenidən oxudu: "Matvey Qançarovun bədənində,
baş nahiyyəsində döyülmə,
vurulma əlamətləri yoxdur,
bircə boğazında göyərti var,
əllə möhkəmcə sıxılıb və o, boğulub".
Qəti qərara gəldi, ikinci
variant ağlabatandı, ona üstünlük verəcəm. Məncə,
hər şey məlum olmalıdı. S.Həsənova
və milis rəisinə planını
açıqladı, tarşırıq verdi...
Axşamüstü, toran
qovuşanda donuzotaran Alekseyi gətirib saldılar türməyə.
Gecə saat 11-də köhnə paltar geyimli qonaq da "ötürüldü" içəriyə.
Kiçik, dar,
yarımqaranlıq otaqda ikisi
idi. Bir azdan ona yemək-içmək
göndərildi. Yerdə süfrə
açıldı: kolbasa, araq,
pomidor, xiyar
şorabası. Aliki süfrəyə dəvət
etdi "mənə dostlarım ötürüb yeməyi, utanma
gəl irəli" dedi... üçüncü
stəkandan sonra hiss etdik ki, Alik
altı-beş vurur, tez-tez
başını yelləyir, peşmançılıq
içində qovrulur. Əvvəlcə öz günahını
açıb-ağartdı, ikinci "türemşik".
- İrana araq aparırdım, birinci məftili keçmişdim, ikincisində sərhədçilər saxladılar. Hansı əclafsa yəqin məni satıb. Təxminən onu tanıyıram. Qoy türmədən çıxım, əvəzini verəcəm onun...
Alik təəccübləndi
- İranda araq içirlər?
- Hə, hə bizdən çox,
lap su kimi içirlər.
- Nə danışırsan... Bə
onlar müsəlmandı axı...
- Noolsun, cavanlar yeyib-içir, sonra
ağızlarını yaxlayaraq, dəstəmaz alır, namaz
qılır.
- Bə mollalar necə dözür buna?
- Görsələr,
bilsələr, vay halına o cavanların, şallaqlanır, həbs edilirlər. Susdular. Az keçməmiş donuzotaran
başını əlləriylə
tutub ağladı:
- Mənim işim bitib. Adam öldürmüşəm... Yaxın
dostumu...
- Noolmuşdu? Şərikli malınız vardı,
bölə bilmirdiniz?
Bəlkə donuz satanda dalaşıbsız?
- Yox, əşi nə şərikli mal, nə donuz. Mən kassir Matyevi
öldürmüşəm. Hamısı
bu araq zəhrimarın
zibilidi - çırtma
vurdu boş şüşəyə - Matveygildə
yeyib-içirdik. İkisini boşaltmışdıq.
Mən aladəmdim, yenə içmək istəyirdim.
Yalvardım ona 2 manat ver, gedim
birini də alım, hirsləndi üstümə "sürüş
burdan əclaf" dedi - çox içəndə yata bilmirəm, ürəyim incidir məni.
Əl çəkmədim. Davamız düşdü. Arvadı Qalya da evdə yox idi... Yaxamdan yapışıb, çəliklə başıma vurdu. Ağrıdan ufuldadım, az qaldı ürəyim dayansın... yapışdım boğazından, çırpdım çarpayıya. Boğdum onu. Bir quşca canı yox imiş demə. Xırıldadı, gözləri bərələ qaldı. Ha çağırdım, ha yalvardım, səs çıxmadı ondan... Qapını çırpıb qaçdım... Bəzi dəyyuslara baxanda yaxşı adam idi Matvey, Heyf!
Alik ayağa dürüb bir papiros yandırdı.
***
Kim idi o çekist? Biləsuvara gəlməzdən qabaq, DTK-nın Leninqrad Ali Hərbi məktəbini əla qiymətlərlə bitirib, Azərbaycan Respublikası DTK-da daha yüksək post tutan, milli ruhlu, milli əqidəli, hər sahədə haqqın, ədalətin zəfər çalmasını qəlbən arzulayan və bu arzusunun real gerçəkliyi naminə şüurlu həyatını, mübarizəsini sərf edən dahi şəxsiyət - Heydər Əlirza oğlu Əliyev!
Kim
idi o qonaq?
Doğma Azərbaycanını vətəndaş
qarşıdurmasından xilas edən. Azərbaycanı dünya
dövlətləri sırasında söz
sahibi edən, ürəyini başının
üstündə məşələ döndərərək,
öz millətinə, öz
xalqına işıqlı yol göstərən,
fəxrlə, qürurla "Mən fəxr
edirəm ki, azərbaycanlıyam" deyən
müasir Azərbaycan
dövlətinin banisi, Ulu
Öndər, dahi rəhbər - Heydər
Əlirza oğlu Əliyev!
Əlibala Rəhimov
P.S. Bu hekayə düşüncələrimin, xəyallarımın məntiqi sonluğu deyil. Mən Matveyin ölümü ilə bağlı kəndə gəlmiş Heydər Əliyevi yaxında görən, onunla əl verib görüşən Aranlı (keçmiş Tatyanovka) kəndinin yaşı 80-ı ötən sakinləri Musa Şahverənov, Özbəy Quliyev, Zakir Quliyev kimi ağsaqqalların xatirələri əsasında qələmə almışam bu hekayəni.
Ədalət.-2011.-10 dekabr.- S.17.