YADDAŞIN MÜHAKİMƏSİ, YAXUD YENİ BİR "QARABAĞNAMƏ"

ƏDƏBİ HƏYAT

 

Onu çoxdan tanıyıram. Tələbəlik illərindən. Mən o zaman yeganə universitetimiz olan ADU-nu (İndi BDU) 1972-ci ildə, o isə 1974-cü ildə bitirdi. Profil etibarilə yaxın olan (mən filologiyada, o isə curnalistikada təhsil alırdı) fakültələrin tələbələri çox tez bir zamanda bir-birilə qaynayıb-qovuşurlar, dostluq edirlər. Mənim də o zaman curnalistika fakültəsində oxuyan tələbələrin bir çoxu ilə səmimi dostluq münasibətim vardı. Ziyəddini tanısam da münasibətimiz olmayıb. Ancaq bu münasibətin olmamağından nə mən nə də Ziyəddin darılıb.

    Universiteti bitirəndən sonra Ziyəddin "Gənclik" nəşriyyatında, sonra "Kommunist", bu qəzetin adı dəyişdiriləndən sonra "Xalq qəzeti"ndə curnalistik fəaliyyəti ilə məşğul oldu. Mən onun bir-birindən maraqlı publisistik yazıları ilə tez-tez həmin qəzetin səhifələrində tanış olurdum və onun bir publisist kimi necə formalaşdığını, artıq öz üslubunu, fərdi dəst-xəttini əldə etdiyini görürdüm. Ancaq məni ən çox maraqlandıran, diqqətimi cəlb edən o idi ki, Ziyəddin bir nasir kimi də tanınırdı. 1981-ci ildə onun "Məni də sevən var" adlı ilk hekayələr kitabı "Yazıçı" nəşriyyatı tərəfindən çap olundu. O kitabda toplanan hekayələr, necə deyərlər, "bir gəncin manifesti" idi. Bədii yaradıcılığa məsuliyyətlə yanaşdığı üçün, ikinci kitabı ("Ömür keçdi, gün keçdi") düz səkkiz il sonra, yenə "Yazıçı" nəşriyyatı tərəfindən işıq üzü gördü.Həmin kitab Xalq yazıçısı Bayram Bayramovun "Bu sözləri ürəklə yazdım" adlı müqəddiməsi ilə açılırdı. Bayram müəllim o müqəddimədə yazırdı: "Ziyəddinin əsərlərində yurd-yuva, kök-köməc duyğusu üstünlük mövqeyindədir, adamlar düzəltmə-quraşdırma deyillər. Nə üçün əsərlərin yaxşılığının əsas əlaməti kimi yadda qalmağını təqdir eləyirlər? Yəqin ona görə ki, yadda qala-qala yaddaşa, duyğulara əxlaqa, xasiyyətə uzun müddət təsir göstərir. Oxucuya qalan ən böyük qazanc da budur"

   Ziyəddinin həmin kitabında üç povesti və yeddi hekayəsi verilmişdi. O zaman bu kitabda olan yazıları mən də oxumuşdum. İstəyirdim ki, bir resenziya da yazam. Ancaq nə səbəbdənsə yaza bilmədim. Əgər o kitab haqqında yazsaydım, onun bir neçə əsas məziyyətini mütləq qeyd edərdim. Birincisi: Ziyəddinin hekayə və povestlərində sovet dövrünün dinc quruculuq illəri, Azərbaycan kəndində baş verən təsərrüfat yenilikləri, mənəvi-əxlaqi proseslər əks olunmuşdur. Ziyəddin yenilikçi qəhrəmanları öz əsərlərinə gətirir, onların təkcə təsərrüfat fəaliyyətini deyil, ürək çırpıntılarını qələmə alır. İkincisi: onun nəsr əsərlərində romantik hisslərlə realist duyğular qaynayıb-qovuşurdu. Budur, "Çöllərin mahnısı" hekayəsi. İki gəncin-Sərvinazla Sadayın saf, təmiz məhəbbətindən söz açan bir əhvalatın təsviri. Hekayənin sonu belə bitirdi: "İndicə Sərvinaz gələcək. Yəqin ki, görən kimi onu tanıyacaqsan, ana torpaq. Ayın axırında toyumuzdur. Sərvinaz gəlirdi. Saday dayanıb gömgöy, təmiz səmanın fonunda addımlayan nişanlısına baxırdı. Onun gözəl ala gözlərində sevinc parıldayırdı. Nədənsə, Sadaya elə gəldi ki, qulaqlarında həzin bir mahnı səslənir. Bu mahnı dağların zirvəsindən, çöllərin ağuşundan qopub gəlirdi. Və Saday ilk dəfə hiss edirdi ki, çöllər də mahnı oxuyur, onların da öz mahnısı var". Zirəddinin həm birinci, həm də ikinci kitabında olan hekayə və povestlərin əsas motivi, ruhu məhz bu təmiz, işıqlı romantikadan doğan hisslərin təsviri idi. Bəli, elə bu hekayələrinə, povestlərinə görə mənim yaddaşımda yaşadı o.

   1993-cü ildə əlimə onun "Xocalı faciəsi" publisistik kitabı əlimə keçdi. Oxudum və sözün əsl mənasında sarsıldım. Xocalı faciəsiylə bağlı o vaxtacan bir sıra bədii və publisistik yazılar oxumuşdum, ancaq həmin faciəni bu qədər ətraflı, faktlarla, dəqiq-doğru informasiyalarla təqdim edən zəngin bir əsər qarşıma çıxmamışdı. Daha sonra onun "Ağdərədən gələn var", "Buradan bir atlı keçdi", "Əsirlər, girovlar,itkinlər" kitabları ilə tanış oldum. Nəhayət, Ziyəddin Sultanovun "Qarabağ müharibəsi: faktlarghadisələrgdüşüncələr" toplusu çapdan çıxdı ("Maarif" nəşriyyatı, 2003). Bu axırıncı kitabda sənədli və bədii publisistika anlayışları vəhdət təşkil edir. Yazıçı Ziyəddin Sultanovla publisist Ziyəddin Sultanov, necə deyərlər, bir məcrada birləşirlər.

   Nəhayət, uzun illər yaddaşımda yaşayan Ziyəddin Sultanovla bu yaxınlarda görüşdük və o, mənə "Ürək dözmür ayrılığa" adlı yeni bir kitabının əlyazmasını təqdim etdi ki, oxuyub rəy yazım.

   Oxudum. Bu əlyazmadakı yazıların biri-"Xocalı faciəsi"ni çoxdan oxumuşam, qalanları isə təzə yazılardır.

   Bu yazıların hamısı Qarabağ müharibəsinə həsr olunmuşdur. Ziyəddinin 90-cı illərdən üzü bəri yazdığı bədii və publisistik yazılarının hamısı bir yerdə müasir "Qarabağnamə" adlana bilər. Mən bu ifadəni yalnız bir yazıçının əsərlərinə şamil edə bilərəm.. O da Xalq yazıçısı İlyas Əfəndiyevdir. Doğrudan da İlyas Əfəndiyevin bir sıra pyesləri və nəsr əsərləri mövcud yeddi "Qarabağnamə"dən sonra Qarabağa aid (tarixinə, etnoqrafiyasına, mübarizələr tarixinə, görkəmli sənətkarlarına və s.) yazılan ən mükəmməl əsərlərdir. İndi Aqil Abbas da öz "Qarabağnamə"sini (onun bin qeçə povest və romanını nəzərdə tuturam) yazmaqdadır. Ziyəddin Sultanovun publisisitik əsərlərini də yeni bir "Qarabağnamə" hesab etmək olar. Həm indiki, həm də gələcək nəsillər 1988-2000-ci illər Qarabağda baş verən hadisələrin dəqiq xronikasını, Xocalıda, Şuşada, Xankəndində, Laçında, Qarabağın ayrı-ayrı rayon, kənd və qəsəbələrində cərəyan edən olayların başlama və bitmə tarixini, orada yaşayan insanların keçirdiyi mənəvi sarsıntıları, yurddaşlarımızın igidlik və qəhrəmanlığını, düşmən qarşısında sarsılmadığını, öləndə belə məğrur dayandığını, əsir düşən həmyerlilərimizin başına açılan oyunları, qadın və qızlarımızın mətanətini izləmək istəyirlərsə, Ziyəddinin "Qarabağnamə"sini oxusunlar.

    "Xocalı faciəsi" kitabının ilk nəşrinə ("İşıq", 1993) müqəddimə yazmış görkəmli tənqidçi Qulu Xəlilli o zaman yazırdı ki: " Bu əsər gələcəkdə erməni fitnəkarlarının şirin, yağlı, hiyləgər, aldadıcı, zəhərli-irinli dillərinə, sözlərinə inanmamaq üçün bir xəbərdarlıqdır.

   Bu əsər gələcəkdə yaranacaq XOUALI EPOPEYASININ girişi-müqəddiməsi də sayıla bilər".

   Qulu müəllimin dediyi sözdən on səkkiz il keçib. Bu illər ərzində Xocalı faciəsiylə bağlı bir çox əsərlər yazıldı, amma onun dediyi fikir həqiqətdir-Ziyəddin Sultanovun "Xocalı factəsi" əsəri öz publisistik kəsərinə və sanbalına görə XOUALI EPOPEYASININ ən dolğun səhifələrindəndir

   Ziyəddin Sultanovun istər "Xocalı faciəsi", istərsə də bu kitabında toplanan digər publisistik əsərlərin baş qəhrəmanı YADDAŞdır.Təsvir edilən bütün hadisələr Yaddaşın mühakiməsindən keçir. Elə bir Yaddaş ki, o, diridir. Bizi 1988-ci ildən üzü bəri başlanan hadisələrin arxasınca aparır, Zamanı yenidən yaşadır.

   Əsərdə üç əsas xətt diqqəti cəlb edir. 1.Xocalı obrazı. 2. Xocalı faciəsi və bu faciənin başlıca günahkarları. 3.Şahidlər və şəhidlər.

   Bütün əsər boyu (az qala hər abzasda, hətta hər cümlədə) müəllif Xocalı sözünü işlədir. Təbii ki, söhbət konkret olaraq bir şəhərin faciəsindən gedir. Xocalı bütün görünüşüylə "rəsm" olunur. Yaddaşda odlar-alovlar içində yanan, tüstüsü ərşə bülənd olan, güllə,qışqırıq, nalə, fəryad səsləri ilə ən daş ürəkli insanları belə sarsıdan bir şəhər həkk olunur. Bir tərəfdən azsaylı bir dəstə ilə son nəfəsinədək vuruşan, qəhrəmanlıqla həlak olan azlar, o biri tərəfdən isə insanlığa zidd olan vəhşilər-çoxlar..Çox uzaqlarda isə dünyanın bianəliyi, susqunluğu. Bir tərəfdən, qıçından, dizindən, döşündən yaralanmış, qaçmağa heyi qalmayan insanlar, o biri tərəfdən isə Rus-erməni barbarizminin təcəssümü olan əlləri qanlı imperiya köpəkləri. Bakıya uzanan əllər və Bakıdan gəlməyən səs-soraq. Dünyanın ən mahir rəssamı da bu görüntünü -bu dəhşətli mənzərəni çəkməyə ürək eləməz. Fransız curnalistinin gözü ilə: "Elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təməvvürə gətirmək üçün kifayət edirdi. Bu tükürpədici mənzərə idi. Hamı kimi mən də dünyada baş vermiş müharibələr, alman faşistlərinin qəddarlığı barədə çox eşitmitş, kitablar oxumuş, kinofilmlər görmüşəm. Lakin 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər".

   Əsərdə Xocalı faciəsi bütün təfərrüatı ilə tədqiq olunur. Məhz tədqiq olunur, çünki çoxsaylı faktlar, məlumatlar təkcə statistik səciyyə daşımır, onların mənası və izahı da nəzərə çarpdırılır. Faciənin yaranmasından tutmuş bu faciəyə müxtəlif ictimai rakurslardan diqqət yetirilməsi kimin suçlu olmasını müəyyənləşdirir. "Atan kazaklardır!". Əsrlər boyu rus imperiyası ermənilərdən onların Qafqaz siyasətini həyata keçirməsi üçün buyruq qulları olmuşlar. Puşkinin "rəzil erməni" obrazı Ziyəddinin əsərində bütün çılpaqlığı ilə əks etdirilir. Z.Sultanovun bu əsərdə bir uğuru, Xocalı döyüşlərində həlak olan qəhrəmanların fövqəladə igidliyinin təsviri və həmin faciədən sağ-salamat çıxan insanların gözləriylə gördüklərini nəql etməsidir. Xüsusilə, Əlif Hacıyevin, onun qardaşı Süleyman Hacıyevin, Tofiq Hüseynovun və başqalarının qəhrəmanlığı heyrət doğurur. Şahidlərin dedikləri isə nə qədər sarsıdıcı olsa da, bunlar ən tutarlı faktlardır.

   Mən bir məqamı da burada qeyd etmək istəyirəm. Bu əsərin müəllifi-Ziyəddin Sultanov özü də Qarabağda baş verən hadisələrdə çox yaxından iştirak etmişdir. O, "Xalq qəzeti"nin bölgə müxbiri kimi münaqişənin-müharibənin lap əvvəlindən cəbhə xəttində olmuş, tez-tez döyüş əməliyyatlarından, qələbələrimizdən, itkilərimizdən maraqlı, həyəcan doğuran yazılar yazmış, özü də döyüşlərdə iştirak etmiş, yaralanmışdır. Uzun müddət onun iş otağı Xankəndində idi və bu da sonralar qələmə aldığı "Qarabağ: faktlarg hadisələr.. düşüncələr.." kitabının yaranmasında böyük rol oynamışdır. O zaman bizim belə curnalistlərimizin sayı o qədər də çox deyildi.

    "Xocalı faciəsi" əsərinin sonu ibrətli bir səhnə ilə bitir. Müəllif nəql edir ki, Ağdamda-iş otağında məşğul ikən bir qoca içəri girir: "-Yardım verilən yer haradadır, a bala?-deyə çəliyinə söykəndi. Sonra da köksünü ötürüb acı bir məzəmmətlə:-Belə rahat kabinetlərdə otura-otura verdiniz Xocalını..

   Elə bil məni ildırım vurdu. Bir müddət yerimdən tərpənə bilmədim. Handan-hana özümə gəldim, qalxıb kişiyə yaxınlaşdım, titrəyən çiyinlərindən, əsən əllərindən tutdum. Xəcalət təri məni ğasdı, nə illah etdimsə onun gözlərinin içinə baxa bilmədim.

   Xəcalət tərini silməyin vaxtı çatmayığmı 

   Axı, xəcalətli yaşamaq ölümdən də betərdir

    Qılınc qından çıxmalı, barmaqlar tətiyi çəkməlidir..

    Ürəyimiz suya həsrət torpaq kimidir, cadar-cadar olub: bir ləngərli hərəkət, bir sıçrayış, bir hücum sorağındadır.

    Bəs nə vaxt?!

    Nə vaxt?

    Nə vaxt?"

    "Xocalfı faciəsi" əsərinin finalında verilən bu suvl 1992-ci ildə səsləndirilmişdi, ancaq o suuala hələ də cavab yoxdur .

   Ziyəddinin "Göylərdən gələn gəlin" povestinə və kitabda olan digər publisistik yazılarına gəlincə, onların əksəriyyətinin əsas mövzusu Qarabağ müharibəsinin törətdiyi faciələrdir. Bunların heç biri ürək ağrısız oxumaq olmur. Ziyəddinin "Göylərdən gələn gəlin" povestində bir azərbaycanlı qadının mərdanə ölümündən söz açılır. Səma adlı bu qadın ermənilərə əsir düşüb. O, ağır xəstədir, ancaq sağalması mümkündür, gərək ona qan vurula, amma o, heç vəchlə istəmir ki, bədəninə erməni qanı köçürülsün. Getdikcə vəziyyəti ağırlaşan bu qadın intihar etmək qərarına gəlir və gecələrin birində başının sancağı ilə damarını kəsir. Beləliklə biz, bir azərbaycanlı qızın mərdanə ölümünün şahidinə çevrilirik. Ziyəddinin nəsrinə və publisistikasına xas olan sücet və kompozisiya bitkinliyi, hadisələrin məntiqi ardıcıllıqla bir-birini əvəz etməsi, obrazların keçirliyi psixoloci vəziyyətlərin təsviri bu əsərdə də bir bədii məziyyət kimi diqqəti cəlb edir.

    Ziyəddin Sultanovun kitabda təqdim olunan "İşıq həsrəti", "Üzü bəri baxan dağlar, mənim sizdə anam qaldı", "Fəryad" "Kəlbəcərdən gələn var" "Min yüz əlli beş gün düşmən əlində girov qvlmış Fərman Quliyevin hekayəti" və s. yazıları nəsrlə publisistikanın öncə qeyd etdiyim vəhdətini əks etdirir. Mən bu yazıları daha çox nəsr əsəri hesab edirəm. Bu yazılarda müharibə zamanı yurddaşlarımızın başına gələn fəlakətlər, onların əsirlikdə çəkdiyi müsibətlər, yaxın adamlarının, doğmalarının itkinliyi necə də təsirli, təğii verilib. Bu yazıların hamısına xas olan bir ümumi cəhəti qeyd etmək istəyirəm: o da bundan ibarətdir ki, Ziyəddində həyati müşahidə qabiliyyəti çox qüvvətlidir. O, hamıya məlum olan hadisələri bədi məcraya sala bilir, onu ümumimləşdirmə səviyyəsinə qaldırır. Məsələn, "Fərman Quliyevin hekayəti" (əslində, bu, miniatür povestdir) olduqca maraqlı təsir bağışlayır. Bu, təkcə Fərman Quliyevin yox, yüzlərlə başı bəlalar çəkmiş soydaşlarımızın qəmli hekayətidir.

   Mən istedadlı bir yazıçı, tanınmış publisist Ziyəddin Sultanovun sizə təqdim olunan yeni kitabı haqqında söz açdım. Amma sözüm hələ bitməyib. Gözləyirəm ki, yaxın illərdə Ziyəddin Sultanovun daha bir kitabı işıq üzü görsün, söhbətimi o kitaba yazacağım müqəddimədə davam etdirim.

 

Vaqif YUSİFLİ

Ədalət.-2011.-10 dekabr.- S.19.