* * *

O BUNU BƏYƏNMİR,

   BU ONU BƏYƏNMİR

  

   Neçin belə yaranıb bu yazarlar görəsən,

    O bunu bəyənməyir, bu onu bəyənməyir?!

    Bu ona yağdırır ki, sən beləsən, eləsən,

    O biri bu birinin soyunu bəyənməyir.

  

   ***

  

   Biri yaratdığını o dərəcə sevir ki,

   yazmışam söyləyir hamı qızıl, zər, inci.

   Bir yer var irəlidə birdən onu deyir ki:-

   Gərək mən oturaydım mütləq orda birinci.

  

   ***

   - O ki tamam köhnədir; təzə söyür köhnəyə,

    Bu onun yasdığını, mitilini bəyənmir.

    O səhnədən düşən tək, bu cumur tez səhnəyə,

    Köhnə təzəsinin stilini bəyənmir.

  

 

   ***

  

   Biri deyir: O kimdir, mənəm sözün müridi,

    Xudaya, bir-birini paxıllamaq azarı,

    İçəridən məhv edib, içəridən çürüdüb,

    Zaman-zaman qədər isdedadlı yazarı.

  

   ***

  

   O buna rəqib çıxır, bu da onu daşlayır,

    Bu da klassiklərin olur sənət ortağı.

    Bu biri deyir ki, hər şey məndən başlayır,

    O biri deyir ki, hər şey məndə qurtarır.

  

   ***

  

   Bu deyir ki, dilimdə bir baxın neçə rəng var,

    Ha oxuyub baxırsan, seçmək olmur onlarıg

    qədər acı söz var, qədər ki, cəfəng var.

    Bu ona ünvanlayır, o buna ünvanlayır.g

  

   ***

   O bunun ayağını qazıyır gündə-gündə,

    Bu ona tor toxuyur iftira saplarından.

    Bu onun nemətini talayır gündə-gündə,

    O daima səhv gəzir bunun kitablarında.g

  

   ***

  

   O buna qarmaq atır, bu ona tələ qurur,

    O buna şər yağdırır, bu onu yamanlayırg

    Bu da boy verənlərin bir-bir boynunu vurur,

    Söz-sənət meydanında yerini sahmanlayır.

 

   ***

   Əsrlərlə yazarlar bu cür davalardadı,

    Sənətin son hakimi gələcəkdir, gələcək.

    Kimin yeri burdadır, kimin yeri gordadır,

    Zaman özü hamıya yerini göstərəcək.

  

   EŞQ-MƏHƏBBƏT ÖLMƏYƏCƏK

  

   Xalqlar üz-üzə dursa da,

    eşq-məhəbbət ölməyəcəkg

   Bəşəriyyət qırılsa da,

    eşq-məhəbbət ölməyəcəkg

    Məhəbbəti yerə basdır,

    göyərib üzə çıxacaq,

    Məhəbbəti məzara qoy,

    məzardan səsi çıxacaq,

    Poladın içində saxla,

    poladı kəsib çıxacaq,

    Sevən gözlər kor olsa da,

    eşq-məhəbbət ölməyəcəkg

    Hətta günəş qaralsa da,

    eşq-məhəbbət ölməyəcəkg

    Bütün ərzin yollarını

    kərkədanlar kəsə belə,

    Qəbilələr bir-birinin

    başlarını kəssə belə,

    Lap millətlər bir-birini

    diri-diri yesə belə,

    Ordular üzə dursa da,

    eşq-məhəbbət ölməyəcəkg

    Hər şey tar-mar olsa da,

    eşq-məhəbbət ölməyəcəkg

    Leylinin, Məcnunun

    kimsəyə kini olmayıb.

    Sevənin sevgidən özgə

    milləti, dini olmayır.

    Qoca ərzin vallah, billah

    eşqsiz günü olmayır,

    Bu aləm zindan olsa da,

    eşq-məhəbbət ölməyəcəkg

    Hər gün ölüm-qan olsa da,

    eşq-məhəbbət ölməyəcəkg

    İnsan insanı duymasa

    ruhu ölər, bağrı çatlar,

    Yenə qardaş olacaqlar,

    bir-biriylə bütün yadlar.

    Məhəbbətdən aşağıdır

    ədavətlər, küdurətlər,

    And içirəm etiqada

    eşq-məhəbbət ölməyəcəkg

    Sevənə yox zaval, xata,

    eşq-məhəbbət ölməyəcəkg

    Ərzin vulkanları dönə

    od dövrünə, köz dövrünə,

    Dünya qayıda əvvəlki

    su dövrünə, buz dövrünə,

    Lap planet qədəm qoya

    hətta insansız dövrünə,

    Lap meymun əsri gəlsə ,

    eşq-məhəbbət ölməyəcəkg

    Dünya ölüb-dirilsə

    eşq-məhəbbət ölməyəcəkg

  

 

    AMAN ALLAH,

   MƏNƏ QİYMƏT VERƏNƏ BAX...

  

   Aman Allah, aman Allah,

    Mənə qiymət verənə baxg

    Saxla, cəfəng sözlərini

    yetər, bəsdir.

    Mən bilirəm nəyim yaxşı,

    nəyim pisdirg

    Düşmənimdir boşboğazlar,

    gəvəzələrg

    Mən özümə özüm mizan, tərəziyəmg

    Mən bilirəm öz yaxşımı, yamanımı,

    Tərifimi, nöqsanımıg

    Anam haqla bələyibdir bələyimi,

    Məhəbbətlə doldurubdur ürəyimig

    Ağlım bir şey kəsən gündən,

    Öz-özümü zərrəbindən keçirirəm

    gündən-günəg

    Çörəyimə bircə dəfə haram tikə qatmamışamg

    Bir günaha batmamışamg

    Hey qaçmışam xeyirimdən

    Bir yad nəfəs görməzsiniz

    şerimdəg

    Əlim heç vaxt batmayıbdır

    nahaq qana,

    insana, heyvana

    Bir yamanlıq etməmişəm

    Əyri yola getməmişəm,

    Bircə qəlbə dəyməmişəm

    beca yerə,

    Elə bil ki, peyğəmbərəmg

    Aman Allah, aman Allah,

    Səhvlərimi görənə baxg

    Bəsdir, yetər, kiri, dayan,

    Dayan, özüm səhvlərimi sadalayımg

    Ən birinci bəlam budur

    şair doğub məni anam,

    Hər bir şeyə inananamg

    İnananam kim desə,

    Təmiz sözə, murdar sözəg

    Daim elə inanmışam,

    Yalançılar tərəfindən talanmışamg

    Aldadıbdır yadlar məni, dostlar məni,

    İynə boyda səmimiyyət ovsunlayıb

    dərhal mənig

    Dağlar boyda ümid verib mənə

    xırda bir yaxşılıqg

    Bir xoş niyyət, bir xoş qılıqg

    Nanəciblər ürəyimə bəzən yara vursalar da,

    Yenə, yenə bir nəciblik

    aramışam insanlardag

    Oğrularda bir doğruluq,

    Gədələrdə bir ululuq,

    Yoxsullarda bir zənginlik,

    Qorxaqlarda döyüşgənlik,

    Dinsizlərdə dindən nişan,

    Məzlumlarda bir ehtişam,

    Laqeydlərdə sevgi, nifrət,

    Vəhşilərdə mədəniyyət,

    Zülmətlərdə şölə, işıq,

    Kifirlərdə bir yaraşıq,

    Gözəllərdə ağıl, kamal,

    Məhəbbətdə bir ideal,

    Bir kədərə min-min şərik,

    Bir baxışda bəşərilik,

    İlahilik hər cür dində,

    Əbədilik hər ölümdə,

    Bir qətrədə bütöv ümman,

    Aramışam, axtarmışamg

    Aman Allah, aman Allah,

    Mənə qiymət verənə bax,

    Mənə qiymət verə bilər zaman, Allahg

  

    AY ANA

  

   Sənin qızın, mənim ömür yoldaşım,

    Əlimizdən tez uçdu, ay ana?..

    Heç bilmirəm bu əzrayıl mürdəşir,

    Birdən niyə onu seçdi, ay ana?g

  

   O, gedəli gücüm yox, qüdrətim yox,

    Bu həyata zərrə məhəbbətim yox,

    Oğullarım qalmadılar yetim, yox,

    O yetimlik mənə düşdü, ay ana...

  

   Elə bil ki, nəslimizdə talan var,

    Baxışlarda gör boyda ələm var,

    O gedəli gör qədər ölən var,

    O gedəli köçhaköçdür, ay ana?..

  

   Sənin saçın birdən-birə ağardı,

    Mənim ömrüm viran oldu, dağıldı,

    İnsan tamam əfsanədir, nağıldır,

    Əvvəli heç, sonu heçdir, ay ana...

  

   Səfurəmin anasısan - anamsan,

    Sən ona mənim kimi yanansan,

    O gedəli sən ömrü talansan,

    Yaşayırsan gözü yaşlı, ay ana...

  

   Günlərimi təklik alıb qoynuna,

    İblisdir ilişmişəm oyununa,

    İstər gələ yüz-yüz gəlin-qaynana,

    Ocağımız daha boşdur, ay ana...

 

   Lap mələklər xidmət edə bu evə,

    Peyğəmbərlər hörmət edə bu evə,

    Allah özü diqqət edə bu evə,

    Səfurəsiz yenə heçdir, ay ana......

 

Cabir Novruz

Ədalət.-2011.-10 dekabr.- S.20.