"DAMLA"

 

"Elm və Təhsil" nəşriyyatında çap olunmuş bu şeirlər kitabının müəllifi Mahirə Əliyevadır

Kitabın ilk səhifəsindəki təqdimatdan bəlli olur ki, kitaba şairənin son illərdə yazdığı sevgi şeirləri toplanmışdır. Elə kitabın adı və onun sevgi şeirlərindən ibarət olması oxucunun diqqətini çəkən cəhət olduğundan bizbu kitabı nəzərdən keçirdik. Etiraf edək ki, nəfis şəkildə işıq üzü görmüş bu kitab öz müəllifinin könül pıçıltılarının, duyğularının, özünə aid söz dünyasının nümunəsidir. Müəllif yazır:

  

  

  

   Düşünə-düşünə olacaqları

   Xəyallar üzülüb yox olub gedirg

  

   yaxud:

 

   Bulud da halıma dolub ağlayır

   Gedişin sinəmi yaman dağlayıb...

 

   Gətirdiyimiz bu nümunələr həzin duyğu olan bu sevginin Mahirə Əliyeva qələmindəki təqdimatıdır. Sevgiyə öz yanaşma tərzi olan şairə yazır:

 

   Səsini səsimə qarışdırım ki,

   Qəlbimdə qüssəyə yer qazılmasın...

 

   Və yaxud:

 

   Əllərim üşüyür, gözüm yol çəkir

   Bəlkə həsrətimə qonaq gələsən.

   Nəfəsin üzümə zərif meh salıb,

   Nəmli dodaq ilə öpüb siləsən.

  

   Bəli, bu günün kitab bolluğunda hər gün qarşılaşdığımız yeni nəşrlərin içərisində öz yerini tutacaq "Damla" kitabı yəqin ki, müəllifini oxuculara daha yaxından tanıdacaq və onlar da bu kitabı, həmçinin müəllifin növbəti kitablarını maraqla izləyəcəklər. Hər halda, sevgi elə bir duyğudur ki, o hər kəsin özünə bənzəyir, özünün ifadəsinə çevrilir. Mahirə Əliyeva da bu kitabında öz duyğularını qələmə alıb. Uğurlu olsun.

 

"Ədalət"

Ədalət.-2011.-10 dekabr.- S.21.