Şirvanın
şöhrəti qədim Şamaxı
Sevgi və rəğbət
misallı...
Mən bu yazını
hazırlayarkən bir məsələ üzərində
düşünməli oldum: görəsən
Şamaxının bu günkü inkişafından , yeniliklərindən
, digər uğurlarından söhbət açıb nöqtəni
qoysam, necə olar? Bəs bu qədim
şəhərin tarixi keçmişi
, şöhrəti, həm də başına gələn olmazın
musibətlər? Bu gün Şamaxını Vətənin
inkişaf etməkdə olan
gözəl bir guşəsi kimi sevən , əzizləyən
insanlarımız , xüsusilə gənc nəslin nümayəndələri
səfalı yerlərində möhtəşəm villalar sıralanan bu elin ta qədimlərdən
bəri nəinki Azərbaycanda , bütün
Şərqdə tanındığını, şöhrət
qazandığını bilirlərmi? Bu suallar hardasa mənim
özümə də aiddir. Nələrinsə
umulduğu kimi, sevgi və rəğbət suallarıdır həm
də.
Qədim dövrlərdən
tanınan,məşhur olan Naxçıvan, Şəki, Bərdə,
Qəbələ,Bakı, Beyləqan, Şamaxı... Şamaxının
tarixi keçmişi
haqqında görəsən yığcam söhbət açmaq mümkünmü?
Mövzu fürsət yaradıb deyə buna da
çalışacağam.
Şamaxı haqqında antik
dövrlərdən tutmuş ıx-xx əsrlərə qədər
ərəb, fars, türk, gürcü, rus və Avropa
tarixçilərinin dəyərli məlumatları olub. Şamaxının adı daha geniş şəkildə yunan
coğrafiyaşünası Ptolomeyin "Coğrafi təlimnamə" əsərində
çəkilib .Ərəb mənbələrində "əş-
Şəməxiyyə" kimi qeyd edilən "Şamaxı" sözünün etimologiyası haqqında
müxtəlif mulahizələr mövcuddur
. Ancaq Şamaxının salındığı
tarix də dəqiq məlum deyil. Burada aparılan arxeoloji
qazıntılar nəticəsində e.ə. v-ıv əsrlərə
aid şəhər həyatına xas olan maddi
mədəniyyət qalıqları aşkar
edilmişdir. Əldə edilən Roma və Arşaki sikkələri
, habelə Makedoniyalı İsgəndərin sikkələrinə
oxtadılmış dirhəmlər qədim Şamaxının
hələ antik dövrdə Şərq
və Qərb ölkələri ilə iqtisadi
, mədəni əlaqədə olduğunu
göstərir.
Ərəb qoşunları Azərbaycanı
işğal etdikdən sonra Şamaxı Xilafətə tabe
olan feodal hakimlərinin iqamətgahına çevrilmişdi. O
dövrün müharibələrində Şamaxı dəfələrlə
əldən-ələ keçmişdi
Şirvanşahlar və...
şairlər vətəni
ıx-x əsrlərdə Azərbaycanda yaranan feodal dövlətlərindən biri də Şirvanşahlar idi. Şirvanşah II Mənuçöhr dövründə (xı əsrin əvvələri) Şamaxı daha da inkişaf etdi. 1123-cü ildə Səlcuq sultanı Mahmudun, 1124-cü ildə isə gürcü çarı Davidin qoşunları Şamaxıya daxil olmağa çalışdı. Sonralar Şirvanşahlarla gürcü çarları arasında qohumluq əlaqələri yarandı. Bu dövrdə Şamaxıda sənətkarlıq , ticarət elm və ədəbiyyat yeni mərhələyə qovuşdu. Şəhər Yaxın Şərqin mühüm iqtisadi və siyasi mərkəzlərindən birinə çevrilmişdi. 1191-ci ildə Eldəgəz hökmdarı Qızıl Arslan Şamaxını ələ keçirdi. Şirvanşah l Axsitan paytaxtı muvəqqəti olaraq Bakıya köçürüdü və Eldəgizlərin vassallığını qəbul etməyə məcbur oldu. Qızıl Arslanın ölümündən sonra paytaxt yenidən Şamaxıya köçürüldü.
1221-ci ildə monqol qoşunları Şamaxını müharisəyə alıb müqavimət göstərən əhalini qılıncdan keçirdi. Xııı-xıv əsrlərdə Şirvan başdan-başa Qızıl Orda xanları ilə Elxanilərin müharibə meydanına çevrilmişdi. Bir də xıv əsrin sonları xv əsrin əvvəllərində yaranmış dinc şəraitdə Şamaxı nisbətən dirçəldi. l İbrahimin döründə şəhər iqtisadi və mədəni cəhətdən inkişafa başladı.
1500-cü ildə
isə Qızılbaş qoşunları Şamaxını tutdu. l Təhmasib
dövründə Şirvanşahlar
dövlətinə son qoyuldu.
Şamaxı yeni təşkil edilmiş Şirvan bəylərbəyliyinin
mərkəzinə çevrildi.
Bundan sonra Şamaxının
Osmanlı qoşunları , l Şah Abbas müharibələri
dövrü gəlir.
Zəlzələ!
Müharibədən
də amansız!
Daha sonra müharibədəndə
betər təbii fəlakət ! 1667-ci il
zəlzələsində Şamaxı və onun
ətrafında 80 min nəfərlə
yaxın əhali həlak olur.
...1724-cü ildə Şamaxı
Şirvan ərazisi də daxil olmaqla Osmanlıların tabeliyinə
keçir.
1734-cü ildə Nadirqulu xan Şamaxını dağıdır.Həmin o məşhur Nadir şah...
1768-ci ildə Fətəli xan
Şamaxını ələ keçirir....
1796-cı ildə bu dəfə
general Zubovun başçılıq etdiyi Rusiya qoşunu
Şamaxını tutur.
Bədnam Gülüstan müqaviləsindən
sonra isə Şamaxı ayrı-ayrı vaxtlarda Şirvan əyalətinin
, Xəzər vilayətinin Şamaxı qəzasının və
Şamaxı quberniyasının mərkəzi olur.
...1859-cu ilin mayında baş verən
zəlzələ Şamaxını yenidən
dağıdır. Quberniya mərkəzi Şamaxıdan
Bakıya köçürülür.
Bunlar hələ az imiş
sanki. Böyük,
məşhur yerlərin uğurları kimi
, dərdləri də böyük və
ağır olur. 1902-ci il
zəlzələsi Şamaxını tamamilə
dağıdır. Sağ qalan
əhali baş götürüb
ətraf yerlərə köçür.
Bakıya , İsmayıllıya, Ağsuya,
Göyçay şəhərinə...
Sonralar şəhər tədricən
bərpa olunur və indiki Şamxının ilkin dövrü
başlanır.
Prezidentin
sərəncamı:
antik dövrün yadigarına
xüsusi diqqət!
Budur, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi kimi böyük ədəbi simalar yetirən bu qədim yurd indi özünün yeni dövrünü yaşayır. Yüz illər boyu tarixin kitablarında , yaddaşında qalan, zaman -zaman döyüşlərə, müharibələrə, təbii fəlakətlərə tuş gələn böyük Şamaxı indi Azərbaycanın müstəqillik dövründə tariximizin qızıl fondu , əvəzsiz yadigarı və əmanəti kimi qorunur, daha gözəl gələcəyə doğru addımlayır. Bütün bunlar ölkə rəhbərliyinin diqqətindədir. Dövlətimizin başçısı regionların , xüsusilə Azərbaycanın tarixi şəhərlərinin abadlaşdırılması və onların infrastrukturunun daha da möhkəmləndirilməsi ilə bağlı qarşıya ciddi və təxirəsalınmaz vəzifələr qoymuşdur. Prezident bununla əlaqədar demişdir: "Azərbaycanın tarixi şəhərlərinin yüksək səviyyədə abadlaşdırılması üçün mənim tərəfimdən sərəncamlar verilmişdir. Şəki və Şamaxı şəhərlərinin abadlaşdırılması ilə bağlı hər birinə 5 milyon manat vəsait ayrılmışdır... Bu ilkin ödəmələrdir, bundan sonra da olacaqdır... Hər bir rayon, hər bir kənd mənim üçün əzizdir, doğmadır. Ancaq ölkəmizdə elə şəhərlər var ki, onların adları qədim xəritələrdə də göstərilir..."
(ardı gələn
sayımızda)
Məzahir Əhmədoğlu
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə yardımı ilə
Ədalət.-2011.-13 dekabr.- S.7.