Fikir, söz və
məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsi
XX əsrin görkəmli siyasi xadimi Heydər
Əliyevin ideyaları onun uzunmüddətli
və səmərəli siyasi hakimiyyəti
dövründə dördüncü
hakimiyyət adlandırılan siyasi mətbuatın
təsir vasitələrinə və demokratik
gücünə, açıq sözün,
azad fikrin, sərbəst
düşüncənin təşəkkülünə
həmişə meydan vermiş
siyasi mətbuatın formalaşması və
inkişafının qarantı olmuşdur.
Bu aspektdən milli-mənəvi dəyərlərimizin
qorunmasında və inkişaf etdirilməsində
xalqımızın başlıca mənəvi sərvəti
olan Azərbaycan dilinin hələ 1970-1980-ci illərdə belə
qorunmasında Heydər Əliyevin böyük əməyi
olmuşdur. "Öz
ana dilini bilməyən
adamlar şikəst
adamlardır"- deyən Heydər Əliyev 12 noyabr 1995-ci ildə ümumxalq
səsverməsi ilə qəbul edilən Azərbaycan
Konstitusiyasında Azərbaycan Respublikasının dövlət
dilinin Azərbaycan dili
olmasını 21-ci maddəsi ilə bir daha qanunvericilik
qaydasında rəsmiləşdirməsini bir
daha xalqa göstərdi.
Həmişə milli-mənəvi
dəyərlərimizin keşiyində duran Heydər Əliyev
18 iyun 2001-ci il tarixdə "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" fərman
imzaladı. Fərmanda çox
haqlı olaraq, tarixin
müxtəlif mərhələlərində Azərbaycan
dilinə qarşı həyata keçirilmiş
təzyiqlər, haqsızlıqlar da
yada salınmışdır. Bu mühüm dövlət sənədindən sonra Azərbaycan dili rahat nəfəs aldı. 2004-cü il 12 yanvar tarixində isə
layiqli siyasi varis olan İlham
Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" imzaladığı sərəncam ana dilimizin əbədiliyinə,
gələcəyinə, imkanlarının genişlənməsinə
təminat yaratdı.
Məhz bu qaynaqlardan bəhrələnərək,
prezident Heydər Əliyev "Azərbaycanda Milli Mətbuatın
yaradılmasının 125 illiyi haqqında" 27 mart 2000-ci il
tarixli məşhur fərmanını imzaladı.
Müstəqil Azərbaycan dövlətçiliyinin
tarixində milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılmasında, inkişaf etdirilməsində, eyni zamanda,
ümumbəşəri dəyərlərin sintezinə,
inteqrasiyasına qoşularaq mədəniyyətimizin, milli mətbuatımızın,
habelə, milli mənlik şüurumuzun- azərbaycançılığın
və milli mentalitetin formalaşması baxımından misilsiz
əhəmiyyətə və uzun illər boyunca fəaliyyət
proqramına malik olan bu fərman həm milli-mənəvi dəyərlərinə,
ümumbəşəri ideyalarına, həm də həcminə
görə dövlətimizin və xalqımızın
tarixində misli görünməmiş bir dövlət sənədi
kimi yaşayacaqdır.
"Azərbaycanda milli mətbuatın
yaradılmasının 125 illiyi haqqında" Azərbaycan
Respublikası Perzidentinin fərmanının müddəaları
həm də siyasi dövlətçilik və mentalitet
baxımından Azərbaycan cəmiyyətinin XIX əsrdən
üzü bəri milli mətbuatla bağlı mürəkkəb
və ziddiyyətli tarixini qısa da olsa, çox dolğun
şəkildə XX əsrin 70 ildən artıq bir
zamanına-Sovet mətbuatının çiçəkləndiyi
dövrə aid edilir. Fərmanda bu
illərin qəzet və jurnalların şəbəkəsinin
genişlənməsindən, mətbuatın yeni-yeni
növləri hesabına zənginləşməsindən də
söhbət gedir.
1919-cu ildə nəşrə
başlayan "Bakinski raboçi" qəzetinin, elə həmin
gündən həyata göz açan "Azərbaycan gəncləri",
"Molodyoj Azerbaydjana", habelə, 1958-ci ildən
işıq üzü görən "Bakı" və
"Baku" qəzetlərinin də adı çəkilir.
Azərbaycanda Sovet dövrü mətbuatı
haqqında 2000-ci ilin fevral ayında Rusiya Federasiyasının
nüfuzlu və sabit oxucu auditoriyası olan "Jurnalist"
jurnalının baş redaktoru Gennadi Maltsevlə söhbət
zamanı həmin jurnalda 1979-cu ildə aktual məqalələri
ilə çıxış etmiş Heydər Əliyev Azərbaycanın
Sovet dövrü mətbuatı haqqında bu gün də
maraq doğuran faktları söyləmişdir: "O zaman Azərbaycanda
130 qəzet, 107 jurnal nəşr olunurdu, hər il ümumi
tirajı 13,5 milyon nüsxəyə çatan 1400 adda kitab
buraxılır, Respublika televiziyasının iki kanalı
işləyir, sutkada 48 saat yeddi dildə radio verilişləri
yayımlanırdı". (Moskva, "Jurnalist" jurnalı,
2000-ci il, N2)
Azərbaycan mətbuatının
ictimai-siyasi və mədəni həyatımızın inkişafındakı
mühüm rolunu, respublikamızın həyatında
böyük əhəmiyyətini nəzərə alaraq,
demokratik mətbuatın yaranmasının 125 illiyinin geniş
surətdə və təntənəli şəraitdə qeyd
olunması haqqında fərman imzalayan Heydər Əliyev bir
daha sübut etdi ki, o, bir prezident kimi azad sözün, siyasi
plüralizmin təminatçısı, qarantıdır.
Beləliklə, Heydər Əliyev
faktlarla sübut etdi ki, müasir şəraitdə gündən-günə
genişlənən informasiya telekommunikasiya inqilabına
qoşularaq, çoxtərəfli və dialoq şəklində
informasiya əlaqələrini yaradaraq, Azərbaycan
Respublikasının qonşu Ermənistan tərəfindən
hərbi təcavüzə məruz qalmasını bəyan edərək
bir çox xarici dövlətlərin mətbuat orqanları ilə
bütün dünyaya yaymışdır.
Kütləvi informasiya vasitələrinin rəhbərləri
ilə canlı və işgüzar dialoq əsasında qurulan
böyük tədbirdə mətbuatın
siyasətlə vəhdəti və həmahəng, birgə tərəqqisi
vurğulanaraq qeyd olunmuşdur ki, kütləvi
informasiya vasitələri siyasətin
ayrılmaz və aparıcı tərkib hissəsidir. İctimai fəaliyyətin çoxlu
müxtəlif növləri mövcuddur ki, araşdırma və tədqiqat zamanı
onların siyasət məlumat mübadiləsi
baxımından mətbuata daha çox bağlı olması sübut
edilmişdir.
"Mətbuat haqqında" (27
iyul 1999-cu il) yeni qanunun, ən başlıcası isə
"Azərbaycanda milli mətbuatın yaradılmasının
125 illiyi haqqında", habelə, "Kütləvi
informasiya vasitələrinə dövlət
qayğısının artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin fərmanı (27 mart
1997-ci il) bütün müddəaları ilə Azərbaycanın
ictimai həyatının ayrılmaz tərkib hissəsi olan
kütləvi informasiya vasitələrinin inkişafına
böyük təkan vermişdir.
"Jurnalistlərin dostu"
nominasiyası üzrə sorğunun nəticələrinə
görə, Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev qalib elan edilmişdir. Sorğunun
nəticələri "Ruh" Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsinin idarə heyəti
iclasının protokolu ilə təsdiq olunmuşdur. Rəsmi məlumatda deyilir:
"Məqsəd ölkədə söz və mətbuat azadlığını dəstəkləmək, azad və müstəqil mətbuatın möhkəmlənməsinə yardımçı olmaq, medianın 4-cü hakimiyyət kimi formalaşmasında dövlət məmurlarının və siyasi xadimlərin dəstəyini qazanmaq, bir sözlə, Azərbaycanda demokratik proseslərin inkişafına təkan verməkdən ibarətdir. Qaliblər hər ilin sonunda media rəhbərləri və ekspertlər arasında keçirilən ənənəvi sorğu nəticəsində müəyyənləşdirilir, söz və mətbuat azadlığına daha çox töhfə verən şəxsə "Jurnalistlərin dostu" adı verilir və mükafat ona təqfim edilir.
Tərəqqipərvər və
obyektiv jurnalist ordusu həmişə yaxşı başa
düşürdü ki, dövlət siyasətinin ən
mühüm məsələləri üzrə geniş və
dürüst informasiya almaq üçün Heydər
Əliyevin zəngin mənəvi və siyasi dünyası
bitib-tükənməyən mənbədir.
Böyük siyasət və mədəniyyət
dünyası ilə dostluq etmək, qarşılıqlı əlaqəni
yaradıcılıqla inkişaf etdirmək təkcə
jurnalistlərə deyil, bütünlüklə Azərbaycan
oxucusuna milli-mənəvi, ictimai-siyasi dəyərlər bəxş
edir.
Tanınmış Amerika jurnalisti
Ceyms Reston "Mətbuat artilleriyası" kitabında
yazır: "Ağıllı məmurlar jurnalistləri idarə
etməlidirlər. Ağıllı jurnalistlər də
hökuməti çıxılmaz vəziyyətdə, zərbə
altında qoymamalıdırlar. Hər iki
tərəf cəmiyyətin get-gedə artan
ağıllı azlığıyla və bir-biri
ilə əməkdaşlıq etsə, udmuş
olar. Kütləvi informasiya
vasitələri ilə hökumət arasında
qarşıdurma yalnız mətbuatın
ziyanınadır." (Bakı, "Dirçəliş XXI əsr"
jurnalı, N 104-105, səh. 299,2006-cı il)
"Dost olmaq istəyən,
özü də həqiqi dost olmaq istəyən" görkəmli
dövlət xadimi olan Heydər Əliyev mətbuatda cərəyan
edən ictimai-siyasi inkişafın məzmununda və onun dərk
olunmasında, həyatımızın oxşarsız
koloritinin təkrarolunmazlığını, tarixin hərəkətverici
əbədi qüvvəsindən bəhrələnən cəmiyyətimizin
demokratikləşməsinin ön plana çəkilməsini
tövsiyyə etmişdir.
Böyük siyasətçi Heydər
Əliyev bütün dövlətçilik fəaliyyəti
boyu siyasi təfəkkürün mərkəzində dövlət
və xalq hakimiyyətinin birgə təşkilini, vəhdətini
görmüş, milliliyi hər bir dövlətin təməl
daşları kimi xarakterizə edərək, təkcə
ictimai-siyasi aspektdən deyil, həm də mədəni mənəvi
dəyərləri özündə cəmləşdirən
bir fenomen kimi səciyyələndirmişdir.
Türkiyənin "Zaman" qəzetinin
28 iyun 2002-ci il tarixli sayında Azərbaycan Prezidenti Heydər
Əliyevin söylədiyi bu sözlər türk mətbuatında
böyük əks-səda doğurmuşdur:
"Biz yalnız milli və mənəvi
dəyərlərimizi dünyəvi dəyərlərlə
birləşdirərək Avropa yolu ilə getsək, daha
güclü olarıq. Əks təqdirdə, köklərimizdən
qopmuş olarıq".
Öz siyasi fəaliyyətinin intellektual
və mənəvi əsasını milli mənəvi dəyərlərimizlə
səciyyələndirən Heydər Əliyev siyasi ideologiyada
emosional məzmun kəsb edən simvollardan ən
başlıcasını, yəni soy-kökümüzlə
bağlı olmağımızı bir daha qabardır.
Vətən, Millət ideyası
tarixən ən yaxşı hallarda rəhbərləri həmişə
qəhrəmanlığa aparıb
çıxarmışdır.
"Təqvim" (Türkiyə
Respublikası) qəzetinin müxbiri Akkan Suvərin həmin qəzetin
1 iyul 2002-ci il tarixli sayında "Bir sülh adamı"
adlı siyasi şərhi vətən və millət
ideyası ilə mahiyyət təşkil etmişdir.
Məqalədə Azərbaycan
Prezidentinin Türkiyədə keçirdiyi bütün
irili-xırdalı görüşlərdə Dağlıq
Qarabağ probleminə xüsusi diqqət yetirməsi
qabarıq nəzərə
çatdırılmışdır.
Türkiyə şərhçisi
Akkan Suvər obrazlı şəkildə və türkçülük
pafosu ilə yazır: "Qanayan bir yara halına gələn
Dağlıq Qarabağ məsələsini Prezident Heydər
Əliyev hər nitqində, hər
çıxışında gündəmə gətirdi.
Atatürkün "Yurdda sülh,
cahanda sülh" sözündən ilham
aldığını vurğulayan cənab Heydər Əliyev
bu məsələyə dair baxışını belə dilə
gətirdi: " Mən Ermənistanla sülh bağlamadım.
Hər iki tərəfdən insanlar ölməsin deyə, Atəşkəs
müqaviləsi imzaladım. Sülh
bağlanması üçün qəsd edilib, əlimizdən alınan torpaqların geri qaytarılması lazımdır. Mənim
niyyətim qan tökmək deyil. Müzakirə və görüşləri
səbrlə davam etdirirəm. Amma unutmaq olmaz ki,
səbrin də bir sonu
vardır" (Ankara. "Təqvim"
qəzeti, 1 iyul 2002-ci il)
Öz siyasi fəaliyyətinin tərkib
hissəsinin bir tərəfi saydığı sülh
ideologiyasını dilə gətirən Heydər Əliyev
doğma Vətən torpaqlarının bu yolla
qaytarılmadığı halda, onu da
vurğulamışdır ki, Azərbaycanın hərb
gücünə əsarətdə qalan yerlərini
işğaldan azad etməyə qadirdir, yəni "səbrin
də bir sonu vardır!" .
Kütləvi informasiya vasitələri
hakimiyyət strukturları ilə birbaşa bağlıdır
və bunlar bir- biri ilə qarşılıqlı əlaqə
kəsb edir. KİV siyasətin ayrılmaz tərkib hissəsidir.
Hakimiyyət isə siyasətin məğzidir. Vətəndaşların
bilavasitə əlaqələri digər üsullarla
yanaşı, eləcə də onlara
müəyyən məlumatların və təlimatların
verilməsi üçün xüsusi demokratik vasitələrdən
istifadə olunmasını tələb edir.
Bu cür vasitələr
məhz KİV- dir.
Siyasi plüralizm kütləvi
informasiya vasitələri ilə hakimiyyət
strukturlarının qarşılıqlı əlaqəsinə
real imkan yaradır. Bu siyasi fenomenlərin sıx vəhdəti cəmiytədə
ictimai- siyasi sabitliyin möhkəmləndirilməsinə,
dövlətçiliyin təkmilləşdirilməsinə,
demokratiyanın inkişafına, xüsusilə, dövlətin
təhlükəsizliyinin qorunmasına istiqamətlənir.
"Azərbaycan Respublikasında
kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi konsepsiyası"nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevin 31 iyul 2008- ci il tarixli sərəncamı
KİV-in fəaliyyətinin daha da təkmilləşdirilməsi
istiqamətində Heydər Əliyev irsinin məqsədyönlü
inkişaf etdirilməsi kimi mənalanır. Həmin sərəncam və ümummilli
lider Heydər Əliyevin əbədiyaşar
ideyaları cəmiyyətin bütün
sferalarının yeniləşməsinin, xüsusilə,
KİV-də azad fikir,
demokratik söz və
mətbuat azadlığının, plüralizmin
inkişaf etdirilməsinin qarantı kimi nəzərdə tutur.
Tahir
Məmmədov "Aktual" qəzetinin baş redaktoru, siyasi
elmlər üzrə fəlsəfə doktoru, Respublikanın
Əməkdar jurnalisti
Qeyd: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"
Ədalət.-2011.-14 dekabr.- S.6.