* * *

QƏZƏL

  

   Çağlayan dağ seliyəm, eşq edib avara məni,

   Bir qara gözlü salıb bərri-biabana məni.

 

   Onu mən istədiyimdən, ölürəm dərdindən,

    İsməti, nazı, ədası gətirib cana məni.

 

   Yerişi, şux baxışı, davranışı bir dünya,

   Bir gözəllik ki, onundur salacaq qana məni.

  

   Aman Allah yenə gördüm, elə bil lal oldum,

   Döndərir qəmzəsi hər dəm tutulan ayə məni.

 

   Bir xətadır, o qara gözlərə uydum, uydum,

   O, məni tərk eləmişdi, bunu mən gec duydum.

 

   Fərhadam, eşqimizin bir dəli-divanəsiyəm,

   Saqqalı vermişəm əldən, basacaq çayə məni.

  

   ƏN BÖYÜK İSTƏK

  

   Çarpayım pəncərəmə bir az yaxın, bitişik,

   Bir başı çarpayımdır, bir başı güllü beşik.

  

  

  

   ***

   Nəzərlərim sataşdı qızaran dan yerinə

   Onu dərhal köçürdüm zehnimin gözlərinə.

   ***

   Dan yerindən aldığım şəfəqin rəngi lalə

   Qələmimə can verdi, doğan Günəşlə halə.

 

   ***

   Xəlil Rza olsaydı şerə dönərdi,

   Fəza ənginlikləri zənnimcə böyüyərdi.

 

   ***

   Beşiyim körpəsini axtarır, gözüm yolda

   Bu ən şirin nemətdir, səadətim yaxında.

 

   ***

   Qanuna uyğunluqdur, dünya dolur, boşalır,

   Behiştin qapıların bəzən qarlı qış alır.

 

   ***

   Beşiyimin körpəsi oğlan olsun, ya da qız,

   Təki ata-anası "mən tək" qalmasın yalqız!

 

   ***

   Pəncərəmin içindən səma aydın görünür,

   Şerim qanadlandıqca gözüm-könlüm öyünür.

 

   ***

   Kimsənin xəbəri yox, dilin zənginliyindən,

   Barmaqlarım güc alır, Ulutürk qələmindən.

 

   ***

   Şer axır, çağlayır, sinəmdə şəlalə tək,

   Yoxu, var eləməkdir, məncə ən böyük istək!

 

   ***

  

   Beşiyimdən üç oğlum, üç qızım qanadlandı,

   Onlarla ad verən kəs, Xəlil Rza adlandı

   ***

   Ad verməyə tələssəm, tələsməsəm ancaq,

   Bilirəm ki, adımı böyük oğlum qoyacaq!

 

   GƏRƏK ÖZ-ÖZÜNƏ ARXALANASAN

 

   Güman eləməzdim mən təmbəlləşəm,

   Bu qədər tezliklə həvəsdən düşəm.

  

 

   Bəs mənim dağ boyda şeir döyüşüm,

   Rəvamı ortadan çıxım, sivişim?!

 

   Qələm sahibinə susmaq yaraşmaz,

   Bayağı sözlərdən şeirə kar aşmaz.

  

  

  

   Şeirin qanunları başqadır bir az,

   "Hər yerdə hər zaman inci tapılmaz".

  

   Odur ki, əxz etdim Xəlil Rzadan,

   Bu şeiri yaratdım sökülməmiş dan.

 

   Yazdım istəyimlə nəfəs-nəfəsə,

   Tənbəlliyi atdım dəmir qəfəsə.

   Mövzularım tükənməzdir sonadək,

 

   Edirəm onları hey ələk-vələk.

   Qızıl axtaranda gövhər tapıram

  

   "Sorğular" şeirini planetdən yox,

   Günəşdən, Səmadan, Aydan qapıram.

  

   "Harda, nədən ötrü, kimlər, bəs haçan,

   Mən bu daş sədləri devirməliyəm.

  

   Cavabı astaca, pıçıltıyla yox,

   Ucadan mərdanə, şax verməliyəm".

 

   Sözdən söz düzəltmək görünsə asan,

   Gərək öz-özünə arxalanasan.

  

    KÖNLÜMÜN ARZULARI

  

   Mənim adımla bağlı dərc olunan şeirlər, ya da nəsr yazıları

   Açıb araşdırmaqda, həyata keçirməkdə ən şirin arzuları.

 

   Bu istəklər qoy olsun, bu muradlar qoy olsun, elin sərvəti, varı,

   Söksün, töksün, dağıtsın, açsın kamına çəksin bütün qaranlıqları.

 

   Şeir döyüşkən ola, şer işgörən ola, şer bayraq qaldıra

   Şer şer yazanın ruhunu təzələyə, çiynin göyə qaldıra.

  

   Nəsr yazılarım da bu məhfumun doğması, qayğıların əsası

   İyirmi bir hecalıdır, bu şerim sözlərimin qisası.

  

   Mənim adımla bağlı dərc olunan şerlər sığışmırlar cahana,

   Tərəfgörlük hökm edir, hər şey qanun şəklində, üz tutmalı bəs hara?..

  

   Xəlil Rza üslubun davam elətdirirəm, çalışıram açmağa

   Bu qat-qarış mühitdə günəş kibi doğmağa, ərzə işıq saçmağa.

  

   Mənim adımla bağlı dərc olunan şerlər, ya da nəsr yazıları,

   Bitib tükənən deyil, başımın ağrıları, könlümün arzuları.

 

   İncilər saçan dilim vahidliyə təşnədir, Təbrizimə tamarzı,

   Ümmanlar təşnəsiyəm. "Durulduram, içirəm, Arazı razı-razı".

   Bəxtimdən, taleyimdən, şeirlərimdən razı.

 

Fərhad Rza Ulutürk

Ədalət.-2011.-16 dekabr.- S.7.