Bir Şabran əfsanəsi
Rayon İcra
Hakimiyyətinin başçısı Novruz
Novruzov: "Şabranın Əfsanələr
Paytaxtı elan edilməsindən qürur duyuruq"
Səsi-sorağı eramızdan əvvəl I minillikdən eşidilən Şabran şəhərinin şəninə çox təriflər yazılıb. Alimlər, səyyahlar, şair və yazıçılar hər qarışında tarix yatan qədim yaşayış məskəninə çox epitetlər qoşublar. Düz sözə nə deyəsən? Tarixin yaddaşına göndərdiyimiz 2011-ci il də qədim Şabran üçün əlamətdar oldu. Zaman-zaman haqq etdiyi titullara biri də əlavə edildi. Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində Şabran şəhəri Əfsanələr Paytaxtı elan olundu.
Paytaxtın 123
addımlığında Əfsanələr Paytaxtı
Mədəniyyət və Turizm
Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi
infotur da Əfsanələr Paytaxtını daha yaxından
tanımaq, layihə çərçivəsində
görülən işləri işıqlandırmaq məqsədi
daşıyırdı.
Qısa və rahat yol bizi göz qırpımında Şabrana çatdırdı. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın alıb gətirdiyi təndir çörəyinin istisi, maraqlı söhbətlərinin ləzzəti azalmamış mənzil başına yetişdik.
Hava da bəxtimizdən əla idi. Səfərimizin yaddaqalan olması ev
sahiblərindən asılı
idi. Bu məsələdə
də jurnalistlərin
bəxti gətirdi.
Həmsöhbətlərimiz səmimi və
mehriban insanlar oldular.
Əmin ellər əmin əllərdə
Şabran Rayon İcra Hakimiyyətinin
başçısı Novruz
Novruzov bizi Heydər Əliyev Mərkəzində qarşıladı.
Bu il avqustun 15-də istifadəyə verilən
mərkəzlə tanışlıqdan
sonra məlum oldu ki, 8 dərnəyin
fəaliyyət göstərdiyi
mərkəzdə rayon gəncləri
3 əcnəbi dil öyrənə bilir, rəsm çəkməyin,
fotoreportyorluğun sirləri
ilə tanış olmaq imkanı qazanırlar. Virtual sinif otağında isə müasir dövrün tələbi-informasiya
texnologiyaları ilə
məşğul olmaq
üçün şərait
yaradılıb.
Toplantı zalında keçirilən
görüşdə jurnalistlərlə
səmimi şəkildə
söhbət edən icra başçısı
Novruz Novruzov Şabranın qədim və şərəfli tarixi, abad gələcəyi
haqqında məlumat verdi: "Şabran
Azərbaycanımızın gözəlliyinə özünəməxsus
xallar əlavə edən rayonlardan biridi. Bu torpağın
hər qarışı
altında qədim tarixin daş yaddaşı yatır.
Necə deyərlər, Şabran canlı tarixdi. Ümummilli liderimiz Heydər Əliyevin təbiri ilə desək, Şabran bizim 2300 illik şəhər tariximizi yaşadır.
Qədim İpək Yolunun
üzərində yerləşməsi,
müasir Azərbaycanımızın
paytaxtı Bakıya məsafə baxımından
yaxınlığı, Xəzər
dənizinin sahilində
olması Şabranın
strateji mövqeyini daha da artırır.
Tarixən Şabran əmin
ərazi olub. Fateh Əmir Teymurun öz qoşunu ilə bu ərazidə
dincəlməsi də
bunu sübut edir. Qədim tarixi yurdun bugünkü insanları da əmin, zəhmətsevər,
sadə və mehriban insanlardı.
Şabranın tarixi adı
özünə qaytarıldıqdan
sonra bütün sahələrdə uğurla
inkişaf etməsi məhz bu insanların
zəhmətsevərliyi, halallıqsevərliyi
sayəsində mümkün
olub. Vətənini, dövlətini müdafiə
etməyi bacaran, ölkə başçısının
ətrafında sıx
birləşən şabranlılar
daima bu mövqedədirlər. Son illər təkcə Şabranın adı yox, həm də
siması dəyişib,
böyük quruculuq işləri aparılıb".
Şabranın
Əfsanələr Paytaxtı
seçilməsini rayonun
həyatında mühüm
hadisə adlandıran
Novruz Novruzov bu layihənin təşkilatçısı olan
Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü
bildirdi: "Bu titulun özü çox əzəmətli səslənir.
Layihənin təşəbbüskarı kimi Mədəniyyət və Turizm Nazirliyinə, xüsusi ilə də nazir Əbülfəs Qarayevə minnətdarlığımızı
yetirirəm. Bütün şabranlılar
bu işdən qürur duyurlar. Şabranın Əfsanələr Paytaxtı seçilməsinin
təbii ki, məsuliyyəti də böyükdür. Biz də
bu məsuliyyəti dərindən dərk edərək il
ərzində çoxlu
işlər görmüş,
rayon və ölkə
əhəmiyyətli tədbirlər
keçirmişik.
Dövlətimiz haqlı olaraq
milli-mənəvi dəyərlərin
qorunmasına ciddi önəm verir. Bu sahədə görülən
işlər yüksək
dəyərləndirilməlidi. Azərbaycan iqtisadi cəhətdən qüdrətləndikcə, insanların
rifah halı yaxşılaşdıqca mədəni
səviyyə də yüksəlməlidi. Şabranda da
bu məsələyə
xüsusi diqqət ayırırıq. Çünki mədəni səviyyə
həmişə öndə
olmalıdı. Son vaxtlar ölkənin aparıcı teatrlarının
rayona qastrollarını
təşkil edirik.
Rayon Mədəniyyət Sarayı böyük zövqlə yenidən qurularaq sakinlərin ixtiyarına verilib. Yaxın günlərdə orada son
dövrlər istehsal olunmuş milli filmlərimizin nümayişini
təşkil edəcəyik".
İcra başçısı rəhbərlik
etdiyi rayonun turizm imkanları barədə də danışdı: "Şabranın
yerləşdiyi coğrafi
ərazi, qədim tarixi abidələri turistlərin diqqətini cəlb etmək üçün uyğundur.
Gilgilçay istehkamı da
turistlərin marağına
səbəb olur.
Yeri gəlmişkən onu da xatırladım ki, tikili hissəsi
102 kilometr olan bu istehkam məşhur
Cin səddindən sonra dünyada ikinci ən böyük səddi.
İstehkamın təxminən yarısı
Şabranın ərazisindən
keçir. Rayonda ekstremal
turizm üçün
də geniş imkanlar var. Qalaaltı ərazisində 2 doqquzmərtəbəli
otelin tikintisi planlaşdırılır. Həmin otellər ən yüksək standartlara cavab verəcək".
Görüşdə çıxış edən Mədəniyyət
və Turizm Nazirliyinin mədəniyyət
siyasəti şöbəsinin
müdiri Fikrət Babayev "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları"
proqramının icrası
ilə bağlı Şabranda görülən
işləri yüksək
qiymətləndirdi. Fikrət Babayev
rayon icra hakimiyyətinin
başçısı Novruz
Novruzova Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyi
adından təşəkkürünü
bildirdi.
Şabran rayon mədəniyyət və
turizm şöbəsinin
müdiri Əhməd
Səmədov Əfsanələr
Paytaxtı layihəsi
çərçivəsində görülən işlər
barədə məlumat
verdi. Şöbə müdiri bildirdi ki, layihə çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə dəyirmi masalar, elmi-praktiki konfranslar keçirilib, sərgilər
təşkil olunub.
Rayonda fəaliyyət göstərən
"Xınayaxdı", "Çıraqqala" xalq kollektivlərinin konsertləri
maraqla qarşılanıb.
İlboyu keçirilən belə tədbirlər mətbuatda və televiziya kanallarında geniş işıqlanıb.
Əfsələddin
Xaqanidən Yazıçılar
Birliyinin üzvlərinə
qədər...
İnfotur iştirakçıları rayon mədəniyyət sarayında
xalq tətbiqi sənət ustalarının
əsərləri ilə
tanış oldular, "Xınayaxdı",
"Çıraqqala" xalq
kollektivlərinin ifasında
folklor nümunələrini
dinlədilər.
Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin fəaliyyəti,
saxlanılan nadir eksponatlarla
tanışlıq yaddaqalan
alındı. Xüsusi ilə
açıq səma altında sərgilənən
qədim mədəniyyət
nümunələri marağımıza
səbəb oldu.
Yeni istifadəyə verilən
Uşaq Yaradıcılıq
Mərkəzində gənc
istedadlar üçün
yaradılan şəraiti
görməyə dəyərdi.
Uşaq Yaradıcılıq
Mərkəzinin kitabxanasında
çalışan təcrübəli
mədəniyyət işçisi
Səkinə Həsənova
bu şəraiti yaradanlara minnətdarlığını
bildirdi: "Uzun illər idi ki, mərkəz köhnə, heç bir şəraiti olmayan, taxta bir binada yerləşirdi.
Əsaslı təmirdən və
yenidənqurmadan sonra uşaqlara, əməkdaşlara
yaradılan bu gözəl şəraiti
görəndə adamda
yaşamaq hissi artır. Sevdiyim, məşğul olduğum kitabxanaçılıq
işinə yenidən
bağlanıram".
Şabrana səfər edən
media nümayəndələri açılışına ciddi
hazırlıq gedən
Poeziya Evinə də baş çəkdilər. Yaxın günlərdə
açılışı gözlənilən Poeziya
Evinin qarşısında
ucaldılan klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi
Əfzələddin Xaqaninin
heykəlini ziyarət
etdik.
Xaqaniyə heykəl? Özü də
Şabranda? Bəli, məhz
Şabranda. Çünki görkəmli söz ustası 1170-ci ildə Şirvanşah Axistian tərəfindən cəzalandırılaraq
7 ay Şabrandakı həbsxanada
saxlanılıb.
Yeri gəlmişkən, indi Şabranda Yazıçılar Birliyinin,
Bəstəkarlar və
Rəssamlar ittifaqlarının
üzvləri üçün
yaradıcılıq evlərinin
inşasına hazırlıq
görülür. Dövlət başçısının sərəncamı
ilə inşa olunacaq yaradıcılıq
evlərinin ərazisində
poliklinika da fəaliyyət göstərəcək.
İnfotur "Şabran şəhəri"
Tarix və Mədəniyyət Qoruğuna
ziyarətlə başa
çatdı. Rayonun tanınmış
ziyalılarından biri,
tarixçi Əsədulla
Hüseynov bildirdi ki, qoruq ümummilli
lider Heydər Əliyevin sərəncamı
ilə yaradılıb.
Keçən əsrin 30-cu illərindən
başlayaraq 5 min kvadratmetr
ərazidə aparılan
arxeoloji qazıntılar,
görkəmli alimlərin
aşkar etdiyi zəngin materiallar haqqında məlumat aldıq. Əsədulla
müəllim onu da qeyd etdi
ki, nadir abidə dünya şöhrətli
alim və səyyah Tur Heyerdalı da valeh edib və
o, ərazini gəzdikdən
sonra fikirlərini belə ifadə edib: "Şabran orta əsrlərin nadir hadisəsidir. Şabran şəhəri vasitəsi ilə mən Azərbaycanın qədim şəhər mədəniyyətinə səyahət
edə bildim".
Nə yaxşı ki,
biz də belə bir imkan qazandıq.
Etibar CƏBRAYILOĞLU
Fotolar Şirməmməd
NƏZƏRLİNİNDİ
Ədalət.-
2011.- 17 dekabr.- S.6.