YENİ
LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR
BƏXTİYAR
ƏKBƏROV
Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxandahəmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
Bu insanlar kimlərdi?
"Ömrü boyu özgələrinin
sevinci ilə yaşayan və hamıya kömək etməyə
çalışan bir insan axtarsanız o mənəm".
Bəxtiyar Əkbərov.Tanınmış
hüquqşünas,porofessor, hakim,vəkil.
İnanmazsınız, bir neçə gündü tam bir nostalji,mazi içindəyəm.Səbəbi özümə aydındı. Ama gərək bunu mən açıqlamayaydım. Ancaq başqa cür də olmur.Hər şey təsadüfdən asılıdı deyirlər və bu da bir təsadüfdü.
60-cı illərin əvvəlləridi. Mən - Salyan rayonunun Xarabakənd ( sovetlərdən sonra Qırmızıkənd. Şair Vaqif Səmədoğlunun təbirincə Altunköy. Burada daha bir parantez açım ( Türkiyədə yaşadığım illərdə bu imza ilə neçə-neçə yazı yazdım.) adlı bir köyündə doğulan və böyüyən bir traktorçu balası Unversitetin Şərqşünaslıq fakültəsinə (!!!!!!!!!!!) imtahan verirəm və dövrün tanınmış şairi Zeynal Xəlilin, mən bilən həyat yoldaşı ( məndən zirək olanalar belə deyirdilər ) bizdən imtahan götürür və mən son imtahan olaraq xarici dildən, ingilis dilindən imtahan verməliyəm. Bilgim: SIFIR. Mən bu fakultədə TÜRK dilini seçmişəm və imtahandan çıxacaq halım yox. Və üstəlik də yüksək qiymət almalıyam.Uzaqdan uzağa tanıdığım Bəxtiyar Əkbərov adında bir insan məni o müəllimə tapşırır və mən üç alıram.
Qəbul olunmuram.
Təbii ki, o qiymət mənim üçün 10-15 kimi bir şeydir.Qəbul olunmuram və uzun illər o insanla da hərdən bir görüşürük, çox simpatiya ilə yanaşır adam mənə sonrakı illərdə də.Takig
Günlərin bir günündə Yazarlar Birliyinə işə gedəndə uzung lap uzun illərin ayrılğından sonra Bəxtiyar müəllim (BƏXTİYAR ƏKBƏROV çox gözəl bir ailədən, qardaşlarının ikisini mən uzaqdan-uzağa tanıyırdım MAARİF ƏKBƏROV fələsəfə alimi, TOFİQ ƏKBƏROV o da alim və BƏXTİYAR ƏKBƏROV ÖZÜ İSƏ hüquq işçisi,uzun illər o sistemdə çalışmış və indi özünün dediyinə görə SƏRBƏST HAKİM məsləhətxanası var) qarşıma çıxır. 2001-ci ildən sonra ikinci dəfədir görürəm və görüşürük.Əsil ağrı bundan sonra başlayır.Birinci dəfə görüşəndə bəlkə bunları mənə demişdi, xatırlamıram,amma bu dəfə Bəxtiyar müəllim üç-beş dəqiqə məndən vaxt istəyir və deyir: TOFİQ BƏY, SİZİN BİR YAZINIZ VAR.MƏN ONU 1999-CU İLDƏN CİBİMDƏ GƏZDİRİRƏM.
Aman Allahım! Bu nə olan iş!
Düşünürəm, bu bir şeirdi olar yəqin.Yox,
qardaşım, şeir zad deyil.Heç sevgi məktubu da deyil,
heç hekayə də deyil.Bəxtiyar müəllim ciblərini
axtarır və axtara-axtara yazının adını mənə
deyir: "NƏ XÖŞBƏXT İMİŞƏM BİR
ZAMAN, ALLAH!"
Yazı publisistik bir
yazı.Ağrılı İstanbul günlərində
yazılmış və inanın ki, məni heyrət
götürür.Yenə də deyirəm:bu
bir şeir deyil,bu bir povest deyil,poema deyil.Nə bilim daha nə
deyil.Bəxtiyar müəllim sözün əsil mənasında
uzun illərdən bəri cibində gəzdirdiyi, kəsik-kəsik
olmuş "525-ci qəzet"in vərəqlərini mənə
göstərir və mən deyirəm: bəlkə mən bu
yazının fotokopisini çıxarım sizə verim.
Yox, deyir,yox!Bu
ayrı bir şeydi, Tofiq müəllim!Bu ayrı bir daddı!
Həqiqətən
gözlərim yaşarır.Ona görə yox ki,Bəxtiyar müəllim mənim yazımı
bu uzun illər ilk sevgi məktubu kimi cibində gəzdirib. Yox. Yazı mənim
"QOBUSTAN"lı günlərim haqqındadır.
Gözlərim ona görə
yaşarır ki, artıq mən "QOBUSTAN" jurnalından
(dərgisindən,toplusundan yox, məhz
jurnalından) uzaqlaşdrılmışam(!!!!!!!). 8 ildən sonra yenidən işə
başladığım "QOBUSTAN" jurnalından
uzaqlaşdırılmışam. Bu mənim
alın yazım. Kimisəni suçlamaq əxlaqımdan
deyil.Amma bir çoxları bunu bilmir və yenə də mənə
zəng edib : "yazı gətirim deyirlər".Yox,
mən artıq orda yoxam.Mən bir zamanlar orda vardım və
1999-cu ildən bu günə qədər Bəxtiyar Əkbərov
kimi bir ziyalının cibində gəzdirdiyi bir yazını
yazını yazmışdım o günlər haqqqındag.
Kiçik sorğu :
-Yazı tərzinizə bələdəm
və mən də həqiqətən hüquqi
yazıları və cinayət üstündə qurulan bədii
əsərləri çox sevən birisiyəm.Əlinizdə
olan çox dəyərli hadisələr fonunda bədii əsər
yazmağa niyə cəhd eləməmisiniz.Bəlkə
yazmısınız, xəbərim yoxdur?
-Təbii ki, olub.Şeirlər
yazmışam bütün ədəbiyyata yaxın həvəskarlar
kimi. Həmin şeirlər əsasında
radioverilişlər olub. Böyük rus
yazıçısı və tarixçisi Karamzinin " Bədbəxt
Liza" əsərini 8-ci sinifdə oxuyarkən tərcümə
etmişdim,1958-ci ildə Azərbaycan Dövlət Unversitetinə
qəbul olunarkən respublika əlyazmalar fonduna təhvil
verdim.Ana haqqında, daha doğrusu Anam haqqında çox
gözəl düşünücələrim olub ki, bu fikirlər
dəfələrlə radioda səslənib və bir çox
qəzetlərdə çap olunub.Qardaşım Tofiqin anam
haqqında çox gözəl düşüncələri
vardı.Mənim anamla münasibətim və ona yazılar həsr
eləməyimin qəribə bir tarixi var.Mən anamı bir də
ona görə çox sevmişəm ki, sanki iki dəfə
doğulmuşam : birinci dəfə təbii, ikinci dəfə
isə sel məni aparırmış, anam özünü
selin ağzına atıb məni xilas edib. Və indi
görürsünüz ki, sizin qarşınızda oturub anam
haqqında o nəcib xatirəni
danışıram.Qardaşım Tofiqin Ana haqqında hekayəsini
Məhluqə xanım Sadıqova radioda səsləndirərdi
və hamının da xoşuna gələrdi.Bütün
bunlardan əlavə onu da qeyd edim ki,əvvəllər mənim
bir neçə şeirmə musiqi bəstələnib və
onlar bizim tanınmış müğənnilər tərəfindən
ifa olunub.
Bir az ədəbi müdaxilə eləyim:
ulu öndərimiz Heydər Əliyevin sözlərinə
qüvvət olaraq deyirəm ki, min dəfə,milyon dəfə
bu dünyaya gəlsəydim yenidən azərbaycanlı
olmaqdan üstün heç nə bilmirəm.Bundan
böyük xöşbəxtlik olmaz.Mən
xalqımızı,onun dilini,adətini,ən-ənəsini
varlığım kimi sevirəm,qürur duyuram.Hədsiz
sevinirm ki, dünyada heç bir xalqın, heç bir millətin
Üzeyir Hacıbəyov, Səməd Vurğun,Rəşid
Behbudov,Bülbül,Şövkət Ələkbərova,Zeynəb
Xanlarova,Əminə Dilbazi kimi ulu sənətkarları yoxdur.Mən
bu dahiləri yetirən bir millətin oğluyam.
-Yaxın bir dostunuzun
kitabını çap etdirdiniz və o zaman mən Sizin necə
narahat olduğunuzu görürdüm.İndiki məqamda bu
çox az görünən bir şey və
hətta maddi vəziyyətiniz də allıq-güllük
deyil, bunu da bilirəm.
-Siz çox gözəl bir məsələyə
toxundunuz, çünki bu işin içində olmusunuz.O kitab
sizin dediyiniz kimi mənim ən yaxın dostlarımdan biri
Firudin Rüstəmovun şeirlər kitabıdır.Firidun
müəllim mənim çox yaxın bir dostumdur və biz
bir neçə dostuq ki, artıq uzung. çox uzun illərdir
ki, bir-birimizi həmişə yada salır və tez tez də
görüşürük.Zahiddin müəllimlə birlikdə
oxumuşuq unversitetdə, Əliş müəllim
var,Zahiddinin iş yoldaşıdır və çox sevimili
bir insan və dostdur.Və sonra da dediyiniz Firidun müəllim
var ki, bizim dostluğumuz heç bir məcraya
sığmır.Və Firudun müəllimin şeirlər
kitabının çapına da kömək elədim, sizin də
əməyiniz oldu.Bizim dostluğumuz şişirtmə
olmasın, o qədər uzun və o qədər sədaqətli
ki,Firidun müəllim həmişə deyərdi: Bəxtiyar,
sənə ölüm gəlsə, mən özümü irəli
verərəm. Yaxşı işlər görmək
üçün kimsənin sənə diqtəsini və
sifarişini gözləmək lazım deyil.Sən
yaxşılığını elə, bir gün
qarşına çıxacaq. Bu çox məşhur
bir ata sözüdür: balığı at dəryaya,dərya bilmsə də xalıq biləcək.Bu
keyfiyyətlər mənə atamdan-anamdan, böyük
qardaşlarımdan keçmiş bir irsdir.Bir az irəli gedib,
bunu da deyim ki, mən bir çox məhkəmə işlərini
təmannasız aparıram.Bildiyiniz kimi indi mən müstəqil
vəkiləm.
-Öncə bir ziyalı olaraq,sonra da oxucu və qələm sahibi kimi
müstəqil ədəbiyyatımızın bugünkü
axarı Sizi nə qədər maraqlandırır?
-Əslində ədəbiyyatımız
hər zaman bugünkü günün həsrətiylə
yaşamışdır, yəni bu gün artıq biz müstəqli
bir dövlətik və başımızın üstündəki
qorxular və basqılar azalmış.Bu günləri gətirən
bir çox yazar və şairimiz Bəxtiyar Vahabzadə, Məmməd
Araz, Anar,Qabil və başqaları həmişə öz
yazdıqlarında belə bir azadlığın arzusunda
olduqlarını ifadə edirdilər.Bu yazarlar və Rəsul
Rza kimi nəhəng, sovet dövründə iç həqiqətləri
yazmaq və onları danışmaq kimi bir qüdrətə
malik idi.Onun gördüyü işlər təbii ki,
bügünkü ədəbiyyatamızın bünövrəsini
qoymuşdur.Sinəsini irəli verib novator sənətkar kimi
öz işini görürdü və bu gün əlində
qələm olan bir çox cəsarətli
yazarlarımızın həyatında Rəsul Rzanın
böyük xidmətləri olmuşdur.İndi müstəqil
bir ədəbiyyata sahibik, açıqlıq var, müstəqiillik
var, hərə öz istədiyini yazır və deyir. Bu
baxımdan gözəl,dərin fəlsəfi
fikirlərlə yazılan şeirlər topluluğu nəşr
etdirmiş Firidun Rüstəmlinin kitabı mənim son
günlərdə mütaliə etdiyim kitablardandır.Və
şairə Nurəngiz Günün şeirləri kitabı da
həmişə mütaliyə elədiyim kitablar
sırasındadır. Deyim ki,bəzən
xoşa gəlməyən məqamlar yaranır ki, bu da tədricən
ortadan qalxacaq.Yazarları üz-üzə qoymaq, irsi danmaq kimi
məqamlar da var indi.Bu xoşagəlməz bir haldır mənim
düşüncəmə görə.Daha qorxulu odur ki,
internet dünyasının Azərbaycana girməyilə
saxtalıqlar daha da çoxalmış və internet
saytlarında olmazın oyunlar çıxır: birisinin
başını o birisinin çiyninə qoyurlar.Müxtəlif
həngamələr eləyirlər ki, bunun qarşısı
alınmasa çox çətin olacaq.Vicdanlı və təmiz
ziyalılarımız ləkələnir.
Abdin Tofiq
Ədalət.-
2011.- 17 dekabr.- S.15.