Aslan Kəmərli

 

Emalatxanamda ( evimizdə öz zövqümlə tikib hazırladığım ayrıca otaq ) ürək yanğılarımla , sevə - sevə işlədiyim portretlərlə üz - üzə oturmuşam. Hər baxışda bir məna , hər mənanın dinmək arzusuyla alışıb yanan sükutu. Nəhayət ki , dinşəyib eşidirəm sükutun pışıltılarıni , səssiz hənirtiləri, sakitliyə bürünmüş sözlərigBirdən diksindim. Dip - diri səs məni sanki yuxudan oyatdı." Əcəl aldı , yer gizlədi , fani dünya kimə qaldı? Gəlimli , gedimli dünya !Yerli dağların yıxılsın ! Kölgəmizə qaba ağacın kəsilməsin ! Ağ saqqallı baban yeri uçmağ olsun ! Ağ birçəkli Anan yeri behişt olsun!..." Dədəm Qorqudun səsiydi bug Çox qəribədir, sükutun bu qədər səsli , küylü olmağına inanmaq istədim. Bu portretlərin arasında Dədə Qorqudun rəsmi yoxdur. Dədə Qorqud kəlmələrini dədəm özümü,yoxsa Akifmi pıçıldadı?Yox, bu Asan kəmərlinin səsi idi deyəsən   

   Bu da Akif Səmədin portreti . Üzündən üzü aşağı axan işıqla hara axıb gedir Akif Səmədin sükutu? Stolumun üstündə yarı açıq kitabı nəsə pışıldayır deyəsən:

      

  

   Dağlar çağırırdı, Aslan Kəmərli ,  

   Cüyür məliyirdi , ahı dağlara.  

   O qara sazlarda gül qoşmaların  

   İndi küskün - küskün baxır dağlara.  

  

  

   Yarı açıq kitaba qulaq asıram:    

  

  

   Çaya bayatının yaşı qarışıb,  

   Aşığa dönübdür tut ağacları.  

   Kənddə adamların başı qarışıb,  

   Ötüb addayıbdı ot ağacları.

  

  

   Bəli, gözləri yol çəkən Aslan Kəmərli sakitcə qulaq asır. Üzü aşağı işıq selində axıb gedən Akifin sükutu, yarı açıq kitabı yenə pıçıldayır:    

  

  

   Sözümə kölgəlik yarpaq tapmasam,

    Alışım torpaqda nəmi qınayım.  

   Gözümə səpməyə torpaq tapmasam,  

   Səni qınamayım, kimi qınayımg

      

  

   Yarı açıq kitabı açdım. Bu şeir, bu pıçıltı Akif Səmədin Aslan kəmərliyə xitabən ünvanladığı şeir idi. Uzun şeir idi.Qulağıma gələn pışıltıda bir iki misranı eşidə bildimg  

   Akif Səməd mənə işıq ucu verdi. Neçə vaxtdır Aslan kəmərlinin sevə - sevə işlədiyim portreti ilə oturub söhbət etmək istiyirdim, alınmırdı . Nə yazacağımı, necə yazacağımı çox götür-qoy eyləyib işıq ucu axtarirdim. Onu görməmişdim. Daha doğrusu uzaqdan - uzağa görmüşdüm. Onda da tay - tuş olmadığımıza görə , həm də ( nədənsə həsəd apardığım adamlar mənim üçün əlçatmaz olublar ) elə bilirdim ki , ona əlim çatmaz , ünüm yetməz.  

   Birdə ki, mənim , yaradıcılığımın və ömrümün ən gənc , çılğın dövrünün yeddi ili Orta asiyada , Özbəkistanın Namanqan, Andican , Samarqand, və digər şəhərlərində keçib getmişdi. Qayıdışımın ilk illərində isə o müdhiş xəbəri eşidib , "Aslan Kəmərli ilə şəxsi tanışlığımda getdi" deyib , hələ də o nisgili ürəyimdən silə bilmirəm. Elə o vaxtdan itgi ağrısını duydum. Səhv etmirəmsə İspan şairi Porkiyanın sözüdür : " Yalnız yara öz təbii səsiylə qışqırır ". Mən Aslan Kəmərlinin portrerini boyalarla , birdə ona olan sevgilərimin gözü və əliylə işləmişdim. İndi isə onun haqda nə yazacamı anşırıb ,Dədə Qorqudun , Akif Səmədin qulağıma gələn səslərinə pıçıltılarına qulaq asıb nə eşidirəmsə, onu da yazıram": Anam adın sorar olsan- Qaba ağac, atam adın sorar olsan - Qofan Aslan ."-deyib pıçıldayır Qorqud Dədəmiz  

   Sonra təzəcə çapdan çıxmış 3- cildlik əsərlərini varaqladım Aslan Kəmərlinin. Bilirdim , çox eşitmişdim Aslan Kəmərli haqda . Torpağa , elə, obaya necə bağlı olmağı , vətən uğrunda pərvanə kimi necə özünü odlara saldığını , hər an şəhid olmağa hazır olmağını , təbiətə necə vurğun olmağınıghamısını eşitmişdim. Bilirdim, şeirlərini aşıqlar oxuyanda quşların qanad saxlayıb dinlədiyini də bilirdimgKitabın 3-cü cildini varaqlayıram. Əsasən Aslan haqqında yazılmış xatirələr və ona həsr olunmuş şeirlər yer alıb bu kitabda.  

   Nəriman Həsənzadə, Teymur Bünyadov ,Barat Vüsal, Teyfur Qələbi , Ələddin İncəli , Davud nəsib , Söhrab Tahir, Rəfail İncəyurdgsiyahı çoxdur, varaqlayıb oxuyuram, oxuyub varaqlayıram. Ürək yanğıları ilə yazılmış xatirələr, sevgilər, ağılar , laylalarg Akif Səmədin yazısının üstündə dayandım :    

   "Aslan, sonuncu kitabının adını " Ölümdən o yana "qoydun. Ölümdən o yana nələr baş verdiyindən söhbət açmağa çalışdın. Kitabda ölüm haqqında neçə- neçə misran var. Kitabında olanları dönə - dönə oxudum. Ancaq bu " ölümlü misra "larına söykənib , "ölümün ürəyinə dammışdı" deyəmmirəm, qardaş 

   Aslan , mən çoxlarından fərqli olaraq ölümünə "yol - nəqliyyat qəzası" da deyə bilmirəm. Sözdən söz çıxaran şəkkaklar sözümü başqa yerə , daha doğrusu, qəsdə yozub imanlarını yandırmasınlar. Demək istiyirəm ki, qəza isti yorğan - döşəkdən durub, qara maşınlarda meşin qapılı , rəngbərəng telefonlu, nazlı katibəli kabinetlərə şütüyəndə baş verər. Qardaş, sən dörd ildi ölümə doğru yürüyürdün.  

   Qardaş,poeziyamızın diri şəhidi ( əslində, şəhidlər ölmürlər, haqqa qovuşurlar) Məmməd Araza həsr etdiyin şeirdə bir misra var: "Mən şairəm, haqdan mənə izin var" .Sən haqqın iziniylə də şəhid oldungBir daha fikirləşək və sırğa edib qulaqlarımızdan asaq: Səninki, adicə yol - nəqliyyat qəzası deyil ,Şəhidlik idi, Şəhidlik. Sənin ölümünə " qəza" yaraşmır. Qoy Sevincin, Toğrulun, Turalın da bilsinlər ki, onlar torpaq, bayraq uğrunda şəhid olmuş bir igid şairin övladlarıdı. Bilsinlər ki, Şəhidlər xiyabanında Ülvi Bünyadzadənin, Alı Mustafayevin, yanında sənin də yerin var. Sən Xudu Məmmədov kimi, Fərman Kərimzadə kimi, Hamlet Xanızada kimi şəhidsəng"

   

  

    "Yeni fakir"qəzeti,  

   17 dekabr 1992.  

  

  

   "Alhüseyn Cavadoğlu, Nazim Əsədoğlu, Ağamalı bəy də yazırdı: (yazır. Sözü ona yaraşmır, haqq aşıqları deyir )- gedən bizdən gedir, lələ. Qoy gələn, dərd - bəla da bizə gəlsin. - Torpağa gəlsingTorpaq nədi ki, "Əyil səndən keçim, dünya"kitabının naşiri, Nayma Qaramanlı? Torpaq babalarımızın sümüyüdü, şəhidlərin qanıdı - Məni sadist saymayın .Bilirsiniz ürəyim bənövşə yarpağıdır. Aşıq Cəlalın, Aşıq Avdının məzarıdır. Tut ağacı torpaqda bitəndə bitir saz olur. Demək, Torpaq Qazaxdı. Güneyli - Quzeyli Azərbaycandı. Türküstanlı, Türkiyəli, Tragiyalı, Qaqauzlu, Saxalı, Altaylı, Sibiryalı, Turandır. Torpaq Dünyadır, Sevgidir, İlahi eşqimdir, Çilənayımdı, Atilayımdı, Gülənayımdı, Ulaçayımdı. Torpaq dostumdu - Mehdimdi, Nəvaimdi, Falahımdı, Mirbəşirimdi, torpaq şeirimdi, şairimdi, sənətimdi, Sibirdə ölənimdi, İncədə gülənimdi.

   Qoy torpağıma gələn mənə gəlsin.M. İlqar demişkən, Bir gəlmişdi, yenə gəlsin.Qoy gəlsin, davam etsin. " Yarı yolda qalmasın bu yol "  

   

  

   Xüsusi olaraq  

   " Dəli kür "qəzeti üçün  

   Bilgəh, oktyabr 1996.  

  

  

   Gözləri yol çəkən Aslan Kəmərliyə baxıram. Mən sənin üçün nə etdim? Vətən üçün nə etdim qardaş? Sənə bir misra şeir də yazmamışam. Bu portretdə üzə tutacağdı deyəsən. Portretinə baxıb düşünürəm. Düşüncükcə Fransız yazıçısı Molyerin bu sözləri yadıma düşür":Yalnız ölüm insanın ömrünü taleyə çevirə bilər. " Elədir ki var. Ölüm əslində o qədər də ( insanın özü qədər ) zalım və ədalətsiz deyil. Ölüm hamımızın taleyimizdir. İmam əleyhisalam Əli deyib ki, " Mən elə doğulduğum gün öldüm ". Bilmirəm, ustad, sənin haqqında yazdığım bu yazını mənə sənin portretinin haləsindəcə dolanan sükutun səsi pıçıldadı, yoxsa ruhların pıçıltılarıydı bu yazdıqlarım. Və sonda yaradıcılığı önündə səcdə edib diz çökdüyüm böyük Salvador Dalinin bir kəlamıyla bitirirəmək istəyirəm öz fikirlərimi: " Yaratmaq - ölümü öldürmək deməkdir."

  

   Möhtərəm oxucular, bu Aslan Kəmərlinin mənzərəsi idi. Aslan Kəmərli isəg

  

   Aslam Mustafa oğlu Mustafazadə 1942 - ci ildə Qazax Mahalının Kəmərli kəndində anadan olub. Qorki adına Ədəbiyyat inistutunun poeziya fakultəsini bitirib. 1971- ci ildən SSRİ yazıçılar ittifaqının üzvü olub, 1988- ci ildən 1993- cü ilə qədər ictimai, siyasi işlərdə də fəal olub. Qazax Xeyriyyə Cəmiyyətinin sədri olmuşdur. " Kəndimizin baharı, ( 1976 ), " Obamıza yolum düşüb " ( 1979 ), "Yadigar şəkil " (1981 ), "Ömrümə düşən işıq "( 1984 ),"Yolumu gözləyən var " ( 1986 ), " Babamın 100 yaşı var "( 1990 ), " Ölümdən o yana " (1992 ). Kitablarının müəllifidir. 1992 - ci il oktyabır ayının 18-də sərhəd bölgələrindən qayədarkən avtomobil qəzasında dünyasını dəyişmişdir. Beləliklə böyük ustad Salvador Dalinin fikrinə rəğmən demək olar ki, yaratmaq əbədi yaşamaq deməkdir. Bu əbədi yaşarlardan biri də Aslan kəmərlidir. Və nəhayət Aslan kəmərlinin sizə təqdim edəcəyi bu şeirlərlə vidalaşıram sizlərlə, əziz oxucular :

  

  

  

   QUMUNDA GÜL BİTƏR  

  

  

   Nə deyim Vətənin böyüklüyündən ?  

   Torpaq kiçildikcə kiçilirik biz.

      Bəkə də,  

    bəlkə də elə ilk gündən

   Vətənin boynuna biçilirik biz.  

   Vətən biz boydadı,  

    biz Vətən boyda,  

   Yıxılsaq,  

    Sürünsək kiçilər Vətən.  

   Bir ağac qurusa,  

   Bir gül qurusa  

   Elə o gül boyda,  

    o ağac boyda  

   Özü öz içinə çəkilər Vətən.  

  

  

   Bəxtimizə düşən qismətdi Vətən,  

   Bizim qismətimiz günəş kimidi.  

   Qeyrətdi, namusdu, ismətdi Vətən,  

   Vətən məhəbbətin elə ilkidi.

      

  

   Sıldırım qayadı zirvədə bitən,  

   Bu köklü qayanın başında çiçək.

   Oğlundan - qızından yarısa Vətən,  

   Qumunda gül bitər,  

    daşında çiçək.

  

  

  

   YURD YERİNDƏ    

   YAZILMIŞ ŞEİR  

  

  

    Daha mənə bel bağlama,  

   Bağlama, anam, bağlama.  

   Göz yaşını sil, ağlama  

   Ağlama, anam, ağlama.  

  

  

   Bu dünyaya baxım, gedim,  

   Xan Arazdan axım, gedim,  

   Gedəsiyəm, çıxım gedim  

   Saxlama, anam, saxlama.  

  

  

   Bu yol geri dönən deyil,  

   Qismət göydən enən deyil,  

   Sönən çıraq yanan deyil,  

   Yağlama, anam, yağlama.  

  

  

   Başıma açsa da oyun,  

   Bu dünyadan necə doyum?!  

   Bu torpağı yarım qoyum  

   Bağrıma, anam, bağrıma.

 

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.- 2011.- 17 dekabr.- S.18.