GÖZ OXŞAYAN UĞURLAR

Horadiz bu gün

 

Səhərin açılması həmişə xoş ovqat yaradır. Elə görünür bu səbəbdəndir ki, atalar "axşamın xeyrindən səhərin şəri yaxşıdır" deyib. Bütün səhərlərimiz elə bütün mənalarda xoş ovqatların, xoş həyatın üzünə açılıb. Təbii ki, açılan səhərin öz problemləri var biz bu problemləri çözməli, onun yükünü daşımalıyıq.  

   Təəssüf ki, Azərbaycanın böyük sənətkarı, unudulmaz Qədir Rüstəmovun cismani yoxluğu həmin səhər məndə kədərli notlar yaratsa da, amma bütün hallarda Qədirin ölməzliyi, yəni onun səsinin, ruhunun əbədi yaşarlığı bu səhəri həm bir az duyğular üzərində kökləmişdi. mən bu duyğular üzərində üzü Qarabağa, əsirlikdə olan dağlarımıza tərəf yola çıxmışdım. Etiraf edim ki, bu payız səhərinin dumanı, bir az da çiskini mənim əhvalıma acı soğan da doğradı. Çünki adətən belə havada yolda adamın gərginliyi bir az da artır. Həm sükan arxasında oturmaq, həm təbiətin bu payız səhərinin ovqatını yaşamaq o qədər adamın ürəyincə olmur. Amma buna baxmayaraq, mən bu səfərin məramını da, əhəmiyyətini yaxşı bildiyimdən yolun gərginliyini özümdən sovuşdura bilirdim.  

   Hacıqabulun Sabirabad istiqamətinə üz tutanda qarşıdan gələn maşınlar müxtəlif işarələrlə yolun bağlı olduğunu bizə anlatdı. biz məcbur olub Şirvan şəhərinin içərisindən keçməyə qərar verdik. Sən demə bu yolun da sonu, yəni Kürün üzərindəki körpü təmirlə əlaqədar olaraq bağlı imiş. Məcbur olub Kürdəmir-İmişli-Bəhrəmtəpə-Füzuli yoluna üz tutduq. Uzaq olmasına baxmayaraq, nisbətən rahat olan bu yolla nəhayət ki, Daşburun qəsəbəsinə gəlib çatdıq. Qəsəbədən üzü Əhmədbəyli istiqamətinə gedən yolla hərəkət edərkən hardansa qulağıma Vahid Əlifoğlunun səsi gəldi. Elə bildim ki, yenə həmişəki ünvanda, həmişəki yerdə oturub məni gözləyir. Barmağının arasındakı siqareti tüstülənə-tüstülənən yola boylanır, gecikdiyimə dilxor olurg  

   Füzuli rayonunun sərhəddini keçirik. Qarşıdakı yol ayrıcında, Qayıdış qəsəbələrinə dönən yolun üstündə bir çayxana var - Rəftarın çayxanası. Vahid həmişə bu çayxananın qarşısında stul qoyub oturar, gah üzü İrana, gah da Ərgünəşə tərəf baxardı. hər dəfə bu uzaqdan seyretməni özünəməxsus şəkildə yazılarına gətirərdi. İndi Vahid Əlifoğlu haqq dünyasında olsa da, onun yazıları, onun xatirələri, onun varlığı mənimlə həmin o anları təkrar yaşayır. Özümdən asılı olmadan qeyri-ixtiyari sakitcə ətrafı seyr edən millət vəkili Aqil Abbasa üz tuturam:  

   - Aqil müəllim, Vahid Əlifoğlu bax, orada əyləşib gözləyərdi həmişə məni.  

   Aqil Abbas:  

   - Allah rəhmət eləsin. Gözəl qələmi var idi. , yadıma düşmüşkən, Vahidin çap olunmamış yazı-pozularını yığ topla onu bir kitab eləyək, ruhunu sevindirək. Bir az da borcumuzdan çıxaq...  

   Hər ikimiz susuruq hər ikimiz mənə elə gəlir ki, həmin an Vahidi düşünürük. Bu da Əhmədbəyli kəndi. Doğrusu, gözlərimə inanmıram. Bu dördyol ayrıcında əməlli-başlı yenidənqurma işləri aparılıb, abadlıq dərhal diqqəti çəkir. Hiss olunur ki, bu ərazidə yaşayan işləyən insanlar özlərinə, işlərinə qarşı bir az da tələbkar olublar. Təbii ki, gözəllik həmişə könül oxşayır. Digər tərəfdən görülən insana ləzzət verir. Çünki o həm zərurətdən görülür, həm bir quruculuq, bir abadlıq həvəsilə icra edilir. Son nəticədə isə ümumi görkəm, mənzərə dəyişir bu da hamıya öz xoş təsirini göstərir.

      Biz Əhmədbəyli kəndinin həm Kürdmahmudlu kəndi istiqamətinə olan yol ilə Füzuliyə tərəf 5-6 km yol gedirik. Məqsədimiz bu ətrafda da görülən işləri gözdən keçirmək, tanış olmaqdır. Təbii ki, bu yolun üstündə həmin o yenidənqurma özünü biruzə verir. Asfaltın durumu, səkilərin vəziyyəti, yol boyunca olan tikililərin müasirliyi ürəkaçandır. Sonra Əhmədbəyli kəndindən Horadizə tərəf hərəkətə başlayırıq. Bu yolun üstündəki tikililərdə bir müasirlik dərhal hiss olunur. Hətta bu yolun sağında solunda şəhid məzarlarına olan münasibət diqqət ilk baxışdan adamı özünə çəkir. Qara mərmərlər öz əzəmətiylə şəhidləri bir az da ucaldır, onlara ehtiramı bir az da artırır.  

   Horadizə gedən yolun hər iki tərəfində ağaclar budanmış, yeni yaşıllıqlar salınmışdı. Hətta Böyük Bəhmənli kəndi ilə üzbəüz tikilmiş müasir xəstəxana binası da təkcə yol üstündə, necə deyərlər, baş yola yaxın olduğundan həm müraciət edənlər üçün, həm bu coğrafiyanın ümumi mənzərəsi üçün çox əlverişli həm gözoxşayandır. Ümumiyyətlə, bu səfər zamanı gördüklərimiz bizə xeyli əvvəl burada olarkən müşahidə etdiklərimizin sırasının necə genişləndiyini dərhal hiss etdirirdi.  

   Biz Horadiz şəhərinə çatmamış yolun kənarında möhtəşəm bir "Ailəvi İstirahət Mərkəzi" Kompleksinin önündə bir anlıq dayandıq. Millət vəkili Aqil Abbas müasir memarlıq üslubunda tikilmiş, həqiqətən müştərini özünə çəkməyi bacaran bu kompleksi gözdən keçirərək qeyri-ixtiyari dedi:  

   - İnşallah, torpaqlarımız işğaldan azad olunar bu kompleksdə dincələnənlərin sayı-hesabı o qədər artar ki, sahibi buranı beş bu qədər genişləndirər.

      Sonra üzünü mənə tutub:

      - Görürsən, gözəl tikirlər, Allah sahibinə xeyrini versin - dedi.    

   Bu da Horadiz şəhəri. Biz əvvəldən də bələd olduğumuz şəhərin küçələrini gözdən keçirə-keçirə çox asta sürətlə hərəkət edirik. Özü də şəhərdə olduğumuzudostlara, nə də rayon rəhbərinə bildirmədən. Məqsədimiz də hər şeyi öz gözlərimizlə görmək, yenilikləri də özümüzün dərhal müəyyənləşdirmək istəyidir. Elə belə də edirik. Bu da çayxana. Düz dəmiryol vağzalının qarşısındakı istirahət mərkəzinin bir ortağı. Əyləşmişik. Bizə çay gətirirlər. Təbii ki, ölkə əhalisinin çox böyük hissəsinin yaxşı tanıdığı Aqil Abbası burda kiməsə təqdim etməyə ehtiyac yoxdur. Adamlar özləri yaxınlaşıb ona "xoş gəlmisiniz" deyir. O da hər kəslə səmimi görüşüb hal-xoş edir. Mən də bunu təkcə Aqil Abbasın Füzuli-Ağcabədi rayonundan millət vəkili olması ilə əlaqələndirmirəm. Bu həm də qarabağlıların Aqil Abbasa özəl sevigisidir. Çayxanada rayonunun ümumi durumundan, aparılan quruculuq işlərindən, bir sözlə, rayonunun ovqatından xəbər tuturuq. Dostlar üçün darıxıram. Dilavərə zəng vururamonunla telefonda hal-xoş etdiyimiz məqamda millət vəkilinin də telefonuna zəng gəlir. Camaatla sağollaşıb biz rayon icra hakimiyyətinin binasına yollanırıq.    

   Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin millət vəkili ilə söhbətindən öyrənirəm ki, son aylarda rayonda xeyli görülüb. Üstəlik iki möhtəşəm layihə də artıq təsdiq edilib və yaxın günlərdə Füzulidə çox böyük istehsal gücü olan "Qarabağ" boryler fabrikimebel fabriki üçün işlərin görülməsinə başlanacaq. Təbii ki, bu da həm rayonun iqtisadi gücünün, həm də işsizliyin aradan qaldırılmasında öz sözünü deyəcək. Axı respublikanın müxtəlif bölgələrinə səpələnmiş Füzuli qaçqınları doğma torpaqlarda salınan qəsəbələrə döndükcə işsizlik problemi ilə qarşılaşırlar. Bu da müəyyən gərginliklər yaradır. Bu cür möhtəşəm layihələrin həyata keçirilməsi təbii ki, çox zəruridir.  

   Həmin günün səhəri Füzulidə daha bir əlamətdar tədbirin şahidi oldum. Rayonun Əhmədalılar kəndində evlərə verilən mavi qazın ilk məşəli yandırıldı. Bu mərasimdə Milli Məclisin sədr müavini Bahar Muradova da iştirak edirdi. İctimaiyyət qarşısında çıxış edən Bahar xanım respublikamızda, o cümlədən Füzulidə görülən işlərdən danışdı. Ölkə prezidenti cənab İlham Əliyevin xalqımıza, o cümlədən qaçqın rayonların, eləcə də Füzuli sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi üçün apardığı ardıcıl və uğurlu siyasətdən söz açdı.  

   Həmin gün düşmənlə üz-üzə yaşayan Füzulidə xoş anların şahidi oldum və inandım ki, bünövrəsi uğurlu qoyulmuşbu bünövrə üzərində də uğurla davam etdirilən quruculuq işləri Füzulidə bu günöz bəhrəsini verir. Aparılan islahatlar köhnəni vurub dağıtmağa yox, onu daha da inkişaf etdirməyə yönəlibdir. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatında öz yeri olan Füzuli üçün həm təbii haldır, həm də uğurlu göstəricidir.  

   Son olaraq, bu gün Füzulidə aparılan işlərə rəhbərlik dövlət icra strukturlarının əlaqəli fəaliyyəti, eləcə də rəhbər-vətəndaş anlaşmaları daha böyük uğurlara yol açır. Bu uğurlar isə hamımız üçündür.  

   Qarşıda bizi Ağcabədi gözləyir.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2011.- 20 dekabr.- S.7.