XALQIN
SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN
DÖVLƏT QAYĞISI
(mövzu
əsasında III yazı)
(əvvəli ötən
sayımızda)
2011-ci ilin 10 ayı ərzində rayon üzrə stasionara 2231 nəfər xəstə daxil olmuş, 2207 nəfər müalicə olunub evə yazılmış və xəstəxanadan evə yazılan xəstələr 27271 çarpayı günü keçirmişlər. 1 çarpayı orta hesabla 138,4 gün işləmiş, xəstənin çarpayıda orta yatma müddəti 12,3 gün, çarpayı dövriyyəsi 11,3 olmuşdur.
2011-ci ilin 10 ayı ərzində xəstəxanada 1146 doğuş olmuşdur. Rayon əhalisinin hər 1000 nəfərindən 320,3 nəfəri, o cümlədən 0-13 yaşa qədər uşaqlardan 245,2 nəfəri dispanser nəzarətindədir.
Rayonun səhiyyə sistemində 139 həkim ştat vahidi vardır. Həkimlərin 13 nəfəri terapevt, 16 nəfəri pediatr, 14 nəfəri stomotoloq, 7 nəfəri mama-ginekoloq və s. ixtisas həkimləridir. Rayon səhiyyəsində 79 həkim, 316 nəfər orta tibb işçisi, 380 nəfər kiçik və sair işçi çalışır. 10 ay ərzində 4 nəfər həkim və 23 nəfər orta tibb işçisi ixtisasartırma və təkmilləşdirmə kurslarından keçmişdir.
Baş həkimin nikbinliyinə əsas çoxdur
Uşaqlara göstərilən müalicə profilaktika xidmətinin keyfiyyətini yaxşılaşdırmaq üçün pediatr və mama-ginekoloq həkimlərindən ibarət briqadalar təşkil edilmiş, onların qrafik üzrə kəndlərə gedişi təmin edilmişdir.
Rayonda yoluxucu xəstəliklərə qarşı mübarizə işi gücləndirilmiş, yerlərdə aparılan profilaktik tədbirlərin nəticəsində bəzi təhlükəli yoluxucu xəstəliklər: polimelit, göyöskürək, skarlatina, qarın yatalağı qeydə alınmamışdır.
Malyariya xəstəliyinə qarşı mübarizə tədbirləri tibbi şurada geniş müzakirə olunmuş və mövsüm ərzində həftənin bütün günlərində kəndlərdə olmaqla geniş iş aparılmışdır.
Həyətyanı gəzintilər, qan alınması, termometrizasiya, kimyəvi profilaktikanın tətbiqi, ocaqlarda dezinseksiya, dezinfeksiya işlərinin aparılması geniş sahədə həyata keçirilmişdir. 2011-ci ilin 10 ayı ərzində malyariya xəstəliyi aşkar edilməmişdir.
Güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olan şəxslərə: Böyük Vətən Müharibəsi Əlillərinə, şəhid ailələrinə, tək-kimsəsizlərə, şəkərli diabet, nevroloji və s. imtiyazlı xəstələr üçün pulsuz dərmanlar verilmişdir.
RMX-nın ərazisində bir sıra abadlıq işləri görülmüş, cari təmir işləri aparılmışdır. Elektrik sistemində əsaslı təmir işləri aparılmış, 2 korpus müasir istilik sistemi ilə təchiz edilmişdir.
2011-ci ilin 10 ayı ərzində bərk və yumşaq inventarlar alınaraq Rayon Mərkəzi Xəstəxanasına gətirilmişdir.
18 avqust 2011-ci il tarixində Regional Mingəçevir Qan Bankı ilə birlikdə qan vermə aksiyası təşkil edilmişdir.
Bu zaman 59 nəfərdən qan alınmış və yoxlanıb qan bankına təhvil verilmişdir. Həm də rayon əhalisinin elektron sağlamlıq kartı ilə təmin olunması işi də aparılmış və 3000 nəfərə yaxın əhaliyə sağlamlıq kartı verilmişdir.
Möhtərəm Prezident Cənab İlham Əliyevin köməyi və dəstəyi nəticəsində və H.Əliyev Fondunun təşəbbüsü ilə uşaq xəstəxanası və poliklinika binası müasir şəkildə əsaslı təmir edilmiş və son model tibbi avadanlıqlarla təchiz edilmişdir.
Təcili yardım stansiyası "Toyota" markalı təcili yardım maşını ilə təmin edilmişdir. Uşaq Xəstəxanasında reanimasiya və cərrahiyyə şöbəsi müasir tibbi avadanlıqlarla təmin edilmişdir.
Uşaq poliklinikasına "USM" apparatı
və laborator avadanlıqları verilmişdir.
Ucar RMX-nın poliklinika
şöbəsi rentgen,
masaj, "USM", "EKQ", fizioterapiya, stomotoloji, laboratoriya kabinetləri yeni avadanlıqlarla təchiz edilmişdir.
Hal-hazırda
2 əsas binanın və 4 yardımçı
binanın tikintisi davam edir. Təcili yardım stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinin
binasında son tamamlanma
işləri aparılır.
RMX-nın
4 bloklu əsas korpusunda elektrik və santexnik işləri gedir.
Yaxın vaxtlarda rayon əhalisinə
müasir xəstəxana
kompleksi xidmət göstərəcək.
Qürur onları ruhlandırır
Rayon sakinləri
və eləcə də səhiyyə işçiləri üçün
ilin əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin oktyabrın 30-da rayona tarixi səfəri olmuşdur.
Həmin gün Prezident
rayonun səhiyyə işçiləri ilə
də görüşmüş,
uşaq xəstəxanasının
açılışında iştirak etmiş, əhaliyə göstərilən
tibbi xidmətlə maraqlanmışdır.
Bütün ucarlılar Prezidentin
bu tarixi səfərini və görüşlərini iftixarla
xatırlayırlar. Rayonun səhiyyə
işçiləri də
Prezidentin göstərdiyi
qayğı və diqqətdən ruhlanaraq daha yaxşı işləməyə, əhalinin
sağlamlığı keşiyində
peşəkarlıq nümunəsi
göstərməyə çalışırlar.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-
2011.- 23 dekabr.- S.7.