GÖRKƏMLİ
PUBLİSİST, XEYİRXAH ALİMİN ANIM
MƏRASİMİ
Ölkəmizdə elm və təhsilin inkişafında daima fərqlənən, özünəməxsus yeri və rolu olan, xalq arasında "elm məbədi" sayılan Bakı Dövlət Universiteti həmişə olduğu kimi bu günlərdə də qonaq-qaralı idi. Ölkə başçısının elm və təhsilin inkişafına xidmət edən sərancamlarına, fərmanlarına daima diqqət və qayğı ilə yanaşan BDU-nun professor-müəllim heyəti, xüsusən də rəhbərliyi bu dəfədə öz amalına sadiq qaldı.
"İctimai-siyasi xadim, görkəmli alim, istedadlı publisist, jurnalist, Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2011-ci il tarixli sərəncamı ilə bağlı universitetdə bir canlanma var idi. Hörmətli millət vəkli, akademik, universetin rektoru Abel Məhərrəmovun rəhbərliyi və dəstəyi ilə kecirilən bu tədbir bir daha sübut etdi ki, qocaman təhsil ocağı, onun rəhbəri böyük elm xadimlərinə, onların əməyinə, xatirəsinə qarşı həmişə böyük ehtiramla yanaşıb. Abel müəllimin elmi və ictimai-siyasi fəaliyyəti nəticəsində universitetdə elmin, ali təhsilin inkişafı naminə həyata keçirdiyi ardıcıl tədbirlər, yubleylər bir daha bu nüfuzlu elm məbədinin fəallığını göstərir. Abel Məhərrəmovun vətəndaşlıq və intelekt istedadının bütün gücü ilə özünü göstərməsinin bu yubileydə bir daha şahidi oldum. Keçən həftə BDU-da kecirilən respublika və universitet səvviyəli bu tədbir bir daha bunun bariz nümunəsi oldu.
Tanınmış ictimai-siyasi xadim və publisist, əməkdar jurnalist Nəsir Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir BDU-nin Böyük Akt zalında keçirildi. Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, görkəmli jurnalistlər, tələbələr iştirak etmişlər. Çox yüksək səviyyədə hazırlanan tədbiri giriş sözü ilə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov acdı:
Azərbaycanın ictimai-mədəni mühitində çox böyük yaradıcılıq izi qoyub getmiş professor Nəsir İmanquliyevin həyat yolu haqqında düşünəndə bu nadir şəxsiyyətin öz xalqına, millətinə göstərdiyi iki mühüm xidməti yada düşür. Bunlardan birincisi, onun klassik ənənələrimizə söykənən maarifçilik fəaliyyəti - çoxşaxəli Azərbaycan jurnalistikasında yaratdığı yeni məktəb, digəri isə bu məktəbin davamçılarını yetişdirməsidir. Çox müxtəlif və çox məsuliyyətli vəzifələrdə çalışan Nəsir müəllim ömrünün son anınadək yaradıcılarından biri olduğu jurnalistika məktəbini və bir də bu məktəbin universitet müəllimliyini heç nəyə dəyişmədi.
Ömrünü universitetin, milli mətbuatımızın inkişafına, jurnalist kadrların hazırlanmasına həsr etmiş Nəsir İmanquliyevin uşaqlıq, gənclik illəri inqilablardan, repressiya və müharibələrdən keçib. Lakin harda çalışmasından asılı olmayaraq, bütün anlarda milli dəyərlərimizin inkişafına, elmə, maarifə xidmət etmişdir. Nəsir müəllim mətbuata da özünün milli vətənpərvərlik hisslərindən, ədəbi-mədəni dəyərlərə olan sevgisindən gəlmişdi. Tale onu "Gənc işçi", "Kommunist", "Yeni yol" kimi qəzetlərin redaksiyalarında püxtələşdirmişdi. Bu qəzetlərdə məsul vəzifələr tutan Nəsir müəllim publisistik və ədəbi yazıları ilə yeni dövr jurnalistikasına Həsən bəy Zərdabi ənənələrini gətirmişdi. Müharibənin odundan-alovundan keçən bu böyük qələm sahibi 1942-ci ildə Krım cəbhəsində təkcə süngüsü ilə deyil, həm də qələmi ilə döyüşmüşdü.
"Döyüşən Krım" qəzetində məsul katib, hərbi hissədə tərcüməçi və siyasi işlər üzrə müavin kimi xidmət edən Nəsir müəllim həm də döyüşən yazıları ilə əsgərlərin vətənpərvərlik ruhunu formalaşdırmışdı. Sonra onun arxa cəbhəyə - Bakıya, köhnə iş yerinə, "Kommunist" qəzetinə göndərilməsi daha çox qələmi ilə döyüşə biləcək, insana dərin inamdan irəli gəlirdi.
Nəsir müəllim ordudan tərxis olunduqdan sonra "Kommunist" qəzetində məsul katib və baş redaktorun müavini kimi fəaliyyət göstərdi. O, bu qəzetdə "Döyüşən səhifələr" guşəsi yaratmaqla, cavanlara vətənə məhəbbət hissi aşılayırdı. Qəzetdə şəxsən onun təşəbbüsü ilə yaranan ədəbiyyat dərnəyi isə bütöv bir şair, yazıçı nəslinin, xüsusən də cəbhə yazarlarının yetişməsinə, püxtələşməsinə təkan verirdi. 1946-cı ildə o zaman çox-çox qələm sahibinə nəsib olmayan Moskva Mərkəzi Qəzet Kursunu bitirən Nəsir müəllim bir ildən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində pedaqoji fəaliyyətə başladı. Bu, o dövr idi ki, filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi yaradılırdı. Elə o ildən universitet auditoriyalarına qədəm qoyan böyük publisist və jurnalist Nəsir İmanquliyevin adı həm də universitetin bugünkü jurnalistika fakültəsi qurucularının cərgəsinə yazıldı.
Nəsir müəllimin universitet ömrünün böyük bir kəsimini müşahidə etmək mənə də qismət olub. Mən də tez-tez onunla ya universitetin dəhlizlərində, auditoriyalarda, ya da həyətdə rastlaşırdım. Vəzifəmin mənə verdiyi ən böyük şans bütün fakültələrdə çalışan müəllimlərlə ünsiyyətdə olmağım idi. Nəsir müəllim cüssəli boy-buxunundan tutmuş nəzakətli, son dərəcə etik davranışına qədər bütün məqamlarında bizim tarixdən və bədii əsərlərdən tanıdığımız klassik müəllimin tipik obrazı idi".
Bir anlıq salona nəzər saldım. Abel müəllim aydın, sadə və səlis nitqi ilə hər kəsin diqqətini özünə cəlb etmişdir. Ümumiyyətlə, yalnız bu
yubileydə deyil, hər bir tədbirdə,
yubileydə Abel müəllim
öz çıxışı
ilə sanki dinləyicilərini sehirləyir.
Çünki, əksəriyyətinin söylədiyi şablon ifadələrdən, pafoslu
sözlərdən uzaq
bir çıxış
edir. Bu zaman
yadıma 2006-cı ildə
Jurnalistika fakültəsinin
kecirdiyi "Füyuzat"
jurnalının yubleyi
düşdü. Abel müəllim o yubleydə
elə çıxış
etdi ki, sanki o "Füyuzat" ədəbi məktəbinin
tədqiqatçısıdır. Füyuzatçılar, onların
mətbuat tariximizə
gətirdiyi yeniliklər,
yaratdıqları ədəbi
məktəb haqqında
çox maraqlı və dəyərli məlumatlar verdi.
Bugünkü,
yubileydə də müasir jurnalistikamızda
Nəsir müəllimin
özünəməxsus məktəb
yaratmasından bəhs
edən rektor çxışını belə
davam etdirdi:
"Əlbəttə,
mətbuat dünyasına
gəlişi ilə jurnalistika sahəsində öz məktəbini yaradan Nəsir müəllimin ən böyük əsərləri
onun yetirmələri,
yaradıcısı olduğu
"Bakı" və
"Baku" qəzetləridir. Lakin onun şah
əsəri ərəb-məhcər
ədəbiyyatının dünyada
tədqiqatçısı, Azərbaycanı və türk dünyasını
ideya və məfkurə birliyinə çağıran, Şərqi
və Qərbi birlik-qardaşlıq fəlsəfəsinə
səsləyən, Bakı
Dövlət Universitetinin
professoru, AMEA Şərqşünaslıq
İnstitutunun direktoru,
ərəb fılologiyası
üzrə məşhur
tədqiqatçı alim,
filologiya elmləri doktoru, professor Aida xanım
İmanquliyeva idi. Nəsir müəllim heç nə yazmasaydı belə, Azərbaycan xalqının yaddaşına
- böyük ziyalı,
vətənpərvər insan,
böyük şəxsiyyət
kimi yazılacaqdı.
Çünki o, dünya şərqşünaslarının
adını hörmətlə
çəkdiyi Aida xanıma
ruhundan qida vermişdi.
Bu bir
həqiqətdir ki, alimin-şəxsiyyətin bu
dünyada tamamlanan cismani ömrü ruhunu köçürdüyü
sanballı əsərlərində,
amalının və əməlinin davamı olan yetişdirmələrinin
duyğularında yaşayır.
Bakı Dövlət Universitetinin məşhur simaları ilə eyni cərgədə
dayanmaq haqqını hələ çox-çox
əvvəl qazanan
professor Nəsir İmanquliyevin
məhəbbətlə xatırlanan
şəxsiyyəti, imzası
var. Bu imzalar içərisində
ən böyüyü
"Bakı", "Baku" qəzetlərinin 35 illik komplektlərində saxlanılır.
Nəsir müəllim
35 il hər
gün axşama doğru bu iki
qəzeti çapa imzalamışdır. İşindən-gücündən evə yorğun
qayıdan şəhər
əhalisinin avtobusda, istirahət parklarında maraqla oxuduğu, bitməkdə olan günün xəbərlərini
axşam çağında
bilmək istədiyi qəzetlər idi "Bakı" və
"Baku". Yeni tipli mətbuat
orqanını məktəb
səviyyəsinə Nəsir
müəllim qaldırmışdı.
Bu məktəbin yaradıcılıq prinsiplərini,
mahiyyətini yeni nəslə yenə də Nəsir müəllim özü öyrədirdi.
Bu gün
xalqımıza, dövlətimizə,
gəncliyimizə, bütövlükdə
mədəniyyətimizə xidmət edən Bakı Dövlət Universitetinə görə
biz onu yaradanlara, yaşadanlara, çağımıza
gətirib çıxaranlara
borcluyuq. Nəsir İmanquliyev
universiteti bu günümüzə gətirib
çıxaran ziyalılarımızın
ön cərgəsində
duran nəhəng simalardan biridir".
Tədbirdə
professor Şirməmməd Hüseynov, Azər-TAc-ın
baş direktoru Aslan Aslanov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli,
"Azərbaycan" qəzetinin
baş redaktoru, Bəxtiyar Sadıqov, Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı
çıxış etmişdir.
Tədbirin sonunda görkəmli mətbuat xadimi Nəsir İmanquliyevin ailə üzvüləri
adından çıxış
edən M. V. Lomonosov adına Moskva
Dövlət Universitetinin
Bakı filialının
rektoru, professor Nərgiz
Paşayeva tədbirin
iştirakçılarına minnətdarlığını bildirmişdi. Azərbaycan
jurnalistikasının tarixindən,
keçdiyi inkişaf
yolundan və bu günündən danışan xanım vurğulamışdır ki,
Azərbaycanda Həsən
bəy Zərdabi tərəfindən təməli
qoyulmuş və XX əsrdə bir çox görkəmli şəxsiyyətlərin davam
etdirdikləri jurnalist
sənəti bu gün öz bayramını qeyd edir. Azərbaycan mətbuatında özünəməxsus yeri
və rolu olan Nəsir İmanquliyevdə bu görkəmli şəxsiyyətlərin
yetirmələri kimi ömrünün sonundək
jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi
ilə məşğul
olmuş, milli kadrların formalaşmasında
mühüm rol oynamışdır. Xeyirxahlığı ilə yaddaşlara hopan Nəsir müəllim nəcib insan idi. Buna görə də
o, bir çoxlarına
mənəvi atalıq
etmişdi. Onun övladı
tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları,
jurnalistlərdi.
Sonda rektor xanım
bu tədbirin belə yüksək səviyyədə kecirilməsi
üçün ailə
adından BDU-nun kollektivinə,
xüsusən də rektor Abel Məhərrəmova
minnətdarlığın bildirmişdi.
Maraqlı tədbir konsert
proqramı ilə davam etmişdir.
Qərənfil Dünyamin qızı
BDU-nun Mətbuat tarixi və ideoloji iş kafedrasının müəllimi,
fiologiya elmləri
üzrə fəlsəfə
doktoru
Ədalət.- 2011.- 27 dekabr.- S.6.