YAŞILLIQLAR İÇİNDƏ ŞƏHƏR...

 

Dünyada bir-birindən gözəl şəhərlər çoxdur. Amma onların içərisində Kiyev şəhərinin özünəməxsus bir gözəlliyi var. Bu da şəhərin başdan-ayağa yaşıllıqların və ağacların olması ilə bağlıdır. Biri var şəhərlər içərisində yaşıllıq, birvar yaşıllıqlar içərisində şəhər. Mən Kiyevi gördüyümə görə belə deyirəm. Ondan bəri şəhər daha da gözəlləşib.    

   Məqsədim heçKiyev şəhərini tərifləmək və gözəllikləri yada salmaq deyil. Mənim yadıma Kiyev şəhəri yeni bir yaşıllaşan və gözəlləşən şəhəri salır. Bu da yeni tikilməkdə və gözəlləşməkdə olan Horadiz şəhəridir.    

   Horadiz şəhəri başdan-ayağa yaşıllıqların, ağacların arasındadır. Prospektləri, küçələri gəzdikcə sanki özünü Avropanın gözəl bir şəhərində hiss eləyirsən. Ən qəribəsi də odur ki, bu şəhər gecə saatlarında təmizlənir, küçələr süpürülüryollar daha da səliqə-səhmana salınır.    

   Bir çoxları yəqin bu şəhərin gecələrini görməyiblər. Şəhərin gecələri gündüzündən də gözəldir. Göz işlədikcə uzanan küçələrdə bərq vuran yeni quraşdırılmış işıqlar şəhəri nura bələyir. Bu nurunbu işığın içində şəhər sanki Avropanın gözəl şəhərlərini xatırladır...

  

  

   GÖZƏLLİKLƏR NECƏ YARADILIB?  

  

   Horadiz heç də birdən-birə bu cür gözəl şəhərə çevrilməyib. Zaman-zaman bu şəhər yeniləşməyə, tikilməyə və inkişaf etməyə başlayıb. Son dörd ildə şəhər statusu almış Horadiz şəhərinin rayon mərkəzi siması alması təsadüfi deyil.    

   Çünki ölkə prezidenti İlham Əliyev Füzuliyə, xüsusən də Horadiz şəhərinin yenidən qurulmasına böyük önəm verib. Həmişə də bu şəhərdə quruculuq, abadlıq və yenidənqurma işlərini diqqət mərkəzində saxlayıb. Şəhərdə bir-birindən gözəl parklar, xiyabanlar və küçələr salınıb. Müasir üslubda və memarlıq ənənələrinə uyğun tikintilər inşa edilib.    

   Ən maraqlısı da odur ki, son vaxtlar şəhərdə 2 hektar ərazidə Ulu öndərin adını daşıyan park salınıb. Parkın ərazisində Heydər Əliyev Mərkəzi tikilib, Ulu öndərin abidəsi, onun yaxınlığında 65 metr hündürlüyündə Azərbaycan bayrağı ucaldılıb. Horadiz şəhərində ikimərtəbəli mədəniyyət sarayı tikilib, Heydər Əliyev prospektində geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Şəhərdə son bir ay ərzində 50 min ədəd Türkiyə, İtaliyaAmerikadan gətirilmiş həmişəyaşıl ağaclar əkilib. İstirahət üçün hər cür şərait yaradılıb.  

   Parkın ərazisində 400 kv/metrə yaxın olan Heydər Əliyev Mərkəzi tikilib. Mərkəzin qarşısında Ulu öndərin 7,3 metr hündürlüyündə abidəsi ucaldılıb. Mərkəzdə sinif otaqları, Ulu öndərin büstü, həyat və fəaliyyətini əks etdirən sənədlər, şəkillər, arxiv materialları toplanıb. Həmin otaqlara kompüterlər alınıb və quraşdırılıb.

      Şəhərdə Avropa satandartlarına cavab verən yeni ikimərtəbəli mədəniyyət evi tikilib. Mədəniyyət sarayının birinci mərtəbəsi Dövlət Dram Teatrı üçün nəzərdə tutulub, ikinci mərtəbəsində isə mədəniyyət şöbəsi fəaliyyət göstərəcək.  

  

   SƏLİQƏ-SƏHMAN GÖZ OXŞAYIR  

  

   Horadiz şəhərinin girişindən başlayaraq 4-5 kilometr uzunluğunda olan Heydər Əliyev prospektində görülən işlər göz oxşayır. Buradakı səliqə-səhman, abadlıq işləri, tikililər, dəmir və beton şəbəkələr, ticarət köşkləri, küçə boyu köşklər, müasir işıqlandırma sistemi, asfalt, reklamlar, monitorlarsair hamısı bir-birini tamamlayır və orijinal bir görüntü yaradır.    

   Horadiz şəhər parkı da görkəmini tamamilə dəyişib. 1 hektar ərazini əhatə edən parkda istirahət üçün çox yaxşı şərait yaradılıb. Şəhərdə bir neçə yerdə istirahət guşələri və meydanları, 5 yerdə Ulu Öndərin müxtəlif şəkilləri, 4 yerdə rayonun göstəricilərini əks etdirən monitorlar quraşdırılıb. Küçələr bərpa olunaraq asfaltlanıb, səkilər müasir dizaynla tikilmiş, küçələrin ətrafına hasar çəkilərək rənglənib. Mağaza və xidmət təşkilatları vitrinləri yeniləşib, küçə boyunca ağaclar əkilib, zibil qutuları qoyulub. Maşınların hərəkətini tənzimləyən yol nişanları quraşdırılıb.

  

     TƏMİZ ŞƏHƏR,GÖZƏL ŞƏHƏR...

  

  

   Gözəl şəhər salmaq olar, ancaq gərək onu təmiz saxlayasan. Bu gün ölkəmizin hər yerində rayon mərkəzləri yenidən qurulur. Amma Horadiz tamamilə bunlardan fərqlənir. Çox qəribədir ki, şəhərin təmizliyinə tək icra başçısı deyil, bütün əhali böyük maraq göstərir. Adamın əli gəlmir ki, təmiz küçələrə, xiyabanlara nəsə bir tullantı, məişət əşyası atsın. Hər şey çiçək kimi tər-təmizdir. Təbii ki, bu tər-təmiz şəhəri ilk növbədə qorumaq lazımdır. Ona görə də şəhərdə yaşayanlar bilir ki, kimsə küçəyə, abad yerə məişət tullantısı atsa o, cərimə ediləcək. Yadıma almanlar düşür. Çünki Almaniyada insanlarda elə bir təfəkkür formalaşıb ki, heç kəs küçəyə zibil atmaz. Artıq deyəsən bu təfəkkür bizim insanlarda da zaman-zaman formalaşmağa başlayır. Çünki bu şəhər hamının şəhəri, hamının doğma yeridir. Təbii ki, doğma şəhəri isə abad etmək, yaşıllaşdırmaq və onu təmiz saxlamaq hər bir sakindən böyük məsuliyyət tələb eləyir.    

   Horadiz şəhərində bir neçə beşmərtəbə evlərin tikilməsi nəzərdə tutulub. Rayon üzrə dağıdılmış, yarımçıq qalmış, kərpicdən tikilmiş 2865 ev yenidən bərpa olunacaq. Mədəniyyət, səhiyyə müəssisələrinin şəbəkəsi genişlənəcək. Şəhərdə yeni yerləri açmaqla gənclərin işləməsi, normal əməkhaqqı ilə təmin olunması həll ediləcək. İş üçün ölkənin müxtəlif şəhər və rayonlarına, başqa respublikalara üz tutan gənclərə normal şərait yaradılacaq.      

  

   KƏNDLƏR DƏ ABADLAŞIR...      

  

   Füzulidə gözəlləşən, abadlaşan və yenidən tikilən təkcə Horadiz şəhəri deyil. Kəndlər də yenidən dəyişir və inkişaf edir. Artıq bir neçə ay ərzində rayonun kəndlərində əsaslı abadlıq və quruculuq işləri görülüb. Prezident İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.    

   Bu sərəncama əsasən abadlıq işləri artıq kəndlərə keçib. 16 min nəfər əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli - Alxanlı - Zobucuq avtomobil yolunun tikilməsi məqsədi ilə kəndlərarası avtomobil yollarının tikintisi və yenidənqurulması üçün nəzərdə tutulmuş vəsaitdən 7 milyon manat ayrılıb. Bərbad vəziyyətdə olan həmin yollar, həmçinin Araz Zərgar - Araz Dilağarda - Səngər - Bala Bəhmənli kəndələrinin yolları da əsaslı bərpa olunub və əhali İlham Əliyevin bu diqqət və qayğısını yüksək qiymətləndirir. Yeni salınmış yollar çox gözəldir. 29 kilometrlik həmin yollardan rayonun 25 min nəfərə yaxın əhalisi istifadə edir...

  

  

  

  (ardı gələn sayımızda)

Faiq QİSMƏTOĞLU

Ədalət.- 2011.- 28 dekabr.- S.7.