Yenə yuxularda izim yol çəkir,

  

   Külüngdü, düşərdi, dözüm, yol çəkir...  

   Kimim gələcək ki, gözüm yol çəkir,  

   Ay Allah, yadımdan çıxan nədi bəs? 

  

   Bağlı boxçalarda bükülü evim,  

   Dəftər vərəqində çəkili evim.  

   Qarğıdan, qamışdan tikili evim  

   Ay Allah, yadımdan çıxan nədi bəs? 

  

  

   Tapdığım burdadır, itirdim nəyi,  

   Əl atdım, qapımdan götürdüm nəyi?  

   Nəyi orda qoydum, gətirdim nəyi,  

   Ay Allah, yadımdan çıxan nədi bəs?  

  

  

   Cığırda bitmişdi ot, yadımdadı,  

   Arxamca kişnəyən at, yadımdadı.  

   Kənddən çıxıb qaçan it yadımdadı,  

   Ay Allah, yadımdan çıxan nədi bəs?

  

  

   Hamı sağ-salamat gəldiyin gördüm,  

   Qızımın gözümü sildiyin gördüm.  

   Atamın-anamın öldüyün gördüm,  

   Ay Allah, yadımdan çıxan nədi bəs?  

  

  

   Mənəmmi quruca adımda qalan,    

   Ağzımda sulanan, dadımda qalan.    

   Bilmirəm heç nədi yadımda qalan,  

   Ay Allah, yadımdan çıxan nədi bəs?     

  

   ***

  

   Az boylan bu qərib göyə,  

   Dönəcəksən evinə sən.  

   qalıb ki, itirməyə,  

   Bir gün tapıb sevinəsən...

      

  

   Ötüb keçsin bircə bu qış,  

   İtmiş yurda yol hazırdı.  

   Tövbə tikdik, at almamış,  

   At almamış nal hazırdı...  

  

  

   Dəryalara düşən daşdı, 

   Batmışı sel qərq eləməz.  

   Bu bulud doludu, boşdu,  

   İslanmışa fərq eləməz...  

   Dəstəksizdi çatmaz əlim,  

   Döymə divar qapı deyil.  

   Ördəkləri uçan gölün,  

   Suyu ördək supu deyil...

  

  

   Gedək, hamı çıxıb gedib ,  

   Gedək, bəsdi dözdüyümüz.  

   Çay aşağı axıb gedib,  

   Çay yuxarı gəzdiyimiz...

     

   ***

  

   Qulaq kardı hay gəlməmiş,  

   Səs səngərdi, qızmadıq heç.  

   Biz qızardıq yay gəlməmiş,  

   Payız gəldi qızmadıq heç.  

  

  

   Hər yer dükan, hər yer bazar,  

   Qazanc güdür, nəfin çəkir,  

   saqqal var, bığ var,  

   Tüpür hara kefin çəkir.

      

  

   Dərd qəribin, duman dağın,  

   Yerin, yurdun seçdi daha,  

   Olan oldu tumanbağın,  

   Bağlasan da gecdi daha...  

  

  

   Kol üstündə qalan qanın,  

   Ayaqları yalın imiş,  

   Bu bizin altındakının,  

   Qabırğası qalın imiş.  

  

  

   Deməsələr düşməz yada,  

   Bir kimsənin gözü dolmaz.  

   Dəvə qalmaya dünyada,  

   Vallah bizdən ərəb olmaz.

     

   ***

  

   Sözü verən sözdən qaçmaz,  

   Üzümüz ətdəndi, bala.  

   Əliynən ayağın açmaz,  

   Hamı bir kənddəndi, bala...  

  

  

   Boynumuzun dalı kündə,  

   Qapaz, təpik səsi gəlir.  

   Bizə dəyən şillədən ,  

   Elə çəpik səsi gəlir...  

  

  

   Gözdən yarıyan qarılar,  

   Bir şirin nağıl doğacaq.  

   Eh, bu qarıyan qarılar,  

   vaxtsa oğlu doğacaq.  

  

  

   Yüngül imiş yükümüz ,  

   Quşun, lələyin qəminə.

   Tərpənmədi tükümüz ,  

   Getdik fələyin qəminə...  

  

  

   Daşdı, yesən, daşın dadı,  

   Tələdəki quyruq ola.  

   Ha istədik yumulmadı,  

   Əllərimiz yumruq ola.

      

  

   Qismətimiz pay gətirib,  

   Doldurur yoxdan qazana.  

   Səbri kasadan götürüb,  

   Yığmışıq çoxdan qazana.  

  

   ***

  

   Bu gücədən şər gələcək,  

   Bəla, dərd-kədər gələcək.  

   Kim bilir nələr gələcək,  

   Hələ bu köçün başına...

      

  

   Meydandakı yalanlar,  

   Züy tutanlar, dəf çalanlar.  

   Eh, yüz ildi var olanlar,  

   Yığışıb heçin başına...

  

  

     Şah sarayı, səhnə oyun,  

   Arx tamaşa, dəhnə oyun.  

   Təzə bədbəxt, köhnə oyun,  

   Təzəsin açsın başına...  

  

  

   Aylara illər calanır,  

   Ac udqunur, tox yalanır.  

   Bir sürü qoyun dolanır,  

   Bir buruq qoçun başına...  

  

   ***

  

   Yad yükünü daşıyanın,  

   Adı yadda qalmır, kişi.  

   Hər it ömrü yaşayanın,  

   Canı da bərk olmur, kişi.  

   Ölümlərin tövbə üzü,  

   Qəbirlərdən günah baxır.  

   Göy üzüdü körpə üzü,  

   bələkdən Allah baxır...  

  

  

   Dən göyərməz bic niyyətdə,  

   Zəmisi göyə çəkilib.

   Bu ağaclar bu həyətdə,  

   Yüyürük asmağa əkilib...  

  

  

   Qazanc bildi övladının,  

   Dağda birin, düzdə birin.

    Ər ki, bilmir arvadının, 

   Bildiyinin yüzdə birin...  

  

  

   Qismət deyil, tikə bilməz,  

   Tamahın bükər südünə...

   Kasıb yüz yol əkər bitməz,  

   Bitsə çəkər südünə...

     

   ***

  

   Bu məzardı, yoxsa beşik,  

   Dərd xəlbirdi, deşik-deşik.  

   qırılıb tükənmişik,  

   bir yana çıxmışıq...

    Şum altından çəkin yeri,  

   Otlaq olar təkin yeri...  

   Gəzə-gəzə əkin yeri,

    Gəlib xırmana çıxmışıq...  

  

  

   Hələ quru bəyimiz var,  

   Bölünməmiş göyümüz var.  

   Qaşınmayan nəyimiz var,

   Qaşıyıb qana çıxmışıq...  

  

  

   Hara getdik, hanı bağban,

 Adəm ata, hanı buğdan?  

  Biz cənnət Qarabağdan,

   Bir ovuc una çıxmışıq...

  

   ***

  

   Dərd paydı, bükülü var.  

   Tərəzidə çəkili var.  

   Bircə haqqın şəkili var,  

   Dünyanın yüz sifətində...     

  

   Məni qoyub qaçdı göyə,  

   Günahsızlar uçdu göyə  

   Atdığımız daşdı göyə  

   Tökülür qoz sifətində...

      

  

   Gəl desən gəlməz axı,  

   Yazdığını silməz axı.  

   Hamı tapa bilməz axı,  

   Torpağı söz sifətində...  

  

  

   Güman varmı nəzərinə,  

   Nazir oldu hazırına.  

   Allah sənin hüzuruna,  

   Kim dönər öz sifətində...  

  

   ***

  

   Göydə azar, yerdə dərman,  

   Tapılmadı dərdə dərman.  

   Axtarma bu sirdə dərman,  

   Bilsən canın qurtarmaz.

      

  

   Baş dartınar, bədən gəlməz,  

   Nənən baxar, dədən gəlməz.  

   Bu yollardan gedən gəlməz,  

   Gəlsən canın qurtarmaz.

      

  

   Neyləyəndi yük öküzə,  

   Vur qırmancı çək öküzə.  

   Çüt kotanda tək öküzə,  

   Gülsən canın qurtarmaz.  

  

  

   Ağacı budaq tanımır,  

   Budağı yarpaq tanımır,  

   Səni ki, torpaq tanımır,  

   Ölsən canın qurtarmaz.

  

   ***

  

   Getmə, dayan, qayıt belə,  

   Gəl deyən qardaşın deyil.  

   Allah, məni uşaq elə, 

   Bu ağıl bu başın deyil...  

  

  

   Bayraqdı qaşıq bildiyi,  

   Qazandadı çömçə yenə.  

   Hamının işıq bildiyi,

    Hələ qaranlıqdır mənə...

      

  

   Yorğanı güdən kişinin,  

   Adı, şərəfi bizimdi.  

   Anamız gedən kişinin,  

   Ata tərəfi bizimdi...

  

  

  

   Torpağa yaxın kürəyim,  

   Sözümü yerdən üzmədi.  

   Dizimdən keçən çörəyim,

    Dizimi yerdən üzmədi...  

  

  

   Axtarıb qurd dayımızı,  

   Girib qarnında qalmışıq.  

   Biz əvvəldən payımızı,  

   Şillədən sonra almışıq...  

  

  

   ***

  

   Bitdi şirin nağılların,  

   Ölüm qoxuyur, ay vətən,  

   Döyüşməli oğulların  

   Yasin oxuyur, ay vətən...  

  

  

   Dərdi tapşırıb Allaha,  

   Yonca əkmişik üstünə.  

   Qarabağ keçinib daha,  

   Çadır çəkmişik üstünə...

  

  

  

   Nəzirə, niyaza varıq,  

   Boşalmır niyyət qazanı...  

   Yasa, hüzürə pərgarıq,  

   Hazırdı xeyrət qazanı...  

  

  

   Qalxın açılsın dilimiz,  

   Pıçıltı laldı, səs deyil.

    O qədər çoxdu ölümüz,  

   Yüz ildə sussaq bəs deyil...  

  

    Çox şey gizlidir bəlkə ,  

   Üzdə samanı bayraqdı.  

   Torpaq satılan ölkədə  

   Arvad tumanı bayraqdı...  

  

  

   Diri gəzib darıxır qəm,  

   Yıxılıb yatdıq, aparın.  

   Neçəncidir bu axır qəm,

    Gedəndə şadlıq aparın...  

  

  

   Kəsər borcu, kəsər səri,  

   Yad şələnin çatı haqqı.  

   Qazandıq təzə and yeri:  

   - Torpaqların adı haqqı...

 

VAHİD ƏLİFOĞLU

Ədalət.- 2011.- 28 dekabr.- S.7.