ATƏT-in
Dağlıq Qarabağ məsələsi qədər
çətindir
Dağlıq Qarabağ probleminin aradan
qaldırılmasında üzərinə missiya götürən
ATƏT-in
Maraqlıdır, ATƏT-in fəaliyyətsizliyini
dəfələrlə bəyan edən rəsmi Bakı bu
çağırışlara nəhayət ki, müsbət
reaksiya verə bilərmi? Yaxud da problemin ideoloqu olan və son
illər təşəbbüsü ələ almaqla bu məsələnin
həllində maraqlı olması görüntüsü
yaradan Rusiya ATƏT-in
ATƏT-in vasitəçi
missiyası olan hazırkı formatdan imtina heç də
siyasi təhlilçilər tərəfindən birmənalı
qarşılanmır. Məsələn konfiliktoloq Arif Yunusun
sözlərinə görə ATƏT-in
Məsələnin ikinci tərəfinə
gəlincə, konfiliktoloq deyir ki, təkcə müəllif
olaraq Rusiya deyil, həm də qonşu İran və digər bəzi
ölkələrin də Dağlıq Qarabağ məsələsi
ilə bağlı son illər xüsusilə fəallaşdıqları
hiss olunur. Ancaq digərləri ilə müqayisədə ən
çox Rusiya aktivdir: "Məhz rəsmi Kremlin əli ilə
Dağlıq Qarabağ problemi yaranıb və müharibənin
getdiyi dövrlərdə də o çox fəallıq
göstərən Rusiya idi. Bu gün də Rusiyanın problemdə
rolu böyükdür, çünki hamı çox
yaxşı bilir ki, Dağlıq Qarabağ məsələsi
olmasaydı Rusiyanın Cənubi Qafqazda qalması sual
altında olacaqdı. Əgər sabah Dağlıq Qarabağ
məsələsi həll olunsa, onda ilk növbədə Ermənistanda
sual ortaya çıxacaq: Rusiya hərbi bazaları kimə gərəkdir?"
Onun sözlərinə
görə bu gün Moskva erməniləri qorxuzur ki, əgər
siz sabah bizdən imtina etsəniz, onda Azərbaycan və
Türkiyə ilə üzbə-üz qalacaqsınız. Ona
görə də Rusiya sizə lazımdır: "Tutaq ki,
sabah Dağlıq Qarabağ məsələsi həll olundu. Onda, deməli, Ermənistanın Azərbaycanla
münasibətləri də yaxşılaşacaq. Ermənistanla Azərbaycanın
münasibətlərinin yaxşı olması avtomatik olaraq
Türkiyə ilə də vəziyyətin
normallaşmasına səbəb olacaq. Ermənistanın Azərbaycan
və Türkiyə ilə münasibətlərinin
yaxşı olması isə özlüyündə Rusiya hərbi
bazalarının kimə və nəyə lazım olması məsələsini
gündəmə gətirir. Kreml bunu çox gözəl
anlayır və ona görə də onların məqsədləri
nə olur-olsun təki Dağlıq Qarabağ məsələsi
həll olunmamış qalmasıdır". Digər bir tərəfdən
də A.Yunus deyir ki, Rusiyanın əsas məqsədi
Qarabağ probleminin həll olunmamış vəziyyətdə
qalması və aldadıcı fəallıq fonunda həm Azərbaycan
həm də Ermənistan cəmiyyətlərində
Rusiyasız bu məsələnin həllinin mümkün
olmadığı fikrinin hakim olaraq qalmasıdır:
"Rusiya həmişə həm bizə, həm də ermənilərə
sadə dillə desək "özünüzü
yaxşı aparsanız bəlkə sizə kömək edib
Qarabağı sizə verərik"-mesajını verir.
Bilirsiniz ki, Azərbaycanda sadə insanlar bir tərəfə,
hətta siyasətçilər var ki, onlar həqiqətən
də Rusiya ilə yaxşı münasibətlərdə
olsaq Qarabağı bizə qaytarıb verəcəyinə
inanırlar. Baxmayaraq ki, bu illuziyadır, amma dəfələrlə
bu fikirləri səsləndirirlər. Əslində Rusiya
üçün əsas məsələ Qarabağ probleminin
havadan asılı qalması, təzyiq üçün istifadə
olunmasıdır və belə illuziyaların
yaranmasıdır".
Konfliktoloq onu da xüsusilə
qeyd edir ki, bu gün biz regionumuzda böyük geosiyasi rəqabətin
olduğunu unutmamalıyıq. Dağlıq Qarabağ məsələsi
hər iki tərəfdən-ABŞ və Rusiya- istifadə
olunur. İlk növbədə burada Rusiya diqqəti cədb
edir. Konkret olaraq burada Rusiya- ABŞ rəqabətindən
söhbət gedir ki, hər iki tərəf bölgədə
qeyri-rəsmi soyuq müharibə aparır. Bunu etiraf etməsələr
də bu bir reallıqdır: "Biz bunu həm
Gürcüstanda görmüşük, həm də
Qarabağ məsələsində hiss etmişik. Rusiyanın
fəallığı da onunla bağlıdır ki, bir tərəfdən
ABŞ-ın və Qərb dövlətlərinin regionda
nüfuzunun qalxmasına imkan verməməlidirlər. Digər
tərəfdən də Qarabağla bağlı fəallıq
Ermənistan və Azərbaycana özlərini Gürcüstan
kimi aparmamaq mesajıdır".
Siyasi təhlilçi Ərəstun
Oruclu ATƏT-in
Politoloq qeyd edir ki, ATƏT-in
Minsk qrupu həmsədrləri tərəfindən "Madrid
prinsipləri" təklif olunur, amma bundan sonra Rusiya
Sankt-Peterburq, Həştərxan, Soçi və digər
"prinsipləri" ilə çıxış edir:
"Onu da qeyd edim ki, əslində Rusiyanı bu məsələnin
həllindən uzaqlaşdırmaq qeyri-mümkündür. Ona
görə ki, yeni bir formata münaqişə tərəfləri
razılıq verməlidir. Ermənistan istəsə belə,
Rusiyanın basqılarından ehtiyatlanaraq buna müsbət
cavab verməyəcək. Eyni ilə Azərbaycan da. Belə olan halda Dağlıq Qarabağ probleminin həllinin
dalana dirəndiyi birbaşa bəlli olur və vasitəçilik
məsələsinin də göründüyü və
deyildiyi qədər də asan məsələ olmadığı
ortaya çıxır. Görünür, Rusiyanın Cənubi
Qafqazda mövqeyinin tamamilə zəifləməsini bir qədər
də gözləmək lazım gəlir. Bəlkə Rusiya
hansısa mərhələdə geri çəkilmək məqamını
dərk etsin. Bu isə hələlik görünmür".
Siyasi təhlilçi, deputat
Rasim Musabəyov hesab edir ki, ATƏT-in
Qarabağ probleminin ideoloqu olmasına rəğmən
Rusiyanın aktivlik nümayişinə gəlincə, o deyir
ki, erməniləri yola gətirən güc məhz elə
Kremldir: "Erməniləri ağıla gətirmək
üçün elə ən böyük imkan da
Rusiyadadır. Nəzərə alsaq ki, bu problem SSRİ-nin tərkibində
olarkən meydana çıxıb, onda təbii Rusiyanın
proseslərə təsir imkanları da böyükdür. İndi onu mənfiyə, yoxsa, müsbətə
doğru istifadə edəcək, bu həm şəraitdən,
həm də Azərbaycanın siyasətindən
asılıdır".
Gültəkin
Ədalət.- 2011.- 2 fevral.- S. 2.