ABŞ-dakı erməni diasporunun vəziyyəti çox çətinləşir
"The
Nüfuzlu "The Washington Times" qəzetində Ermənistan-ABŞ
münasibətlərinə həsr olunan məqalə iki ölkə arasında münasibətlərə ciddi
təsir göstərə
bilər. Məqalədə
İran hərbçilərinə
silah satan ölkələrin siyahısında
Ermənistanın da adı var. Amerikanın bir sıra dairələrində
artıq Yerevanla münasibətlərə yenidən
baxılmasına çağırışlar
səslənir.
Konfliktoloq Pərvin
Darabadi hesab edir ki, qəzetdə
dərc olunan məqalə rəsmi Yerevana mesajdır: "Dövlət Departamenti bu ölkəyə qarşı siyasətinə
yenidən baxa bilər. "The
Politoloq vurğulayıb
ki, qəzetdə dərc olunan məqalə Amerika cəmiyyətinin yeni məlumatlara münasibətini
əks etdirir: "İstənilən halda yaranmış vəziyyətdə
ABŞ-dakı erməni
diasporunun vəziyyəti
çox çətinləşir.
Qeyd edim ki, ermənilərin son vaxtlar hərəkətləri
ABŞ-da çoxlarının
narazılığına səbəb
olur".
Politoloq Samir Həmidov isə "The
Washington Times"ın Barak
Obamanı Ermənistana
qarşı sanksiyalar
tətbiq etmək çağırışına toxunub. O bildirib ki, 2011-ci ildə ABŞ-Ermənistan münasibətlərində
heç bir neqativ dəyişikliklər
baş verməyəcək:
"Birincisi, erməni lobbisinin
erməni ictimaiyyətinə
çox güclü təsir etmək imkanları var. İkincisi,
Barak Obama erməni lobbisi ilə sıx münasibətlərdə olub
və onların dəstəyi ilə hakimiyyətə gəlib.
Bu səbəbdən də
o, Ermənistana qarşı
bir dəfə də olsun mənfi
addım atmayacaq. Üçüncüsü, erməni-Amerika
münasibətləri strateji
xarakter də daşıyır. Xristian ölkəsi olan Ermənistan hər zaman Birləşmiş Ştatların maraq dairəsinə daxil olub. Bu siyasət bu günün deyil, 20-ci əsrin əvvəlində formalaşıb
və bunu qısa zaman kəsiyində dəyişmək
mümkün deyil. Ermənistana qarşı
ABŞ tərəfindən xəbərdarlıqlar ola
bilər. Lakin ciddi bir şeyə
gətirib çıxarmayacaq
və bu, Ermənistan-ABŞ münasibətlərində
öz əksini tapmayacaq".
O ki qaldı Qarabağ münaqişəsinə, politoloq
hesab edir ki, əlbəttə, danışıqlar davam edəcək. Lakin yaxın vaxtlarda münaqişənin nizamlanması
məsələsində ciddi
irəliləyiş gözləmək
gərək deyil.
Digər politoloq
Mübariz Əhmədoğlu
isə bu qənaətdədir ki, məqalədə ermənilərin
hərəkətlərinin konturları aydın şəkildə təsvir
olunub: "Aydın olur
ki, əslində, Ermənistan Bolqarıstandan
silah alıb və onu İrana
satıb, sonra isə bu silah
İraqa verilib, nəticədə onlarla
ABŞ əsgəri həlak
olub. Məsələn,
bu yaxınlarda ermənilər qondarma erməni soyqırımı
layihəsini Konqresin gündəminə salmağa
cəhd göstərdilər.
Nümayəndələr Palatasının
spikeri Nensi Pelosi bildirdi ki, qətnaməni
səsverməyə çıxaracaq.
Lakin bu baş vermədi. Bəlli oldu ki, Pelosinin qətnamənin
müzakirəsinə qarşı
çıxıb. Bu o deməkdir
ki, erməniyönümlü
mövqeyi ilə seçilən Pelosi 180 dərəcə
dəyişib. Nəyə
görə, görünür,
Ağ ev və yaxud Dövlət
Departamentindən ona Ermənistanın silah satdığını göstərən
sənədlər təqdim
olunub. Departament də erməni qətnaməsinin müzakirəsinə
qarşı çıxdı.
Hesab edirəm ki, bu, nəinki
türkyönümlü, eləcə
də antierməni əhəmiyyət kəsb
edirdi". Onun sözlərinə görə,
Ağ ev və Dövlət Departamentinin Ermənistanla
münasibətlərində dərin çatların əmələ gəldiyi
aydın görünür
və bu, 2011-2012-ci illərdə daha da dərinləşəcək:
"Erməni tərəfi
üçün yaxşı
dövrlər arxada qaldı. Avropa, ABŞ və Rusiyada Ermənistanın əsl simasını görməyə
başlayırlar. Erməniçiliyin
mahiyyəti onun münaqişəyönümlüyündədir.
Münaqişələr olanda
onlar çiçəklənir,
genişlənirlər. Ermənistanın
ətrafında sülh
və sabitlik olanda isə ona belə şəraitdə
yaşamaq çox ağır olur. Erməni tərəfi bir növ anaerob
mikrobdur. Əgər onun ətrafında oksigen yoxdursa, o, inkişaf edir, əgər varsa, dərhal məhv olur. Ermənistan da belə şəraitdə
yaşayır və inkişaf edir. İstisna deyil ki, onlar ABŞ-dan aldıqları pulun müqabilində də silah alıblar.
Bu səbəbdən də
hesab edirəm ki, ABŞ və Ermənistan arasında münasibətlər çox
ağırlaşa bilər.
Ermənistan hazırda
Beynəlxalq Valyuta Fondu və Dünya
Bankından aldığı
kreditlər hesabına
yaşayır. ABŞ bu
təşkilatlara müraciət
edərək onları
Ermənistana əlavə
kreditlər verməməyə
çağıra bilər.
ABŞ hər zaman Ermənistanı dəstəkləyib.
Məhz bu dəstək sayəsində
erməni tərəfi
Türkiyə və
region ölkələri ilə
münasibətlərdə manevr edə bilib. Vaxt var
idi ki, Ermənistan
ABŞ adından Gürcüstanı
qorxudurdu. ABŞ-ın
Qarabağ məsələsində
erməni tərəfini
dəstəkləməsi hamıya
məlumdur. Hətta
1989-cu ildə ABŞ sovet
hökumətindən Dağlıq
Qarabağ əhalisinin
təhlükəsizliyini qorumağı
və onlara müstəqillik verilməsini
tələb etmişdi.
Ermənilər ABŞ-ın
siyasi, geopolitik və maliyyə dəstəyindən məhrum
olarsa, onda diaspor üçün fəaliyyət göstərmək
çox çətin
olacaq. Bu isə sonda Ermənistanın və onun diasporunun
yox olmasına gətirib çıxaracaq".
Gültəkin
Ədalət.- 2011.- 3 fevral.- S. 3.