Ukraynada fevral
"Xocalı ayı"
elan edildi
İslam Konfransı
Gənclər Forumu, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ümumukrayna Gənclər Assambleyasının
birgə təşəbbüsü
və Azərbaycanın
Ukraynadakı səfirliyinin
dəstəyi ilə fevral ayı Ukraynada "Xocalı ayı" elan edilib.
Bu barədə APA-ya Ukrayna Azərbaycanlı Gənclər Birliyindən
bildirilib.
Bununla bağlı növbədənkənar
toplantı keçirən
Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin
idarə heyəti fevral ayında Ukraynanın bir çox vilayət və şəhərlərində
Xocalı soyqırımı
ilə bağlı həyata keçiriləcək
tədbirlər planını
təsdiqləyib. Toplantıda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış
edərək 2008-ci ildən
başlayaraq, İslam
Konfransı Gənclər
Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə
dünyanın bir çox ölkələrində
"Xocalıya Ədalət!"
kampaniyası çərçivəsində
keçirilən tədbirlərin
əhəmiyyətindən danışıb. A.Tahirov Xocalı
faciəsinin 20-ci əsrin
ən amansız faciəsi olduğunu deyib. Qeyd olunub ki, Ukraynada "Xocalıya ədalət!" kampaniyası
çərçivəsində keçiriləcək tədbirlərə
Ukraynanın bir sıra yerli gənclər təşkilatları
qatılacaq. Fevralın 10-dan başlayaraq, Ukraynanın bir çox vilayət və şəhərlərində silsilə
tədbirlər keçiriləcək.
"Xocalıya
ədalət!" kampaniyası
çərçivəsində İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ümumukrayna Gənclər Assambleyasının
birgə təşəbbüsü
ilə Ukraynanın Nikolayev, Simferopol, Donetsk, Dnepropetrovsk, Xarkov və Kiyev şəhərlərinin
mərkəzi meydanlarında
imza toplama aksiyası keçiriləcək.
Fevralın 26-da Ukraynanın bir sıra şəhərlərindən
gənclərin Kiyev şəhərinə üzərində
"Xocalıya ədalət!"
sözləri yazılmış
avto-yürüşü olacaq.
Yürüş iştirakçıları Ermənistanın Ukraynadakı
səfirliyinin, ATƏT-in və
BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında
etiraz aksiyası keçirəcək, adı
çəkilən qurumlara
qətnamələr təqdim
edəcəklər.
Ədalət.- 2011.- 4 fevral.- S. 6.