AMEA qəbul planını Nazirlər Kabinetinə təqdim etdi

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbul planını Azərbaycan Nazirlər Kabinetinə (NK) təqdim edib. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. O deyib ki, qəbul planına əsasən, AMEA-da əyani şöbədə fəlsəfə doktoru üzrə 176 yerin, qiyabi şöbədə 39 yerin ayrılması təklif edilib. Doktoranturalar yaradılan digər ali təhsil müəssisələrinin elmi təşkilatların doktoranturaya qəbul planları isə sabah NK-ya təqdim ediləcək.

A.Həşimovun sözlərinə görə, bu il Azərbaycanda doktoranturaya ödənişli qəbul aparılmayacaq. Səbəb doktoranturaya ödənişli qəbul qiymətlərinin Tarif Şurası ilə razılaşdırılmamasıdır.

 

 

Ədalət.- 2011.- 9 fevral.- S. 1.