Ermənilər Avropadan qovulur?

 

"Ölkəmizdə ən müxtəlif dövlətlərdən gəlmiş insanlar yaşayır onlara münasibətimiz normaldır. Lakin bu insanlar arasında elələri var ki, normal münasibətləri bilərəkdən korlayır, hər vasitə ilə aranı qarışdırmağa çalışırlar". Bu sözlər Belçikanın məşhur siyasətçisi, flamandiyalı xristian-demokrat İv Letermə məxsusdur.

Letermi özündən çıxaran isə ermənilərdir. O ermənilər ki, Belçikada adi mühacir vətəndaş həyatı ilə razılaşmayaraq, siyasi proseslərə çox fəal müdaxilə edir.

Əslinə baxsaq, belə müdaxilələrdə pis heç nə yoxdur: bir şərtlə ki, bunu edən ermənilər olmasaydı.

Belçikanın "La Libre Belgique" qəzetinə istinadən məlumat verilir ki, bu ölkənin immiqrasiya və hüquq-mühafizə orqanları yüzlərlə erməninin deportasiyasına hazırlaşır. Qəzet yazır ki, Ermənistandan mühacirət artıq çox böyük miqyasa çatıb. O da vurğulanır ki, ermənilərin Belçikadan kütləvi deportasiyası əslində rəsmi Brüsselin təşəbbüsü yox, Ermənistanın hakimiyyət dairələrinin istəyidir.

"Bizdə olan məlumatlara görə, Ermənistan rəsmiləri Brüsselə müraciət edərək belə addım atılmasını istəyiblər. Yerevan rəsmilərinin dediklərinə görə, Ermənistandan mühacirət çox böyük miqyasa çatıb və kütləvi hal alıb. Rəsmi Yerevan da bu minvalla miqrasiyanın qarşısını almağa çalışır", - qəzet yazıb.

Belçikanın digər nüfuzlu qəzeti "Le Soir" isə hesab edir ki, deportasiyanın səbəbi Ermənistan və Belçikanın hakimiyyət dairələri arasında olan anlaşma yox, rəsmi Brüsselin Yerevandan aldığı çoxsaylı mesajlarla xahişlərə cavab vermək məcburiyyətində qalmasıdır.

"Yerevanın hakimiyyət dairələri faktiki olaraq yalvarırlar ki, Belçikaya mühacirlərin axınına son qoyaq. Belə təklifin səslənməsinin özü, ümumiyyətlə, çox anormal təsir bağışlayır", - belçikalı jurnalistlər heyrət edirlər.

 

Avropalılar erməniləri tanımağa başlayır?

 

Bu bir həqiqətdir ki, erməni məntiqi normal insan məntiqindən tam fərqlənir. Ona görə də Ermənistan hakimiyyətinin də vətəndaşlara olan münasibətini sivil və ya konstitusion adlandırmaq, sadəcə, mümkün deyil. Ermənistanın hakimiyyət dairələrinin Belçikaya üz tutaraq "amandır, buradan qaçan vətəndaşlarımızı qəbul etməyin" deməsi mümkündür və istisna edilən variant deyil. Lakin yaşanan hadisələrdə ermənilər əsas rol aldığından, xəbərlərin təqdimatının özü şübhəlidir.

Digər bir tərəfdən də burada başqa amillər də ola bilər. Mümkündür ki, Belçikadakı bir-iki erməni ailəsi deportasiya təhlükəsi ilə qarşılaşıb və indi də olayı böyüdərək "beynəlxalq qalmaqal" səviyyəsinə çatdırmaq niyyətindədir. Brüsseldəki ermənilərin də Belçikanın Daxili İşlər Nazirliyi ilə Ermənistanın ölkədəki səfirliyinin qarşısında etiraz aksiyaları keçirmələri də həmin məcradan olan hadisələr sayıla bilərdi. Bir şərtlə ki, söhbət bir-iki ailənin deportasiyasından gedəydi. Amma görünən odur ki, vəziyyət belə deyil: Belçikanın hakimiyyət dairələri artıq ölkədəki erməni mühacirlər arasında "saf-çürük" əməliyyatlarına başlayıblar.

Onlar indi anlayıblar ki, Belçikadakı erməni icmasını bütün başqa icmalardan fərqləndirən məqamlar ermənilərin kriminala yönümlü olmaları ilə yanaşı, onların bir qədər pul toplayaraq maddi imkanlarını yaxşılaşdırandan sonra nəyin bahasına olursa-olsun, dövlət strukturlarında təmsil olunmağa çalışması, hakimiyyətə can atmalarıdır.

Flamanadlarla vallonlar arasında əsrlərdən bəri davam edən qarşıdurmalardan sürəkli olaraq siyasi miqren ağrıları keçirən rəsmi Brüsselin indi də erməni icmasının tələblərini eşitməyə nə niyyəti, nə də həvəsi yoxdur. Xüsusilə də Belçikadakı Misiryan, Çamkertyan, Matosyan və Enfiacyan kimi erməni milyonçularının ailələrinin indi də yeni gələn "hay"lara dəstək verərək onlardan "yeni ictimai-siyasi güc" formalaşdırmağa çalışmaları Brüsseli narahat edir.

Belçikanın almaz biznesində milyonlar yığmış Barsamyan, Artinyan, Oskanyan və Arslanyan ailələrinin də işə qatılmaları belçikalı polisləri maraqlandırıb.

 

Nəzarətsiz ermənilər

 

Belçika İmmiqrasiya Departamentindəki mənbələr "Le Suar"a bildiriblər ki, ölkədəki erməni icması mənsublarının etiraz aksiyalarına rəğmən, mövqelərində heç bir dəyişiklik yoxdur, ola da bilməz. Bu isə Belçikaya mühacirət etmiş ermənilərin bir qisminin ölkədən çıxarılması, eyni zamanda ölkədəki "haylar"ın icmasında ciddi yoxlamalar aparılması deməkdir. Əslində, Belçikadan nə qədər erməninin deportasiya ediləcəyinin və həmin prosesin arxasında kimlərin durduğu ikinci dərəcəli məsələdir.

Önəmli olan məqam Avropadakı ermənilərin "alınmaz qala"larından biri hesab edilən bir ölkədə erməni icmasına qarşı qanun çərçivəsində təqiblərin başlanmasıdır.

Təbii, bütün bunlar Belçikadakı ermənilərin çıxarılması və ya deportasiyanın kütləvi aksiyaya çevrilməsi ilə nəticələnməyəcək. Ancaq Belçikadakı erməni diasporunun mövqelərinə ağır zərbə dəyəsidir ki, həmin proses sonradan Benilküsün bütün ölkələrinə təsir edə bilər. Bu isə, ermənilərə əməlli-başlı zərbə olacaq.

  

  

Nilufər

 

Ədalət.- 2011.- 9 fevral.- S. 2.