Almaniya "Şərq
Tərəfdaşlığı" proqramını dəstəklədi
"Almaniya Avropa
İttifaqının "Şərq Tərəfdaşlığı"
proqramını dəstəkləyir". APA-nın məlumatına
görə, bu fikirləri Almaniyanın federal kansleri Anjela
Merkel bəyan edib. Polşa, Fransa və Almaniya rəhbərlərinin
Varşavada keçirilən görüşündə Merkel
bildirib ki, bu proqram Aİ ölkələrinin qonşularla
münasibətlərini dərinləşdirməyə imkan
verir.
Görüşdə
Avropa İttifaqının təhlükəsizlik siyasəti və
"Şərq Tərəfdaşlığı" ölkələri
ilə münasibətlərin inkişafı müzakirə
olunub. Polşanın xarici işlər naziri Radoslav Sikorski
bildirib ki, "Şərq Tərəfdaşlığı"
proqramı Avropa İttifaqına üzvlük
üçün yol deyil. Xatırladaq ki, Azərbaycan
"Şərq Tərəfdaşlığı"
proqramında iştirak edən altı ölkədən
biridir.
Ədalət.- 2011.- 9 fevral.- S. 4.