Tərcümə fənnini tədris edən müəllimlər üçün
seminar
ADU-nun fransız dilinin tərcüməsi kafedrasının
baş müəllimi
Xədicə Əyyubova
2011-ci il fevralın
1-dən 5-ə kimi Azərbaycan
Dillər Universitetində
TEMPUS proqramı çərçivəsində
"Azərbaycanda Yazılı
və Şifahi Tərcümənin Tədrisində
İslahatlar" mövzusunda
treyninq keçirildi.
Bu tədbirə Dillər Universitetinin Tərcümə fakültəsinin müəllimləri
ilə yanaşı Gəncə Dövlət Universitetinin, Lənkəran
Dövlət Universitetinin
və Naxçıvan
Dövlət Universitetinin
Xarici Dil kafedralarının müəllimləri
də cəlb edilmişdi. Treyninq proqramına tərcümə
və tərcüməşünaslıq,
tərcümənin növləri,
yazılı və şifahi tərcümənin
xüsusiyyətləri, özəllikləri,
tərcüməçinin iş şəraiti, tərcümə zamanı
qarşı çıxan
problemlərin həlli
yolları və sair kimi mövzular
daxil edilmişdi.
Təlimin məqsədi
Avropanın Milan Ali Tərcümə Məktəbi və
Leypsiq Universiteti kimi tərcümənin tədrisi sahəsində
zəngin təcrübəyə malik məktəblərin təcrübəsindən
yararlanmaq idi. Belə ki, 2009-cu il 28 noyabr-11 dekabr tarixdə fransız
dilinin tərcüməsi kafedrasının baş müəllimi
Əyyubova Xədicə, ispan dili kafedrasının müəllimi
Gülsüm Əliyeva və italyan dili kafedrasının
müəllimi Aydan Sadıqova Milan Ali Tərcümə Məktəbində,
alman dilinin tərcüməsi kafedrasının dosenti Lətifə
Qurbanova, ingilis dili tərcümənin nəzəriyyəsi və
praktikası kafedrasının baş müəllimi Təranə
Məmmədova və həmin kafedrada çalışan Fəlsəfə
doktoru Könül Hüseynova isə Leypsiq Universitetində
müəllimlər üçün təşkil olunmuş
iki həftəlik təlim kurslarında iştirak etmişlər.
Həmin müəllimlər Azərbaycanın yuxarıda
adı çəkilən məktəblərindən gəlmiş
50 nəfər xarici dil müəlliminin iştirak etdiyi
beş günlük treyninqdə təlimçilər
üçün təlimçi qismində
çıxış edərək Avropanın
tanınmış məktəblərində gördüklərini
və öyrəndiklərini öz həmkarları ilə
bölüşdülər. 5 günlük treyninq canlı
müzakirələr şəraitində keçdi. Qurbanova Lətifə,
Məmmədova Təranə, Hüseynova Könül,
Sadıqova Aydan, Əliyeva Gülsüm və Əyyubova Xədicənin
çıxışlarını treyninq
iştirakçıları maraqla qarşılayaraq mövzular
ərafında dərin müzakirələr apardılar.
Kompyuterin köməyi ilə tərcümə, audiovizual və
ya subtitr (ekranaltı) tərcüməsi, yazılı mətndən
şifahi tərcümə, şifahi tərcümənin
tarixinə səyahət və s. kimi mövzular və Milan və
Leypsiqdə tərcümənin tədrisi ilə bağlı ən
kiçik detallar belə iştirakçılarda böyük
maraq oyatdı. Aydan Sadıqovanın Milanda Ardıcıl Tərcümə
(Qeyd götürmə) dərsində çəkdiyi 5 dəqiqəlik
"film" isə çox yerinə düşdü və tərcümə
dərslərinin quruluşu haqqında hər kəsdə
aydın təsəvvür yaratdı. Xüsusilə Azərbaycanın
üç bölgə universitetindən gələnlər
üçün istər yazılı, istərsə
şifahi tərcümə ilə bağlı hər bir məlumat
yeni və maraqlı oldu. Mövzuların təqdimatı
zamanı yerdən verilən saysız-hesabsız suallar və
sonuncu gün keçirilən yekun müzakirədə
çıxış edən hər bir
iştirakçının təlimçilərin
ünvanına söylədiyi xoş sözlər bunu
sübut etdi.
LDU-nun müəllimi A.Məmmədova
əcnəbilərin təşkil etdiyi bir çox treyninqlərdə
iştirak etdiyini və bu treninqin daha maraqlı keçdiyini və
ondan daha çox faydalandığını bildirdi. GDU-dan Məhərrəm
müəllim isə söylədi ki, indiyə kimi treyninqlərdə
iştirakını təsdiq edən 18 sertifikata sahibdir, amma tərcüməyə
aid olan bu birinci təlim onun işində yenidənqurmaya səbəb
olacaq. Treyninq iştirakçıları ADU-nun bu təşəbbüsünü
və tədbirin keçirilməsini yüksək qimətləndirərək
belə tədbirlərin davamlı olmasını arzu etdilər.
Hətta tərcümə
tədrisində çalışan müəllimlərin
Facebook-da əlaqələri davam etdirməsi təklifi də
səsləndi. ADU-nun dosenti, f.e.n. F.Abdullayeva isə əvvəlcə
təlimçilərə rəhbərliyin etimadını
doğrultduqlarına və həmçinin təlimi çox
yüksək səviyyədə keçirdiklərinə
görə minnətdarlıq etdi, sonra tədrisdə həqiqi
islahatlar edib gözəl nəticələr əldə edə
bilməmiz üçün bir sıra konkret təkliflər
irəli sürdü.
VÜSAL
Ədalət.- 2011.- 9 fevral.- S. 5.