NUMEROLOGİYA,
YAXUD ƏDƏDLƏR HAQQINDA ELM
(əvvəli ötən şənbə
saylarımızda)
AD RƏQƏMLƏRİ
1 2 3 4 5 6 7 8 9
A B C Ç D E Ə F G
Ğ H X I İ J K Q L
M N O Ö P R S Ş T
U Ü V Y Z
6 rəqəmi
Doğum tarixi kimi, 6- misilsiz rəqəmdir. Belə adamlar
vicdanlı, düz danışan etibarlıdır.
Onlara inanmaq olar. Proqressiv dünyagörüşü var,
hörmət qazanmağa,
dost-tanışlar arasında
inam və etibarı qorumağa çalışır, onlara
hər şeydə kömək etmək istəyir. Belə adamlar sanki ətrafda optimizm yayır, ona tapşırılan işi,
vəzifəni doğruldur,
hər şeyə qanedir, mənsəb və şöhrətə
can atmır. Özündən razıdır, özünü
ad-sana, vəzifəyə
laqeyd göstərməklə
riyakar təsiri bağışlayır, amma
əlbəttə, bu xasiyyəti ona qarşı rəğbət
oyatmır.
Ad rəqəmi kimi, 6-
biznesdə uğur əlamətidir, yaxın
ətrafının etibarını qazana bilsə,
müştəriləri artacaq, davamçıları
çoxalacaq. Onlar siyasi xadim, yüksək
dövlət adamları
ola bilir.
Elmi-fəlsəfi görüşləri ilə cəmiyyətdə
tanınır, sevilirlər,
bir şərtlə ki, sözü ilə işi bir olsun. Axı, cəmiyyət onlardan verilən vədi yerinə yetirməyi tələb edir. Onlar belə bir həqiqəti
tez başa düşürlər ki, düzgünlük şöhrətpərəstlikdən
faydalıdır, düzgün
addım, vicdanlı əməl məqsədə
çatmaq üçün
yeganə yoldur, amma bu işdə
sərt üsullara əl atmaq olmaz.
7 rəqəmi
Doğum tarixi kimi, 7- sirr, həmçinin bilik deməkdir. Bu ziddiyyətli xətti davam etdirmək də olar. Çalışqandır, poetik ruhu var, doğrudur, bəzi qəribəlikləri
olsa da tənqidi
təfəkkürə və
güclü intuisiyaya,
zəngin fantaziyaya malikdir. Bu rəqəmlə
doğulan adamlar bəstəkar və musiqiçi, şair və nasir, filosof, mütəfəkkir
və zahid olurlar. Onlar ilhama gələndə
tək qalmalıdırlar.
Bir az
zəifləri ümidsizliyə,
bədbinliyə meyllidir,
güclüləri isə
yüksək şəxsiyyət
kimi dünyada tanınırlar.
Ad rəqəmi kimi, 7-
istedadlı adamları elmə, incəsənətə,
fəlsəfəyə, habelə dini fəaliyyətə
həvəsləndirir. Amma onların uğuru əldə olunmuş təcrübənin dərindən
təhlil edilməsindən
və gələcəyini
real surətdə planlaşdıra
bilməkdən çox
asılıdır. Adamların qəlbini
ələ alaraq, onlar çox vaxt yüksək təbəqənin lideri və rəhbəri olur. Amma əgər kommersiya
və maliyyə məsələləri ilə
məşğul olmaq
istəsələr, bu
zaman onların özlərinə kömək
lazım olacaq.
8 rəqəmi
Doğum tarixi kimi, 8 -
biznes və təşəbbüskarlıq əlamətidir. Həyatın bütün sahələrində,
xüsusən kommersiya
və sənayedə uğur gətirir. Onlar bir
qayda olaraq yalnız irəliyə baxır, fikirləşdiklərini
həyata keçirməyə
cəhd edirlər.
Burada onların güclü iradəsi və xarakteri, nə özünə, nə də başqalarına yazığı gəlməməsidir.
Qarşısına çıxan maneələr
onun işgüzarlığını,
enerjisini yalnız artırır. Belə adamlarda
kollektivi arxasınca aparmaq bacarığı,
nadir idarəetmə qabiliyyəti
olur. Onların bu xasiyyəti, xüsusən siyasətdə,
hərbi sahədə , biznes dünyasında
daha çox parlayır, o sahələrdə
ki, orada sərtlik və amansızlıq tələb
olunur. Dostlarını da onların
cəmiyyətdəki mövqeyinə
görə seçirlər.
Ad rəqəmi kimi, 8 -
əhəmiyyətli və gəlir gətirən
sahələrdə fəaliyyət üçün
əlverişli sayılır. Bir işi uğurla başa vuraraq, onlar dərhal başqa işə girişirlər. Unudulmuş nəzəriyyələr, atılmış müəssisələr,
dəbdən düşmüş
metodlar tez-tez onlara mənfəət gətirir. Amma onlar xırda
şeylərdən qaçmalı,
bu işləri başqasına tapşırıb
özləri böyük
işlər görməlidirlər.
9 rəqəmi
Doğum tarixi kimi, 9 -
intellekt, yüksək inkişafı şərtləndirən
bacarıq və qabiliyyətə malik güclü
şəxsiyyət simvoludur. Bu rəqəmlə
doğulanlar ədəbiyyat
və incəsənətdə
uğur qazanır, onlarda yüksək yaradıcı potensial var.
Belə adamlar yaxşı olar ki, kommersiya fəaliyyətindən və
hərb işdən vaxtında əl çəksinlər. Onlar üçün əsas problem istedad və qabiliyyətlərini
vaxtında aşkar etmək, düzgün həyat yolu seçməkdir. Bu rəqəmlə böyük
ixtiraçılar, alimlər,
musiqiçilər doğulur.
Hər şey onların bacarıq və istəyindən asılıdır.
Bu iki amil
bir yerdə olanda uğuru təmin etmiş olur.
Ad rəqəmi kimi, 9 -
məqsəd və istedada sədaqət, təbiətin
sənə bəxş etdiyi qabiliyyətdən bacardıqca
istifadə etmək tələb edir. Belə adamlar nüfuz sahibi və lider ola bildikləri üçün həmişə
ədaləti gözləməli,
bəyan etdikləri yüksək ideyalardan geri çəkilməməlidirlər.
Qazandıqları hörmət və
nüfuzu itirməmək
üçün xırdaçı
olmamalı, özlərinə
xas olmayan hörmətə yol verməməlidirlər. Özləri üçün lazım olduğundan artıq tələb etməməli,
başqasından da bacarığından artıq
heç nə tələb etməməlidir.
Özlərini təmkinli aparmalı,
təkəbbür və
eqoizmini boğmalıdır.
Başqalarının da ləyaqət
və hüquqlarına
hörmət etməlidir.
Numeroloji qaydaların
biri belədir: doğum tarixinin rəqəmi ad
rəqəmindən yuxarıdırsa, bu o deməkdir ki,
həmin adam öz əsas xasiyyətlərinə sadiq
qalmalıdır, amma bu onun adının
xüsusiyyətlərinin, yaxud adının vibrasiya
rəqəminin inkişafını
çətinləşdirə bilər. Və əksinə, ad rəqəmi
doğum tarixi rəqəmindən yuxarıdırsa,
onda həmin adamda ad rəqəminin ifadə etdiyi şöhrətpərəstlik və məqsəd daha üstündür, ona görə də şəxsin təbii xüsusiyyətləri
və həyat meylləri onun öz seçimi ilə müəyyən bir yön alır. İnsan şəraiti
yaratmalı, amma ona tabe olmamalıdır.
Doğum tarixinin
rəqəmi ad rəqəmi ilə eyni olan adam
özündə hər hansı bir işi asanlıqla
görmək bacarığı, sabit və harmonik xarakter
inkişaf etdirə bilər. Amma bu o qədər də
arzuolunan deyil, çünki belə harmonik
rəqəmlərin ümumi nəticəsi məchulluq və
xaosa aparıb çıxarır.
Rəqəmlər gündəlik həyatımızda
Adamlar inanır ki,
onların həyatında həm yaxşı, həm də pis
günlər olur. Şübhəsiz, onlar pis günün
təsirindən qaçmaq üçün günləri
necə seçmək lazım olduğunu bilmək
istərdilər.
(Ardı var)
Ədalət.- 2011.- 5 fevral.- S. 10.