Dəyirmi masa keçirildi
Hidayət Orucov: "Tarix
boyu Azərbaycanda milli-dini zəmində heç bir qarşıdurma olmayıb"
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə "Vətəndaş
cəmiyyəti quruculuğunda
konfessiyalararası harmoniya:
dialoq və dinc yanaşı yaşamaq" mövzusunda
dəyirmi masa keçirilib. APA-nın
məlumatına görə,
DQİDK sədri Hidayət
Orucov deyib ki, tədbir BMT Baş Assambleyasının
65-ci sessiyasında qəbul
olunmuş qətnamə
əsasında təşkil
olunub. Belə ki, həmin qətnaməyə əsasən
hər il
fevral ayının ilk
həftəsi bütün
dinlər, etiqadlar və konfessiyalar arasında Ümumdünya
Etiqadlararası Harmonik
Münasibətlər Həftəsi
elan edilib. H.Orucov bildirib ki, Azərbaycanda
müxtəlif dini konfessiya nümayəndələri
sülh şəraitində
yaşayır, tarix boyu Azərbaycanda milli-dini zəmində heç bir qarşıdurma olmayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
çıxışında vətəndaş cəmiyyəti
üzvlərinin, QHT-lərin
müzakirə olunan mövzuya daha çox diqqət yetirməsinin zəruriliyini
vurğulayıb. Nazir müavini qeyd edib ki, bu
il Lahıc
qəsəbəsi, Nic
kəndi və Qırmızı qəsəbənin
namizədlikləri UNESCO-nun bəşəriyyətin qeyri-maddi
mədəni irsinin reprezentativ siyahısına
salınması üçün
bu təşkilata təqdim olunacaq. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel vicdan azadlığının təmin
olunmasının zəruriliyinə
diqqət çəkərək
ATƏT ölkələrinin bu sahədə öhdəliklər götürdüyünü
xatırladıb. Onun fikrincə,
Azərbaycan tolerantlıq
baxımından özünün
milli təcrübəsi
ilə müsbət mənada seçilir.
Qafqaz Müsəlmanları İdarəsi
(QMİ) sədrinin I müavini
Hacı Salman Musayev Azərbaycanda din sahəsində müdrik siyasət aparıldığını
söyləyib. Ombudsman Elmira Süleymanova isə icmalarla işləməyə
üstünlük verdiklərini,
vicdan azadlığı
məsələlərində DQİDK ilə əməkdaşlıq
etdiklərini bildirib.
Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə
və Siyasi-Hüquqi Tədqiqatlar institutunun baş elmi işçisi,
fəlsəfə elmləri
doktoru Aydın Əlizadənin çıxışı
mübahisəyə səbəb
olub. A.Əlizadə
deyib ki, dinlər barış gətirir, ancaq bu, həmişə belə olmur: "Dinlər həmişə
barış gətirmir,
din savaşa da gətirə bilər".
Onun sözlərinə görə,
SSRİ vaxtı hakim ideologiya dinlə bağlı balansın saxlanılmasına səbəb
olub, SSRİ dağıldıqdan
sonra Azərbaycanda ideologiya boşluğu yaranıb və bu boşluğu doldurmaq lazımdır.
Hacı Salman Musayev A.Əlizadənin fikirlərini
səhv adlandırıb. O qeyd edib ki, A.Əlizadənin
fikirləri dəyirmi
masanın keçirilmə
niyyətinə uyğun
gəlmir. Yəhudi əsilli deputat
Yevda Abramov Azərbaycan Dövlət Televiziyasında hər həftənin cümə
axşamları Vasim Məmmədəliyevin aparıcılığı
ilə efirə gedən verilişə əvvəldən axıra
qədər baxdığını
söyləyib. O təklif
edib ki, proqramın hər buraxılışında V.Məmmədəliyevin
bir tərəfində
xristian keşişi, digər tərəfində
isə yəhudi ravvini otursun, yəni aparıcılıq
etsin.
Tədbirdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin
sədri Rəbiyyət
Aslanova, QHT-lərə
Dövlət Dəstək
Şurasının sədri
Azay Quliyev, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri
Semyon İxiilov, Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Xilaskar Yevangelik Lüteranların
Bakı Dini İcmasının sədri
Vera Nesterova və başqaları da mövzuya dair fikirlərini açıqlayıblar.
Ədalət.- 2011.- 5 fevral.- S. 10.