"SARI ODALAR"DAN AYRILMAQ OLURMU?
Bir sıra
başqa oxucular kimi mən də
hər hansı bir əsəri oxuyarkən oradakı hadisələrin təfərrüatından
çox müəllifin
şəxsiyyəti, yaradıcılıq
aləmi, təfəkkürü,
mənəvi keyfiyyətləri
barədə düşünürəm.
Müəllif təvazökarlıq
edərək nə qədər çalışsa
belə yaratdığı
obrazların arxasında
öz daxili aləmini biruzə verməsin, əksinə özü haqqında daha çox təsəvvür yaradır.
Şübhəsiz ki, söhbət yüksək
təfəkkürə, elmi
biliklərə, yaradıcılıq
qabiliyyətinə, zəngin
mənəvi keyfiyyətlərə
malik yaradıcı insanlardan gedir. Müasir Azərbaycan ədəbiyyatında görkəmli
publisist, istedadlı jurnalist kimi tanınan, uzun illər informasiya orqanlarında müxtəlif
vəzifələrdə çalışan
İradə xanım Tuncay kimi. İradə
xanımı mətbuatdakı
çıxışlarından cəsarətli, istedadlı
bir jurnalist kimi tanıyırdım mən də, digər çoxsaylı oxucular kimi. Lakin bu yaxınlarda
işıq üzü
görmüş müxtəlif
dövrlərdə mətbuatda
nəşr olunan məqalələr toplusundan
ibarət "Sarı
odalar" adlı kitabı ilə tanışlıqdan sonra onun bir jurnalist
kimi yaradıcılığı
ilə bərabər zəngin mənəvi aləmi ilə də tanış oldum az-çox. Doğrudur, İradə xanımın yaradıcılığı
ilə, bir şəxsiyyət kimi formalaşmış dünyası
ilə hərtərəfli
O, bir sıra yazarlardan fərqli olaraq öz yazılarında məişət problemlərini,
gündəlik sosial qayğıları deyil, cəmiyyətimizin milli maraqlarını, tarixi keçmişi, bu günümüzün qlobal
çatışmazlıqlarını geniş oxucu kütləsinə böyük
yaradıcılıqla çatdırır
və onu bu məsələlər ətrafında düşünməyə
vadar edə bilir. "Qadın həyatından fraqmentlər"
sərlövhəli məqaləsində
müəllif gözlərini
firavanlıq, zənginlik
pərdəsi tutan, milli dəyərlərimizdən
uzaq düşən qadınları kəskin tənqid atəşinə
tutaraq deyir: "Bayramdı, qadınların
bayramı. Mən də öz ruhuma yaxın olan, sevdiyim bəzi qadınları xatırladım. Onu da bilirəm ki, oxucularımın böyük əksəriyyəti
kişilərdi. Bizim qadınlar çox xoşbəxtdirlər. Beyinləri
işləməsə də,
kişilərimiz yarım
milyon dollarlıq SMS-lər göndərir onlara. Oxuyub-öyrənmək
nələrinə lazımdı,
zatən hər şeyləri var. "Qabırğa
teoriyası" bizim məmləkətdə məqbuldu.
Kim nə istəyir düşünsün, əgər
düşünmək qabiliyyəti
varsa".
"Şəxsiyyət
defisiti" əsərində
İradə xanım cəmiyyətimizdə yaradılmış
mətbuat azadlığından
sui-istifadə edərək
şeir yazmaq, şair olmaq həvəsinə düşən
istedadsız yazarları
belə tənqid edir: "Amma ticarətdən cibi dolan kimi şeir
yazmaq, şair olmaq eşqinə düşənləri tərifləyib
onların qarşısında
əyilməyi anlamıram.
Restoranda içdikləri
bir şüşə
arağa, yedikləri bir boşqab yeməyə əyilən
xalq şairlərini anlamıram".
İradə xanım
cəmiyyətin ayrı-ayrı
fərdləri və qruplarının insanlığa,
milli dəyərlərimizə
zidd hərəkətlərini
özünəməxsus ədəbi
üsullarla, yaradıcılıqla
tənqid atəşinə
tuta bilir. Kitabın 273-cü səhifəsindəki
"Zəif bənd"
sərlövhəli publisistik
məqaləsində müəllif
deyir: "Vəzifə
o zaman dəyərli olur ki, səndən
ancaq qorxmurlar, həm də sevirlər. Öz işçilərinə dəyər
verə bilənlər
özləri dəyərli
olurlar".
"İki
sevgi" adlı məqaləsində müəllif
bir sıra özəl televiziya kanallarında vəsait toplamaq xatirinə hazırlanan bayağı verilişlərdən ürək
ağrısı ilə
söz açır, gənclərimizin milli ruhda tərbiyəsinə,
estetik zövqünün,
əxlaqi baxışlarının
formalaşmasına mənfi
təsir göstərən
şou verilişlərin
baş alıb getməsindən keçirdiyi
narahatçılığı oxucuları ilə bölüşür. Məqalədə
İradə xanım belə deyir: "Bizim gələcəyimiz çox böyük təhlükə altındadı.Və
həmin təhlükənin
ən böyük mənbəyi də TV-lərdi... Baxdığı,
gördüyü də
nədi?" Müəllif
daha sonra yazır: "Bizə öz cındır filmlərini sırıyan
qonşularımızın xəbər proqramlarının
aparıcılarını görmüsünüz?
Hamısı məşhur
qəzet yazarlarıdı.
Yəni özünün
deməyə sözü
olmayan adamın ciddi proqramlarda yeri yoxdu".
"Qələmin
ucundakı mürəkkəb"
sərlövhəli yazısında
İradə xanım cəmiyyət və təbiətin oxşarlığını
çox böyük yaradıcılıqla təsvir
edərək deyir:
"Hər halda təbiətdə baş verən hadisələrlə
cəmiyyətdəki hadisələrin
birbaşa bağlılığı
var". Lakin bununla belə göstərir ki, "Bu mühitin qanunlarına sığmayan "vulkanik"
proseslər, insanı
işığa, böyük
əməllərə səsləyən
yeni fikir, yeni söz, yeni elmi axtarışlar...
Və bu vulkanik proseslər zaman-zaman hər kəsdən seçilən
şəxsləri yaradır".
Müəllif bununla oxuculara demək istəyir ki, təbiətin, iqlimin əlverişli olmadığı
şəraitdə belə,
elə köklü, tək-tək də olsa gövdəli ağaclar yetişdirir ki, onlar yüz
illərlə yaşayaraq
öz əhatəsindəki
mühiti qoruyur, zənginləşdirir. İradə
xanım təbiətin
bu möcüzəsini
cəmiyyətin nadir hallarda
yetişdirdiyi fenomen şəxsiyyətlərə bənzədir.
Bütün bunlar İradə xanımın
dərin təfəkküründən,
geniş yaradıcılıq
qabiliyyətindən xəbər
verir.
İradə xanımın
yazıları yüksək
fəlsəfi düşünmə
səviyyəsinə malik
istedadlı jurnalist kimi öz yazılarını
tarixi yaddaşımızın
köklənməsinə, adət-ənənələrimizin
qorunmasına, ümumiyyətlə,
milli şüurun inkişafına, eyni zamanda cəmiyyətimizdəki
qlobal problemlərin həllinə xidmət edir. Müəllif öz zəngin yaradıcılığında millətimizin öz mənəvi aləmindən
doğan, qaynaqlanan fəlsəfi fikirlərini
çox ustalıqla aşılayır çoxsaylı
oxucularına.
Ümumiyyətlə, müasir
Azərbaycan publisistikasının
özünəməxsus dəsti-xətti,
yaradıcılıq üslubu
olan nümayəndəsi
İradə xanım Tuncayın əsərləri
hər bir oxucu üçün maraqlı, öyrənməyi
vacib olan fəlsəfi əhəmiyyətli
fikirlərlə zəngindir.
Novruz ŞABANOV
Ədalət.- 2011.- 15 fevral.- S. 4.