NİDAYİ MİLLƏT YAXUD
AMALI-VƏTƏNPƏRVƏRANƏ
Ey əhli-vətən,
tərk eləyin büğzü ləcuci!
Bir dəm arayın
halımıza rahi-əlaci!
Sönmüş vətənin
sərsəri-cəhl ilə siraci,
Vicdanları təlx etdi
qəmin, məsləh əcaci,
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli
xəstədir islam məzaci!
Yaran, yığılaq
bircə quraq məclisi-matəm,
Öz halımıza eyləyəlim
növhə dəmadəm.
İslamın olubdur necə
gör rövnəqi bərhəm.
Nifrət edir islamın adından bütün aləm.
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli
xəstədir islam məzaci!
Qəflət yetər,
agahi-təqazayi-zaman ol!
Hali-vətənü
milləti gör, əşkfəşan ol!
Cəhd eylə təriqi-hünərü
elmə rəvan ol!
Mərdanə bu meydanə
cəladətlə divan ol!
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli
xəstədir islam məzaci!
Bir eylə təfəkkür,
necə gör xab olub islam,
Ənvai-bəlayaya giriftar olub islam,
Biizzətü bihörmətü
biar olub islam,
Ancaq quru bir ada nigahdar
olub isləm,
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli
xəstədir islam məzaci!
Bəsdir bu qədər
xabi-cəhalətdə ki yatdıq,
Millət üzünə
babi-tərəqqini qapatdıq,
Əslafımızın
hörmətü heysiyyətin atdıq,
Şəni-vətənü
milləti biganəyə satdıq,
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli
xəstədir islam məzaci!
Ətfi-nəzər et,
gör necə tutmuş bizi kabus –
Kim, səlb olunub qeyrəti-milliyyətü
namus.
Ey taleyi-mənhus!
Əcəb etdin bizi məyus.
Eyvah! Tərəqqi
ediriz, gör necə məkus.
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli
xəstədir islam məzaci!
Afaqi tutub
qülğüleyi-bangi-cəzaid.
Əqsami-tərəqqivü
təalivü fəvaid.
Amma olur islamda qəflət
mütəzaid.
Bu dərdə edin
çar əki, Səhhət ola aid,
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli
xəstədir islam məzaci!
***
Ey vətən, getmə
ki, əldən gedəriz!
Biləriz fərz sənin
xidmətini!
Nəqdi-can eşqinə
isar edəriz,
İstəriz vəzi-fəlah
heyətini!
NALEYİ-TƏHƏYYÜR YAXUD MİLLƏTƏ
XİTAB
Nə idin dün, nə olmusan bu zaman?
Millət, ey baisi-həyati-vətən!
Oyan, ey milləti-əziz, oyan!
Sənə vabəstədir
nicati-vətən.
Nə idin dün, nə
olmusan əknun?
Gün ki, çoxdan
çıxıb nə çox yatdın?
Millət, ey sübh
ulduzum, nə üçün
Bir işıqlanmaq ilə
tez batdın?
Nə idin dün, nə olmusan, ey vah!
Sən ki, dünyaya pərtövəfkən
idin.
Olmusan indi qanlı
zülmətgah,
Sən ki, afaqa şəmi-rövşən
idin?
Nə idin dün, nə olmusan, yarəb!
Hanı, ey vah, o şan,
ol şərəfin?
O işıqlı
günün olubdur şəb,
Bərhəm etməz
cahanı vaəsəfin.
Nə idin dün, nə
olmusan, əfsus!
Gec oyandın bu qəmli
röyadan.
Yoxsa tutmuş məgər
səni kabus?!
Açıl, ey
sübh, leyli-yeldadən!
Nə idin dün, nə olmusan hala?
Gül kimi bir zaman
açıl, çiçəyim.
Dövr elə əzmi-ovci-istela,
Xaliqimdən budur mənim
diləyim.
Nə idin dün, bu
gün nə oldun sən?
Hürr ikən əbdi-natəvan oldun.
Niyə bəs
qönçəlikdə soldun sən?
Ey baharım, nə tez xəzan oldun?
QIŞ
Payız çatanda
axırda boranlı, qarlı qış yetər,
Soyuq, yağış,
küləkli qar xəlaqi məlul edər.
Havanın onda artırar
soyuqluğunu günbəgün,
Ağacların vərəqləri
düşər, xəzəl olar bütün.
Donar şirin
sular bütün, düşəndə şaxta
onlara,
Məşəqqət
ilə sındırıb qarı yığarlar ambara.
Dəyirman işləməz,
donar, gəliş-gediş çətinlənər.
Bazarda nırxı
şeylərin o dəm ziyadə yüksələr.
Qopanda qarlı
fırtına cahanı tarmar edər,
Qırar, yıxar
ağacları, qiyamət aşikar edər
Sükuta dalıyor
meşə, cahanı başqa hüzn alar,
Qar üstə ol zaman fəqət
qırıldaşar da qarğalar.
Qaçarlar isti yerlərə tamam quşlar ol zaman.
Bizimlə
qışlayar fəqət dolaşa, sərçə,
çağsağan.
Geyər cırıq
bürünməsin soyuqda titrəyər, əsər,
Gedər odunçu
meşəyə, ağac qırar, odun kəsər.
VƏTƏN
Könlümün
sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir,
Vətənim.
Məni xəlq eyləmiş
əvvəlcə xuda
Sonra vermiş vətənüm
nəşvü nüma.
Vətənim verdi mənə
nanü nəmək,
Vətəni, məncə,
unutmaq nə demək?!
Anadır hər
kişiyə öz vətəni:
Bəsləyib sinəsi
üstündə onu.
Südüdür kim,
dolanıb qanım olub,
O mənim
sevgili cananım olub,
Saxlaram gözlərim
üstə onu mən
Ölərəm əldən
əgər getsə vətən.
Vətənin neməti
nisyan olmaz,
Naxələflər ona
qurban olmaz.
Vətən - əcdadımızın
mədfənidir.
Vətən-övladımızın
məskənidir
Vətənin sevməyən
insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
SABİR
Sabir, ey aləmi-xəlqə
tərcüman!
Ey hər anda kasə-kasə zəhr udan!
Ey qoca bir qövmə
ağlarkən gülən,
Naləsilə xalqı
dağlarkən gülən.
Gülməyində
qanlı-qanlı giryələr
Hər müsəlman
könlünü məhzun edər.
Qəm sənə ol qədr
təsir eyləmiş,
Giryəni hüznün
gilovgir eyləmiş.
Bir acı gülmək
olub ondan əyan,
Kəsrəti-alamını
eylər bəyan.
Şerdə tərhi-növ
icad eylədin,
Qoqolu, hüqoları yad
eylədin.
İqtidari-şairanən
faşdır,
Sən günəşsən,
hasidin xəffaşdır,
Etmərəm qaib səvadi-naməni,
Ruhbəxş əsari-novgi-xaməni.
Xatirim şerinlə
şirinkamdır,
Layiqi-təqdiri-xassü
amdır.
Tərzü üslubi-bəyanın
sadədir,
Cəzbi-qəlb etməkliyə
amadədir.
Xassdır bu
şiveyi-rövşən sənə,
Mərhabılar, Sabirim,
əhsən sənə!
Ey mücəssəm
duyğu, ey ülvi bəşər,
Ey çamurluq içrə
düşmüş saf zər,
Tənü lən eylərsə
hər nadan sən,
Ya müsaid
olmasa dövran sənə,
Qəm yemə,
təxfif ver alamına,
Az çəkər,
heykəl yaparlar namına.
ÖZLƏRİNİ SEVƏNLƏRƏ
Tutalım çox
ağıllı tacirsən,
İş aparmaqda xeyli
mahirsən.
İqtidarın,
malın, pulun çoxdur,
Xalqa ondan vəli kömək
yoxdur.
Sandığında var
isə miloynlar,
Nəf görmür əgər
müsəlmanlar,
Tüf sənin
mülkü malü dövlətinə.
Həm sənə, həm
də şənü şövkətinə!
Pəhlivanlıqda gər
müsəlləmsən,
Fərz edək Zal, ya
ki, Rüstəmsən,
Etmisən
şanlı-şanlı fəthü zəfər,
Tapmısan aləm
içrə şöhrətlər,
Xəncərin qorxudursa
dünyanı,
Millətin olmasa nigəhbanı,
Tüf sənə, həm
sənin rəşadətinə,
Həm də şəmşirinə,
şücaətinə!
Gər adın bir ədibi-danadır,
Qələmin
möcüzi-Məsihadır.
Nəzmü təlifdə
hünərvərsən,
Ya ki, bir şairi-süxənvərsən,
Sənə mafövqdən
gəlir ilham.
Nəf görmürsə
firqeyi-islam,
Tüf sənə, həm
sənin kitabətinə,
Həm də təqririnə,
fəsahətinə!
Yox isə tay sənə
məharətdə,
Müxtəresən
fünunü sənətdə,
İşləməkdən
qolun yorulmaz isə,
Vəli islama nəf olmaz isə,
Kəndi nəfsinçin
iləyirsən əgər,
Verməyirsən
ümumə faidələr,
Tüf sənə, həm
sənin məharətinə,
İxtira etdiyin sənaətinə!
Sən ki,
darülfünun qutarmışsan,
Elmdə intəhaya,
varmışsan,
İsmü rəsmin
cahanı tutmuşdur
Amma islamını
unutmuşdur,
Sənə
möhtacdır müsəlmanın,
Razı olmur vəli
cibişdanın,
Tüf sənin elmü
fənnü hikmətinə!
Həm sənə, həm
də ol fəzilətinə!
Abbas SƏHHƏT
Ədalət.- 2011.- 5 fevral.- S. 20.