Hamılıqla korrupsiyaya qarşı mübarizə

 

Ölkədə korrupsiya hallarının olduğu barədə dövlət rəsmiləri dəfələrlə öz mövqelərini açıqlayıb bununla bağlı yaradılan qurum da ona qarşı mübarizənin əsas olduğunu göstərir. Son günlər isə bu məsələnin üzərinə ən yüksək səviyyədə gedildiyi açıq-aşkar görünür. Normativ baza vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin korrupsiyaya qarşı mübarizədə, hökumətin antikorrupsiya siyasətinin həyata keçirilməsində fəal iştirakına kifayət qədər geniş imkanlar açır. Xüsusən son 3 ildə bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. Ardıcıl sistemli səylərdən sonra dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətləri, əməkdaşlığın inkişaf etməsi sahəsində müəyyən nəticə təcrübə əldə olunub.

Öz növbəsində hökümət tərəfindən də, antikorrupsiya siyasətinin həyata keçirən orqanlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi istiqamətində müəyyən addımlar atılıb. Bu baxımdan Korrupsiyaya qarşı Mübarizə Fondu da bu sahədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, hesabatlılığın artırılması, maarifləndirmə, ictimaiyyətin məlumatlandırılması istiqamətlərində dövlət özəl sektorun əsas partnyoru kimi çıxış edərək əhəmiyyətli layihələr keçiriblər. Bütün bunlarla yanaşı KMF-a kömək üçün müxtəlif regionlardan korrupsiyayla qarşılaşan insanlar tərəfindən şikayətlər daxil olur.

Fondun icraçı direktoru Vasif Mövsümovun ölkə mətbuatına verdiyi məlumata görə müvafiq qurum qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün addımlar atır: "Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoyub. Təkcə şəraitin təsvirini verməklə kifayətlənmək deyil, fond həmçinin ictimaiyyətin bu bəlaya qarşı mübarizəyə qoşulması yolu ilə korrupsiyanın müxtəlif təzahürlərinin məhdudlaşdırılmasına çalışır və hər bir şəxsin bu problemə münasibətini bildirməsi üçün şərait yaradır".

"Korrupsiyaya qarşı mübarizə ölkəmizi milli özünüdərki məhdudlaşdıran xəstəlikdən azad etmək bütün xalqın və cəmiyyətin əsas məqsədlərindən biri olmalıdır",-deyən V.Mövsümov ötən il ərzində KMF-a 400-ə yaxın şikayət daxil olduğunu da bildirib: "Məqsədimiz korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin və dövlət sənədlərinin əhali arasında maarifləndirilməsi və ictimai nəzarətin təşkili, vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində onlara yardımçı olmaqdır. Biz müraciətləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya, Korrupsiyaya qarşı Mübarizə üzrə İdarəyə istiqamətləndirməklə vətəndaşlara çox kömək etmişik. Şikayətlərin yarıdan çoxu vətəndaşların xeyrinə həllini tapıb".

İcraçı direktor sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması məqsədilə apardıqları araşdırmalardan da danışdı. O dedi ki, kiçik orta biznesdə korrupsiyanın səviyyəsinin öyrənilməsi ona qarşı mübarizə tədbirlərinin görülməsi üçün 1110 sahibkar arasında sorğu keçiriblər. Onun fikrincə ölkənin bir çox regionlarında ictimai rəyin öyrənilməsi ilə bağlı aparılan araşdırmalarda KMF-nin "Qaynar xətti" kiçik orta sahibkarlardan daxil olan şikayətlərdən görünür ki, onların bu baxımdan problemləri hələ da var: "Sahibkarların özləri arasında hüquqi savadsızlıq hökm sürür, onlar qeyri-qanuni müdaxilələrlə üzləşərkən nəinki zəruri hüquqi yardım ala bilmirlər, hətta onlara dövlət tərəfindən verilən hüquqların əks olunduğu normativ sənədlərdən xəbərsizdirlər. Araşdırmalar nəticəsində belə qənaətə gəlmək mümkündür ki, bu gün sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr, sahibkarların hüquqlarını reallaşdırması ilə bağlı qanunların icrasına səmərəli nəzarətin olmaması, sahibkarlığın inkişafına maneə ilə bağlı məsuliyyətə görə cəzanın sərtləşdirilməməsi, qanunvericilik bazasında sahibkarların maraqlarına toxunan boşluqların olması, sahibkarlar arasında hüquqi savadsızlığın mövcudluğu, onlara pulsuz hüquqi yardımın göstərilməsi işindəki çatışmazlıqlar, sahibkarlığın inkişafına maneələr yaradır. Bunlara sahibkarların özləri tərəfindən öz məqsədləri üçün qanunların icrası ilə bağlı laqeydliklərini əlavə etmək lazımdır".

Sahibkarların mövcud problemlərini öyrənmək, onların həlli yollarını müəyyənləşdirmək və korrupsiya ilə üzləşən sahibkarlara hüquqi yardım göstərmək məqsədilə KMF öz fəaliyyətini genişləndirib: "Sahibkarlardan daxil olan şikayətlərə baxılması və müsbət həllinə nail olmaq üçün müvafiq dövlət orqanlarına göndərilir. Onların hüquqi maarifləndirilməsi üçün Prezidentin 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında", eləcə "Dövlət bələdiyyə əmlakının vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 22 iyun 2009-cu il tarixli fərmanları, Cinayət Məcəlləsinin "İqtisadi fəaliyyət sahəsindəki cinayətlər" bölməsini əhatə edən kitabça fond tərəfindən çap edilərək sahibkarlar arasında paylanılır. Bundan əlavə, sahibkarlar, dövlət bələdiyyə orqanlarının, QHT-lərin, KİV-in iştirakı ilə ölkənin bir sıra regionlarında maarifləndirici dəyirmi masalar keçirir, kiçik orta sahibkarlara pulsuz hüquqi yardım virtual vəkillik xidməti göstərilir. Nəşr olunan vəsaitlərin paylanması maarifləndirici söhbətlərin aparılması respublikanın bütün ərazisini əhatə edir".

O qeyd edib ki, ümumiyyətlə, hazırkı mərhələdə fondun əsas fəaliyyət sahəsi ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığı çərçivəsində regionlarda korrupsiyanın səviyyəsinin öyrənilməsi və ona qarşı mübarizə mexanizmlərinin hazırlanmasıdır.

 

 

Gülgün

 

Ədalət.- 2011.- 18 fevral.- S. 2.