Türk Xalqlarının
Vətəndaş Cəmiyyəti
Forumu təsis olundu
Bakıda 5 qeyri-hökumət
təşkilatı Türk Xalqlarının Vətəndaş
Cəmiyyəti Forumunu (TXVCF) təsis edib. APA-nın məlumatına
görə, təsisçilər "Demokratik Azərbaycan
Naminə", "Demokratik İslahatçı Gənclər",
"Sağlam İnkişaf və Maarifləndirmə",
"Yeni Həyat" Humanitar və Sosial Dayaq və
"Bakı Gənclər Klubu" ictimai birlikləridir.
Forumun əlaqələndiricisi
Vüsalə Hüseynova yaratdıqları yeni qurumun siyasi təşkilat
olmadığını deyib. O bildirib ki, forum türkdilli xalqların
vətəndaş cəmiyyəti institutlarının bir
qurumda cəmlənməsi niyyəti ilə yaradılıb:
"Forum bütün türkdilli dövlətləri və
respublikaları əhatə edəcək. Artıq bizə
müxtəlif türk respublikalarındakı QHT-lərdən
foruma qoşulmaq məqsədilə 88 müraciət məktubu
daxil olub". Qurumun məqsədi türk
respublikalarındakı müxtəlif problemləri qabartmaq,
ortaq türk dili və türk əlifbasının
yaradılmasına cəhd göstərmək və digər məsələlərdən
ibarətdir. Forum həmçinin Qarabağ problemini də
xüsusi olaraq gündəmə gətirəcək. Qurum bu il
Türk Xalqlarının Vətəndaş Cəmiyyətlərinin
I Bakı Forumunu keçirmək niyyətindədir.
Tədbirdə RF
Tatarıstan Respublikasının Azərbaycandakı daimi
nümayəndəsi Nail Zaripov, Türkiyənin Azərbaycandakı
səfirliyinin nümayəndəsi İsmayıl
Çalışkan da çıxış edərək yeni
qurumu dəstəklədiklərini bildiriblər.
Ədalət.- 2011.- 18 fevral.- S. 6.