NUMEROLOGİYA,
YAXUD ƏDƏDLƏR HAQQINDA ELM
(əvvəli ötən şənbə
saylarımızda)
Rəqəmlər gündəlik həyatımızda
Adamlar inanır ki,
onların həyatında həm yaxşı, həm də pis
günlər olur. Şübhəsiz, onlar pis günün təsirindən
qaçmaq üçün günləri necə seçmək
lazım olduğunu bilmək istərdilər.
Numerologiyada hər
günün doğum tarixi rəqəmi və ad rəqəmi
olduğu kimi, özünə xas olan vibrasiya rəqəmi də
var.
Belə bir doğum tarixi rəqəmini götürək:
5 mart 1946. Alınan say
belədir: 28=10=1; sonra
insanın ad rəqəmini
götürək: g6 və
verilən günün
rəqəmini götürək,
tutaq ki, 11 fevral 2011= 8. Alınan rəqəmləri toplayırıq:
12=3 və açar rəqəmi olan 3.
Bundan sonra günlərin
aşağıda verilmiş cədvəlinə baxın.
Günlərin rəqəm cədvəli
1 2 3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25 26 27
28 29 30 31
1- Bir məqsəd
üçün müəyyən və aydın fəaliyyət
günüdür. Hər hansı problemin dərhal və səmərəli
həlli vaxtıdır. Yeni praktik işlərə, xüsusən,
müqavilə və sazişlərin bağlanması, notarial
sənədlərin hazırlanması, hüquqi, həmçinin
təcili həll edilməli yüngül işlərə
başlamaq üçün yaxşı gündür. Bu
gün imkanlar geniş olur.
2- Birbaşa müdaxiləni
və təcili məşğul olmağı tələb etməyən
məsələlərin planlaşdırılması və
qiymətləndirilməsi günüdür. Bütün
mümkün çətinliklərə bir də sənin qətiyyətsizliyin
əlavə oluna bilər. Ziddiyyətlər
günüdür: əvvəli yaxşı başlayan bir
iş pis qurtara bilər, yaxud əksinə, pis
başlanğıcı olan bir iş yaxşı nəticə
verər. Bu gün yaxşı olar ki, fəal işlərdən
kənar olasız, qoy başqaları işləsin, yox, əgər
işiniz imkan verirsə, bu sizə rahatlıq gətirirsə,
işə qoşula bilərsiz.
3- Müxtəlif işlər,
həmçinin köhnə yarımçıq işləri
qurtarmaq üçün əlverişli gündür. Bizneslə
məşğul olmaqla hərdən istirahət də edin.
Yeni layihələr, fəal əməkdaşlıq, şərikli
müəlliflik, partnyorluq üçün yaxşı
gündür. Bu gün başqalarına mane olmayın. Əlbir
fəaliyyət ən çətin məsələlərin
düzgün həllini tapmağa kömək edər. Müxtəlif
görüşlər, xüsusən işgüzar səfər
və səyahətlər, həmçinin şənlik və
əyləncələr üçün münasib
gündür.
4 - Gündəlik
qayğılar, kiçik işlər üçün
yaxşı gündür. Yaxşısı budur ki, bu gün
evdə qalıb çoxdan beyninizdə olan bir ideyanın
üzərində düşünün. Əyləncə
vaxtı deyil. Bu gün yalnız işləmək
lazımdır. Əsas işləri buraxıb xırda işlərlə
özünüzü aldatmayın. Onsuz da bunun faydası olmayacaq.
5 - Güc, qüvvət
və sərgüzəştlər gətirən, qəfil və
gözlənilməz hadisələrlə dolu gündür. Düşündüyünüz
məsələnin real və diqqətəlayiq olduğuna
inanaraq riskə gedin. Yalnız ciddi surətdə əsaslandığınız
, zəruri olduğuna inandığınız yeni bir işə
başlaya bilərsiz. Yalnız xoş niyyətlə səyahətə
çıxın. Bu gün çoxdan gözlədiyiniz
uğur üzünüzə güləcək, çoxdan
başladığınız iş sərfəli nəticələr
verəcək.
6 - Xeyirxahlıq,
qarşılıqlı anlaşma, harmoniya, rahatlıq və
könüllü işlər günüdür. Təcili və
qətiyyətli hərəkətlərdən, tələsik
qərarlardan çəkinin, yeni işlərə
başlamayın. Təsərrüfat işləri, konfrans,
ictimai yığıncaqlar üçün, həmçinin
dostlarla, doğmalarla görüşmək üçün
münasib gündür. Amma bu gün adicə bir
inamsızlıq sizin üçün müdhiş nəticələr
verər, hər hansı risk təhlükəlidir. Uzun
müddət üzərində işlədiyiniz və
hazırladığınız bir iş üçün bu
gün kuliminasiya nöqtəsi ola bilər.
7- Düşünmək,
təlim və intellektual məşğələlər,
elmi-tədqiqat işləri, həmçinin bütün
növ bədii və incəsənət işləri
üçün əlverişli vaxtdır. Yarımçıq
işi davam etdirmək, məsləhət və tövsiyə
almaq yaxşı olar. Bu gün çox vaxt xoşbəxtlik gətirir.
8- Böyük və
mühüm işlər günüdür, sürətli hadisələr
əlverişli nəticələr verir, vacib və ciddi
işlər tez və asanlıqla həll edilir, maliyyə və
sərmayə sazişləri yaxşı mənfəət gətirir,
iri işlər xırda təşkilatları, trest, şirkət
və federasiyalarda birləşdirməyi tələb edir.
9- Mükəmməl
gündür. Perspektivli işlər, mühüm planlar, həmçinin
əlaqələri möhkəmləndirmək
üçün yaxşıdır. Şəxsi uğurlar
günüdür. Xüsusən ədəbiyyat və incəsənət
adamlarını bu gün şöhrət gözləyir. Kommersiya
və maliyyə işləri üçün gözəl
imkanlar açılır.
Beləliklə, əziz
oxucu, əvvəlcə öz doğum tarixinin, sonra familiya və
adının vibrasiya rəqəmini tap, daha sonra sənin
üçün düşərli olan fəaliyyət
gününü müəyyən et.
Gələn şənbə
nömrəmizdə isə sizi Pifaqorun rəqəmli qoroskopu və
İnsan taleyi ilə bağlı məlumatlarla tanış edəcəyik.
(Ardı var)
Ədalət.- 2011.- 12 fevral.- S. 10.