GUAM-ın perspektivinə inam böyükdür

 

Avropa İttifaqı ölkələri rəhbərlərinin Strasburqda 1997-ci ildə keçirilən sammiti gedişində yaradılan GUAM ilk olaraq Rusiyanı narahat etməyə başlamışdı. Çünki yeni yaradılan belə bir qrumun iqtisadi maraqları ilə yanaşı siyasi perspektivi istiqamətində əməli addımların atılması narahatlığı vardı. Bunu nəzərə alan rəsmi Kreml hər vəchlə bu qurumun güclü bir təşkilat olaraq həyata vəsiqə almamasına çalışırdı. Etiraf etməliyik ki, müəyyən mənada buna nail oldu da. Amma onun tamamilə sıradan çıxmasına nail ola bilmədi.

Perspektivinə böyük ümidlər bəslənilən GUAM yarandığı dövrdən xeyli müddət keçməsinə rəğmən hansısa əməli fəaliyyəti ilə yadda qalmayıb. Şübhəsiz, bunun obyektiv subyektiv amillərdən irəli gələn səbəbləri var bunlar diqqətdən yayınmır. Artıq verilən məlumatlara görə bir xeyli müddət davam edən sükutun bazları əriməkdədir qurum yenidən dirçəlməyə başlamaqdadır. Xatırladaq ki, 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması Demokratiya İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Qeyd edək ki, bu ayın sonunda təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasının keçiriləcəyi bildirilir. Bu barədə məlumatı verən təşkilatın baş katibi Valeri Çeçalaşvili bildirib ki, GUAM Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə siyasi fəaliyyət, sahə əməkdaşlığı institusional-təşkilati məsələlər daxil ediləcək. Onun sözlərinə görə, bu görüşdə Ukrayna GUAM-dakı sədrliyini Moldovaya təhvil verəcək.

Baş katibin sözlərinə görə, buna uyğun olaraq, sədrin təşkilatın fəaliyyəti haqqında hesabatı dinləniləcək Moldovanın sədrlik planının proqramı təsdiqlənəcək: "Nazirlər GUAM formatında əməkdaşlığın inkişafına siyasi qiymət verəcək gələcək prioritetləri müəyyənləşdirəcəklər".

Valeri Çeçelaşvilinin sözlərinə görə, GUAM konkret layihələr baxımından getdikcə daha çox sürət yığır: "GUAM-ın Yaponiya ilə birgə turizm məhsulunun hazırlanması tətbiqi, mənim qiymətləndirməyimə görə, 2010-cu ildə özünün tarixi həddi - 4 milyard dollara çatan GUAM ərazisində azad ticarət zonası, mütəşəkkil cinayətkarlıqla mübarizədə yeni üsullar metodlar kimi layihələri - bunların hamısı birlikdə GUAM-ın çərçivəsində əməkdaşlığı yeni məzmunda tamamlayır".

Baş katibin sözlərinə görə, bu, təşkilatın qazandığı potensialın materiallaşdırılmasına kömək edir daha fəal siyasi fəaliyyətə xidmət göstərir: "Yeni sədrə konkret planlar təqdim olunacaq mən GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında fəal müzakirələr gözləyirəm. Katiblik nazirlərdən onları tam həcmdə həyata keçirməyə yeni sədrə onların reallaşdırılmasında kömək etməyə çalışmaq üçün yeni göstərişlər gözləyir".

GUAM-ın bir müddətdən sonra dirçəlməsi bundan sonra fəaliyyətinə münasibətini açıqlayan politoloqların sözlərinə görə, GUAM-ın yaradılması böyük rezonans doğurduğundan onun mövcudluğu da bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Ona görə ki, bu təşkilatdan gələ biləcək təhlükələrdən danışıldı çox ciddi olaraq bu təşkilata qarşı ittihamlar da səsləndirildi. Amma bütün qısqanclıqların fonunda təşkilata heç edə bilmədilər. Bu onunla bağlı idi ki, regional beynəlxalq, hətta Ukraynada belə şərait dəyişdi. Rusiya da çox məsələlərə qarışdı nəticədə GUAM-ın fəaliyyətində bir sönüklük yarandı. Bütün bunlara rəğmən siyasi ekspertlər qeyd edirlər ki, hər bir halda GUAM bir beynəlxalq meydança kimi Azərbaycan üçün faydalıdır. Hətta baxmayaraq ki, elə təsir imkanları yoxdur, amma indiki halında da özündə xeyli mənada bu faydanı saxlayır.

Qurumun üzvü olan Ukraynada rusiyameyilli qüvvələrin hakimiyyətə gəldiyindən mövcud iqtidarın mövqeyi hələ ki, dəqiq bəlli deyil. Ukraynanın GUAM-ın fəaliyyətində çox ciddi faktor olduğunu nəzərə alan siyasi təhlilçilər qeyd edirlər ki, əgər bu təşkilat yenidən bir yerə yığışırsa, deməli yaşayır, onun gələcəyinə şübhə etmək olmaz. Politoloqların əksəriyyətinin qənaəti belədir, bir vaxtlar GUAM bəzi qüvvələri qorxudurdu. Çünki bu təşkilat ərazi bütövlüyü pozulmuş dövlətlərin problemlərini beynəlxalq arenaya çıxara bilmək təşəbbüslərində olub. Bundan ən əsası ermənilərin qorxduğu sirr deyil indinin özündə onlar bunu yaddan çıxarmayıblar. Hər bir halda GUAM-ın dirçəlməsinin tərəfdarı olan analitiklərin qənaətincə, şərait dəyişəndən sonra GUAM-ın aktuallığı yenidən diqqətdə olacaq.

Qeyd edək ki, Rusiya-Gürcüstan münasibətlərinin GUAM-ın fəaliyyətində müəyyən mənada təsirini göstərdiyi faktdır. Buna diqqət yetirən siyasi müşahidəçilər bildirirlər ki, təşkilatın aparıcı qüvvələri Azərbaycan, Gürcüstan Ukrayna olduğundan bu ölkələrin ictimai-siyasi həyatındakı dəyişikliklər GUAM-ın fəaliyyətinə təsir edə bilir. Ukraynada prezident dəyişikliyi, Ukrayna-Rusiya münasibətləri təşkilatın fəaliyyətində iz buraxdı. Həm unudulmamalıdır ki, Gürcüstan GUAM-dan ikiəlli yapışacaq. Çünki onun MDB-dən çıxması rəsmi Tiflisin GUAM-dakı fəaliyyətini əvvəlkinə nisbətən gücləndirəcək. Həmçinin GUAM-ı beynəlxaq təşkilatların tanıması onun fəaliyyətində yeni səhifələrin açılmasına böyük ümidlər verir.

Azərbaycan Moldovada mövcud problemlərin GUAM-ın fəaliyyətinə təsirsiz ötüşmədiyini vurğulayan analitiklər məsələyə optimist yanaşırlar. Xatırladaq ki, Gürcüstan prezidenti Saakaşvili həm öz ölkəsində, həm bu yaxınlarda Ermənistana səfəri çərçivəsində Qafqaz birliyindən, regiondakı dövlətlər arasındakı münasibətlərin intensivləşməsindən bəhs etdi. Buna diqqətdə saxlayan ekspertlərin fikrincə, bu isə onu deməyə əsas verir ki, bundan sonra GUAM-ın fəaliyyətində dönüş yaranacaq. İstər BMT, istərsə Avropa Şurasında GUAM ciddi təşkilat kimi qəbul olunur ki, siyasi şərhçilər təşkilata qarşı münasibətlərinə həmişə obyektiv olduğunu bildirirlər. Eyni zamanda da GUAM-ın irəli sürdüyü hər hansı bir təklifi geri qaytarılmaması ən mühüm məqam sayılır.

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 22 fevral.- S. 2.