GƏNCLİYƏ PƏRƏSTİŞ
Hər şey, hər
şey axır gedir
Olsun, amma heyif ki, gənclik
də,
Gənclik də hey axıır gedir.
Bircə bilsəydim gəncliyin
hansı dənizə
axıb getdiyini,
Məni belə həsrət
içində buraxıb getdiyini.
Ah, gözəlim
gənclik!
Hara getdin, bu qədər
tez, hara?
Hara gedirdinsə,
məni də aparaydın ora!
Mən ürəyimlə
qul olardım sənə.
"Gözün üstə!"
deyərdim nə əmr etsəydin mənə.
Sən ac - mən ac!
Bizə lazım deyil
qızıl tac.
Sən çılpaq -
mən çılpaq!
Bizə lazım deyil
qızıl qolbaq.
Tüpürərdik
dünyanın bütün sərvətlərinə,
mallarına,
Bütün
sultanlarına, şahlarına, krallarına.
"Cənnətdəyəm"
deyərdim, səninlə məhbəsdə olsam.
"Vətəndəyəm"
deyərdim, səninlə qəfəsdə olsam.
Ah gənclik! Sən
şirin dövlət imişsən
Nə əvəzsiz, nə
gözəl sərvət imişsən sən!
Bu gün şadlıqdan
dəli olardım əgər
Məni, bütün
savablarımla, alıb,
səni, bütün
günahlarınla, mənə versəydilər
Gənclik, ey yeni
açılmış qızılgül,
gözlə
bülbülünü.
Gənclik, ey
anasından yeni ayrılmış bülbül
axtar gülünü.
Gənclik - xəyalların
ən gözəli,
röyaların ən
şirini.
Kainatda heç bir
şey verməz onun dadını,
heç bir şey tutmaz onun yerini.
Verin o güzgüyə
bir baxım,
görüm qocalıb
solmuşammı?
Ah! görəsən mən
də
heç
gənc olmuşammı?
LALƏYƏ
Çiçəklənir
yenidən ömrümün budaqları,
Təzə həyat gətirdin
mənə gülüşlərinlə.
Yaşa və sev deyirlər
əllərin, dodaqların,
Canlanırlar içimdə
ölmüş ümidlər belə.
İllərdir
şairliklə çırpındım gündüz-gecə,
Bir şeir görmədim
mən baxışlarından dərin.
Öylə bir mələksən
ki, tək səni deyil, məncə,
Səni sevənləri
də sevməlidir sevənin.
Gözlərindən
çıxan nur axır damarlarımda,
Axır,
işıqlandırır eşqimin ölkəsini.
Laləciyim, ürəyin
qalmasın əğyarımda,
Mən qədər sevə
bilməz anan da bəlkə səni.
1930-cu il.
GƏNCLƏRƏ NAĞIL
Biri vardı, biri yoxdu,
Bir kişi vardı.
Bu kişinin
övladı çoxdu,
Onun bunlarla
böyük-böyük işi vardı.
Bu kişi
atamıydı?
"Atayam" deyirdi.
Ögeymi,
doğmamıydı?
"Doğmayam"
deyirdi.
Bu atanın
övladı içində
Tənbəli,
çalışqanı,
Rüşvətə,
oğurluğa alışqanı,
Karı, koru,
Yalançısı,
müftəxoru,
Ürəklisi, ürəksizi,
həm
yaxşısı, həm də pisi,
Qarğa xasiyyətlisi,
Bülbül keyfiyyətlisi,
Hər çeşidi
vardı,
Hamısı bu
kişinin övladı sayılardı.
Amma bu kişi, bu
ata
Sözlə, dillə
ağıl, şüur
sata-sata
Qarğanı
bülbülə,
bülbülü
qarğaya döndərərdi,
Qarğanı
qaldırar,
bülbülü endirərdi.
Bunu görən qarğalar
cuşa gəlib
Bu atanı mülrik,
dahi sanardı,
Bülbüllər də
yavaş-yavaş
huşa gəlib
Yana-yana susardı,
Susa-susa yanardı
1985, oktyabr.
ƏKRƏM CƏFƏR
Ədalət.- 2011.- 22 fevral.- S. 7.