İradə İbrahimova:
"Bakı Şəhər
İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı
Azərbaycan Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri
İradə İbrahimovanın
APA-ya müsahibəsi
- Bakı şəhər
İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı
Birliyi bu günədək nazirliyə
şəhərdəki qəzalı
ağaclara rəy bildirilməsi ilə bağlı müraciət
olunubmu?
- Bundan əvvəl verdiyimiz məlumatlara əsasən
deyə bilərəm
ki, qəzalı ağacların yaratdığı
təhlükəli vəziyyətlə
bağlı vətəndaşlar
tərəfindən Ekologiya
və Təbii Sərvətlər Nazirliyinə
çoxlu sayda müraciətlər daxil olub. Buna baxmayaraq,
əfsuslar ki, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı
Birliyi tərəfindən
nazirliyə bu günədək təhlükəli
ağaclara rəy bildirilməsi ilə bağlı, ümumiyyətlə,
müraciət daxil olmayıb.
- Yaşıllaşdırma
Təsərrüfatı Birliyi
tərəfindən şəhərdəki
ağaclara aqrotexniki xidmətin göstərilməsi
vəziyyəti ilə
bağlı ETSN bu qurumda araşdırma aparıbmı?
- Bəli,
bir neçə dəfə. Ötən il iyulun 30-da nazirliyin Ətraf Mühitin Mühafizəsi
Departamenti tərəfindən
yaşıllıqlara aqrotexniki
xidmətin göstərilməsi
vəziyyəti ilə
əlaqədar Bakı
Şəhər İcra
Hakimiyyətinin Yaşıllaşdırma
Təsərrüfatı Birliyində
aparılan araşdırma
zamanı ciddi pozuntulara yol verilməsi, o cümlədən
qanunsuz ağac kəsintisi faktı müəyyən olunub. Faktla bağlı akt və protokol tərtib edilib. Birlik hüquqi şəxs qismində 40
000 manat məbləğində
cərimə olunub, aşma təhlükəsi
olan ağaclar barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
aidiyyəti qurumlarına
məlumatın verilməsi
tələbi ilə Birliyə icrası məcburi olan müddətli "məcburi
göstəriş" verilib.
Lakin bu günlərdə həmin icrası məcburi olan göstərişin tələblərinin
yerinə yetirilmə vəziyyəti araşdırılarkən
müəyyən edilib
ki, Birlik bu istiqamətdə heç bir tədbir görməyib.
Bununla əlaqədar bu il fevralın 14-də yenidən
protokol tərtib olunub və Birlik hüquqi şəxs qismində 18
000 manat məbləğində
cərimə edilib.
- Bakı Şəhər
İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı
Birliyinin şəhərdəki
sağlam ağacları
kəsməsi faktları
varmı?
- Bəli,
əfsuslar olsun ki, belə faktlar
bir neçə dəfə təkrarlanıb.
Əvvəldə də
qeyd etdiyim kimi, hələ 2010-cu ilin iyul ayında
nazirliyin Ətraf Mühitin Mühafizəsi
Departamenti Bakı şəhərində yaşıllıqlara
aqrotexniki xidmətin göstərilməsi vəziyyəti
ilə əlaqədar
Bakı Şəhər
İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı
Birliyində araşdırma
apararkən qanunsuz ağackəsmə faktlarını
müəyyən edərək,
birliyi cərimələyib.
Növbəti dəfə
ötən il dekabrın 17-də nazirliyin
Bakı şəhər
Ekologiya və Təbii Sərvətlər
Departamenti əməkdaşlarının
apardığı araşdırma
zamanı 8-ci mikrorayon,
H.Hüseynov küçəsindəki
23 saylı binanın qarşısında 3 ədəd
qovaq ağacının
Yaşıllaşdırma Təsərrüfatı
Birliyi tərəfindən
müəyyən edilmiş
qaydalara zidd olaraq kəsildiyi aşkar olunaraq protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində növbəti dəfə
40 000 manat məbləğində
cərimə olunub. Cərimələrin ödənilməsinin təmin olunması üçün materiallar
Nərimanov rayon Məhkəmə
Nəzarətçiləri və İcraçıları
Qrupuna göndərilib.
Lakin elə bir neçə
gün bundan əvvəl ETSN-nin mütəxəssislərinin apardığı
araşdırmalar zamanı
bu Birliyin əməkdaşları tərəfindən
yaşıllıq ərazilərindəki
ağacların aqrotexniki
qulluq adı altında kəsildiyi aşkarlanıb. Bununla
əlaqədar, bu il fevralın
18-də protokol tərtib
olunub və Birliyin direktoru vəzifəli şəxs
qismində 5000 manat məbləğində cərimələnib.
Həmin
fakt üzrə tərtib olunmuş sənədlər aidiyyəti
üzrə hüquq-mühafizə
orqanlarına göndərilib.
- Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən
Bakı və Abşeron yarımadasında
hansı növ ağac və kol bitkiləri əkilib?
- Bakı
və Abşeron yarımadasında, respublikanın
magistral avtomobil yollarının ətrafında
yaşıllıqların salınması,
becərilməsi, bərpası
və artırılması
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tabeliyində
olan "Azərbaycan Yaşıllaşdırma və
Landşaft Quruluşu"
Açıq Səhmdar
Cəmiyyəti tərəfindən
həyata keçirilir.
Bugünədək Səhmdar
Cəmiyyət tərəfindən
Bakı və Abşeron yarımadasında
Nazirliyin öz tinglik sahələrində
yetişdirilmiş yerli
torpaq və iqlim şəraitinə uyğun Eldar şamı, sərv, palıd, Şərq çinarı, göyrüş,
tuya, zeytun, akasiya, qarağac, nar, iydə, badam, əncir, üzüm, heyva, tut, xarici ölkələrdən
isə yalnız Türkiyədən Azərbaycan
bazarında satılan
qiymətdən də
ucuz qiymətə alınmış yüksək
keyfiyyətli zeytun, dekorativ ağaclar, kol və gül
bitkiləri əkilib.
- Bakı Şəhər
İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı
Birliyinin baş direktoru mətbuata müsahibədə Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
tərəfindən Rusiyadan
baha qiymətə qovaq tingləri aldığını bildirib...
- Düzü,
bu iddianın Bakı şəhərinin
bilavasitə "yaşıllaşdırılmasını"
həyata keçirməli
olan, özü də biologiya elmləri namizədi kimi alimlik dərəcəsinə
malik rəsmi qurumun rəhbəri tərəfindən irəli
sürülməsi bizdə
gülüş hissi doğurur. Birincisi, əgər bu şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanından Mərdəkana gedən yolda əkilmiş 50-60 ədəd Şərq çinarını (xan çinarı da deyilir) nəzərdə tutursa, yazıq ona ki, qovaqla
Şərq çinarı
ağacının fərqini
bilmir, amma Bakı şəhərinin
yaşıllaşdırılmasına rəhbərlik edir. İkincisi, bu ağacları Ekologiya və Təbii Sərvətlər
Nazirliyi nə alıb, nə də əkib. Bu həmin yolda
yenidənqurma işləri
ilə əlaqədar
aparılan abadlaşdırma
prosesində şirkətlər
tərəfindən əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
bugünədək Rusiyadan
nəinki qovaq, heç bir ağac növü almayıb. Bakıda aparılan yaşıllaşdırma
işlərində, ümumiyyətlə,
qovaq ağacından istifadə etməyib.
- Bəs onda Birliyin direktoru niyə belə açıqlamalar verib?
- Belə
yalan iddianın hansı məqsədə
xidmət etdiyini o, özü yaxşı bilər. Görünür, bu, onun ETSN
tərəfindən cərimə
olunduğu üçün
qisas hissindən irəli gələn reaksiyasıdır. Görülən tədbirlərə, cərimələrə
rəğmən fəaliyyətini
düzgün istiqamətdə
qurmaq əvəzinə
ayrı-ayrı qəzetlərdə
böhtan xarakterli yazılar dərc etdirir. Bir faktı da nəzərinizə
çatdırmaq istəyirəm
ki, Bakıda təqribən 12 min hektarlıq
yaşıllıq ərazisi
üçün ayrılan
vəsait bütövlükdə
Azərbaycanın 1,2 milyon
hektarlıq meşə
fonduna ayrılmış
vəsaitdən külli
miqdarda artıqdır
və bu qədər vəsaitin müqabilində Birliyin xaricdən baha qiymətə alıb gətirdiyi ağacların
aqibəti də göz qabağındadır.
Əgər Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma
Təsərrüfatı Birliyi
xidməti ərazilərindəki
ağaclara xidmət olunması və kəsilməsini Nazirlər
Kabinetinin 173 saylı Qərarına uyğun icra etsəydi, onda ETSN tərəfindən
onlara qarşı cərimə sanksiyaları
tətbiq edilməzdi.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma
Təsərrüfatı Birliyinin
rəhbərliyi Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
ünvanına böhtan,
şər və yalan xarakterli ittihamlar səsləndirildiyinə
görə məhkəməyə
veriləcək.
Ədalət.- 2011.- 22 fevral.- S. 7.