"Yana-yana kül oldum"

 

Mənsum İbrahimovun dördüncü albomu işıq üzü gördü

 

Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun yeni albomu işıq üzü görüb. "Yana-yana kül oldum" adlı alboma xanəndənin ən sevilən 10 mahnısı daxil edilib.

Albom barədə Lent-az-a danışan Mənsum İbrahimovun sözlərinə görə, albom bu gündən etibarən satışa çıxacaq: "Albomda mənim ifamda sevilən 10 mahnı, eləcə də "Qarabağ şikəstəsi" yer alıb. Bütün mahnılar da həmişəki kimi əməkdar artistlər Elnur Əhmədov və Elçin Həşimovun müşayiəti ilə ifa olunub. Ümid edirik ki, bu işimiz də bəyəniləcək". Xanəndə onu da qeyd edib ki, bu, onun Bakıda çıxan sayca dördüncü albomudur. Mənsum İbrahimovun xarici ölkələrdə isə beş albomu işıq üzü görüb.

 

 

Ədalət.- 2011.- 22 fevral.- S. 8.