II Respublika muğam müsabiqəsi start götürdü

 

Fevralın 21-də Kamera orqan musiqisi zalında Heydər Əliyev Fondu, Mədəniyyət Turizm, Təhsil nazirlikləri Milli Konservatoriyanın təşkilatçılığı ilə keçirilən II Respublika muğam müsabiqəsinin açılış mərasimi olub.

Lent.az-ın məlumatına görə, mərasimdə mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək II Beynəlxalq Muğam Festivalı barədə məlumat veriblər. Qeyd ediblər ki, II Respublika muğam müsabiqəsinin üç qalibi Azərbaycanı müvafiq festivalda təmsil edəcək.

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bildirib ki, müsabiqəyə qatılan 40 iştirakçıdan 18-i ilkin mərhələyə keçib. Bu gün keçirilən ilk mərhələdə onlar ifalarına görə seçiləcəklər. Ən güclü iştirakçılar növbəti mərhələdə mübarizə aparacaqlar. Üç qalib ifaçı isə fevralın 24-də müəyyənləşəcək. Həmin gün qaliblər mükafatlandırılacaq festivalın bağlanış mərasimi olacaq. Çıxışlardan sonra püşkatma keçirilib. Müvafiq olaraq 18 iştirakçı öz ifasını təqdim edib. Qeyd edək ki, iştirakçıları peşəkar münsiflər heyəti müəyyənləşdirəcək. Siyavuş Kəriminin rəhbərlik etdiyi münsiflər sırasında xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova Zabit Nəbizadə var.

 

 

Ədalət.- 2011.- 22 fevral.- S. 8.